Axtarış...

Fuad Həziyev büdcə pullarını necə mənimsəyir... - İTTİHAM

Fuad Həziyev büdcə pullarını necə mənimsəyir... - İTTİHAM


Bütün dünya hazırda iqtisadi böhranla mübarizə aparır. Eyni zamanda yetkililər də un, buğda ehtiyatlarının azalması barəsində narahatlıqlarını ifadə edir, dünyada aclıq olacağının "anons"unu verirlər.
Amma, atalar yaxşı deyib, "Toxun acdan nə xəbəri?!".

Yuxarıda da vurğuladığımız kimi, bütün dünya aclığa qarşı tədbirlər görməyə çalışır, dünyadan bixəbər, oliqarx məmur Fuad Həziyev isə həyat yoldaşı Aytən Əzizovnın adına təsis etdirdiyi spirtli içkilər zavodunda yüz minlərlə ton undan cürbəcür şərablar istehsal etdirir. Necə deyərlər, "Aclıq olsun, kef olsun".

Yeri gəlmişkən, "DogruXeber.az" bildirir ki, yerli mediada adı "oliqarx məmur" kimi hallanan Fuad Həziyevin kimliyi barəsində qısaca məlumat veririk ki, bu şəxs Azərbaycanın əsas gəlir mənbəyi olan "SOCAR"ın təchizat idarəsinin rəisinin müavinidir.

Üstəlik, “MACON” MMC, “CREATE İNDUSTRY” MMC, “FİRE SAFETY CASPİAN AZERBAİJAN” MMC, “AZBEN SUPPLİES” MMC, “AZBEN İNŞAAT” MMC , “AZBENT LOGISTICS” MMC, “ASTRAVEL” MMC, “Ələsgərli N. F” və sair bu kimi 30-a yaxın MMC-lərin sahibidir.

Bundan əlavə "Baku spirts" spirtli içkilər zavodu, İsmayıllı rayonunun Kürdmaşı kəndindəki "Kürdmaşı şərab zavodu" da Fuad Həziyevə məxsusdur. Doğrudur bunların hamısı onun özünün deyil. Deyilənə görə ailə üzvlərinin və yaxınlarının adına qeydiyyatdan keçirilib.

Həyat yoldaşı Aytən Əzizovnın adına “Baku-Spirits” alkoqol məhsulları istehsal edən zavod cəmi bir il öncə fəaliyyətə başlamasına baxmayaraq, zavodun istehsalı olan "ABSOLUTE ORGANIC", "ORGANIC NATION", "HAYAT VODKA", "BLACK SCORPION", "BUSINESS LINE", "ABSOLUTE VODKA", "ABSOLUTE CLASSIC", "ВАКЦИНА, ЗЕРО" çeşidli araq məhsulları böyük marketlər və şərab mağazalarının piştaxtalarında ən öndə yerlərdə düzülür. Satanların və içənlərin dili ilə desək, hamısı da "bərkgedən araqlar"dır. Bu şərabların digərlərindən fərqi və üstünlükləri budur ki, bunlar hər hansı bir meyvədən deyil, birbaşa undan istehsal edilir. "DogruXeber.az"ın məlumatına görə bu zavodlar fəaliyyətə başladığından bugünə qədər qapısından hələ bir ton belə meyvə daxil olmayıb. Lakin, il ərzində yüz minlərlə ton un gətirilir ki, onlardan da müxtəlif adlarla şərablar istehsal olunur və baha qiymətə satılır.

Gördüyünüz kimi bu qədər biznesin sahibi "SOCAR" neft şirkətinin hələ İdarə rəisinin müavininin olanlardır. Sizcə, adi maaşla ümumiyyətlə biznes qurmaq mümkündür?

Özü də çox maraqlıdır ki, "oliqarx məmur" hesab edilən Fuad Həziyevi hələ 2013-cü ildə ölkə başçısı "tərəqqi medalı" ilə təltif edib.
Görəsən hansı xidmətlərinə görə?

Ümumiyyətlə, hər zaman çıxışlarında vəzifəsindən sui-istifadə edən, korrupsioner məmurlara qarşı sərt mövqe nümayiş etdirən prezident Fuad Həziyevin barmaqla sayılmacaq qədər çoxsaylı bizneslərindən xəbərdardırmı?

Yoxsa, elə o medaldan sonra cənab Həziyev "öz bacarıqlarını kəşf edib və daha artığını da edə biləcəyinə inanaraq hərəkətə keçib?!"...

Suallar çoxdur, amma ən çox şübhə doğuran isə bir rəis müavininin bu qədər biznesi hansı pulla qura bilməsi sualıdır...

Hər halda bu sualın ən doğru cavabını verə biləcək tərəflər "SOCAR" rəhbərliyi və digər aidiyyatı dövlət qurumlarıdır (Azərbaycan Respublikasının Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə baş İdarəsi) ki, güman edirik, onlar da bu məlumatlardan sonra gərəkən araşdırmaları başlatmışdır.
(Qeyd edək ki, materialda vurğulanan faktların mənbəyi qanunla.az saytıdır)

Məlumatlarla bağlı qarşı tərəfin də mövqeyini dinləməyə və dərc etməyə hazırıq.

DogruXeber.az
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz