Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsinin rəhbərliyi su biznesinə girişiblər. Hər halda, bununla bağlı dia.az-a edilən vətəndaş şikayətlərindən belə anlaşılır.
Salyanın Xıdırlı kəndindən sakinlər dia.az-a yazırlar ki, Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsinə aid maşınlarla onlarla su satılır:
"Sürücünün adı Nasirdir. Xahiş edirik, dövlətimizdən ki, Xıdırlı kəndinin su ilə təminatına köməklik etsin və bu adamın su satmasının qarşısını alsın..."
Şikayətçilər deyir ki, SOCAR Nəqliyyat idarəsinin Qobustan qarajının sürücüsü Salyanın Xıdırlı kəndinin bulaq suyunu bu kəndin əhalisinə satmaqla məşğuldur: "Bu sürücünün bu biznesi etməyə, yəni kəndin bulaq suyunu, öz əhalisinə satmağa ixtiyarı varmı? Yəqin sürücü "kiçik sahibkarlıqla" məşğuldur..."
İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...