Axtarış...

Tonlarla unun hara getdiyi müəyyənləşdi-SOCAR-ın idarə rəisinin müavininin milyonluq şərab biznesi

Tonlarla unun hara getdiyi müəyyənləşdi-SOCAR-ın idarə rəisinin müavininin milyonluq şərab biznesi


SOCAR-ın Təchizat və Satınalmalar Departamentinin fəaliyyəti və bu departamentin direktorunun, eləcə də onun müavini Fuad Həziyevin korrupsiya fəaliyyəti barədə dəfələrlə mətbuatda dərc olunmuşdur. 21.07.2022-ci il tarixində Dövlət başçısının sərəncamı ilə Rövşən Nəcəf Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti təyin olunub.
Tonlarla unun hara getdiyi müəyyənləşdi-SOCAR-ın idarə rəisinin müavininin milyonluq şərab biznesi

SOCAR-ın prezidenti Rövşən Nəcəf doğru qərar qəbul edərək departamentin direktoru Mehman Əkbərovu vəzifəsindən kənarlaşdırdı.Çox güman ki,departamentin əsas korrupsionerlərindən olan Fuad Həziyev vəzifəsindən çıxarılacaq və barələrində araşdırmalar aparılaraq cinayət işi də başlanılacaq.

Nəzərinizə çatdıraq ki, Fuad Həziyev ölkənin spirtli içkilər biznesinin əsas sahiblərindən biri hesab olunur.

Ölkədə taxılın, unun az qala qızıl qiymətinə olduğu indiki dönəmdə yumurtadan “yun qırxan”, daha doğrusu, undan spirt çəkən işbazlar varmış. Özü də nə az, nə çox, hər il yüz min tonlarla.İş burasındadır ki, bu kəmfürsət hansısa bir iş adamı da deyil, SOCAR-ın təchizat idarəsi rəisinin müavini Fuad Həziyevdir. Bu “iş adamı” barədə xeyli vaxtdır mediada çeşidli məlumatlar dolaşır, materiallar sosial şəbəkələrdə və mediada tirajlanır.
Tonlarla unun hara getdiyi müəyyənləşdi-SOCAR-ın idarə rəisinin müavininin milyonluq şərab biznesi

Məlumat kimi bildirək ki, SOCAR ölkə iqtisadiyyatımızın sütunu kimi dəyərləndirilir. Və bu şirkətdə yüksək vəzifə sahibi adı korrupsiyada hallanan Fuad Həziyev həyat yoldaşının adına rəsmləşdirilmiş İsmayıllı rayonunun Kürdmaşı kəndindən fəaliyyət göstərən Kürdmaşı şərab zavodunda “Baku Spirits” zavodu üçün yüz min tonlarla undan şərab hazırlamaqla məşğuldurlar.

Müvafiq qurumlar il ərzində bu nəhəng şərab zavodunda neçə yüz min ton unun israf edildiyini və həmin şərab Fuad Həziyevin Bakıdakı şərab zavoduna daşınaraq nə qədər şərab çəkildiyini müəyyənləşdirə bilər. Əldə etdiyimiz məlumata görə, bu zavoda axırıncı dəfə yaxın günlərdə min tonlarla un daxil olub.Məlumat üçün bildirık ki,bu zavodun adında “şərab” sözü olsa da, hələ indiyədək bir kiloqram üzüm də bu müəssisəyə daxil olmayıb ki, ondan da şərab istehsal edələr.
Tonlarla unun hara getdiyi müəyyənləşdi-SOCAR-ın idarə rəisinin müavininin milyonluq şərab biznesi

Belə olduqda ortaya bir sual çıxır: Ölkə başçısı cənab İlham Əliyev vətəndaşın güzəranından qayğılanaraq büdcədən əlavə vəsiat ayırıb taxıl istehsalçılarına subsidiya verilməsini tapşırır, o biri yandan Fuad Həziyev kimi işbazlar ölkəyə idxal olunan yüz min tonlarla unu tükənməyən sərvət ehtirasının güdazına verir.

AZƏRBAYCANREALLIĞI.COM
Text-to-Speech

DİNLƏ






Şərh yaz