Axtarış...

Bərdədə mikroavtobusla minik avtomobili toqquşub, yaralılar var

Bərdədə mikroavtobusla minik avtomobili toqquşub, yaralılar var

Bərdə rayonunda yol qəzası baş verib.

"Report"un Qarabağ bürosunun verdiyi məlumata görə, hadisə Yevlax-Ağdam avtomobil yolunun Bərdə rayonunun Həsənqaya kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Ford" markalı mikroavtobusla "Moskviç" markalı minik avtomobili toqquşub. Nəticədə hər iki avtomobilin sürücüsü və minik avtomobilinin sərnişini müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Bərdədə mikroavtobusla minik avtomobili toqquşub, yaralılar var
Bərdədə mikroavtobusla minik avtomobili toqquşub, yaralılar var



Şərh yaz