Axtarış...

Bərdədə qanunlar onları pozmaq üçündür... - İTTİHAM VAR!

Bərdədə qanunlar onları pozmaq üçündür... - İTTİHAM VAR!


Millitv.az Azerinfo.az xəbər informasiya agentliyinə istinadən xəbər verir ki, Bərdə rayon Nəcədbəyli və Kərimbəyli kəndlərinin bələdiyyə sədri Orxan və onun qardaşı, RİH-nin Əyricə, Kərimbəyli və Nəcəfbəyli ərazi nümayəndəsi Royal vəzifə və nüfuzlarından sui-istifadı edərək öz bildiklərini edirlər.

Belə ki, Orxan Bərdə rayonunda "Yuxarı Qarabağ Kanalı İstismarı İdarəsi"nin mühafizə hissəsində (Tərtər çayının yanında) tikinti üçün qadağan olunmuş ərazidə 0.20 ha yaxın torpaq sahəsin zəbt edərək əsaslı tikinti işləri apararaq kafe, tualet və digər tikililər salmışdır.
Bunununla bağlı 8 saylı Regional Ekologiya və Sərvətlər Idarəsi ilə əlaqə saxladıq. Onlar bizə bildirdi ki, sözügedən ərazı "Yuxarı Qarabağ Kanalı İstismarı İdarəsi"nə məxsus ərazi olduğu üçün biz onlara məlumata vermişik, eyni zamanda da sözü gedən tikili sahibinə qanuna müvafiq şəkildə cərimə də tətbiq etmişik.
Aldığımız məlumatlarda bildirilir ki, bu iki qardaş sözügedən kənd ərazisində olan paybəlli torpaqları tikinti məqsədilə və eynin zamanda kəndin mal-qarası üçün nəzərdə tutulan örüşləri satıblar.

Bərdə rayon Icra Hakimiyyəti hara baxır ki, onun yerli məmurları da istədiyini edir.

Qarşı tərəfi dinləməyə hazırıq

Bərdədə qanunlar onları pozmaq üçündür... - İTTİHAM VAR!
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz