Axtarış...

Ad gününüz mubarək!

Ad gününüz mubarək!

Qadın gözəl, zərif, müqəddəs varlıqdır. Azərbaycan qadını öz zəkası, müdrikliyi, sədaqəti, qəhrəmanlığı, vəfası kimi yüksək keyfiyyətləri ilə hər zaman xalqımızın adını uca tutub. Dünya mədəniyyəti xəzinəsinə nadir incilər bəxş etmiş xalqımızın mənəvi dəyərlərinin formalaşmasında və inkişafında da qadınlarımızın böyük rolu olub. Eyni zamanda, Azərbaycan qadınları tariximizin bütün dövrlərində xalqımızın taleyüklü məsələlərinin həll edilməsinə öz sanballı töhfələrini vermişlər. Belə qadınlardan biri, ölkənin içtimai-siyası həyatında fəal rol oynayan, xeyirxahlığı, nəcibliyi ilə sevilən, ziyalı xanımlarımızdan olan İntizar xanm Əzimovanın bu gün ad günüdür. İntizar xanım Bakı neft texnikumunu, Moskvada Şvernik adına Ali həmkarlar məktəbini bitirib. O, uzun illər Azərbaycan Dövlət Neft Şirkətinin Geofizika və Geologiya idarəsində yūksək vəzifələrdə calışıb.
Hörmətli İntizar xanım, Sizi Millitv- nin əməkdaşları adından ürəkdən təbrik edirik. Allahdan sizə uzun ömūr,cansaģlığı və xoşbəxtlik arzu edirik.

Millitv.az



Şərh yaz