Azinfo.tv xəbər saytı etibarlı mənbələrə istinadən xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər nazirinin (ETSN) müavini Vüqar Kərimovun Lənkərandakı "qara kassa"sı Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzinin (LRMTM) baş meşəbəyisi-müavini Abturab Bağırovdur.
Abturab artıq 3 aydır ki, sözügedən vəzifədə çalışır.
A.Bağırov hazırda tutduğu vəzifənin təyinatına kimi Masallı Regional Meşə Meşə Təsərrüfatı Mərkəzində (MRMTM) meşələrin mühafizəsi üzrə baş mühəndis vəzifəsində çalışırdı.
Abturabın barəsində olan olan çoxsaylı şikayətlər səbəbindən bir müddət aranı sakitləşdirmək üçün, onu Masallıdan Lənkərana daha da böyük vəzifəyə Meşələrin İnkişafı Departamentinin (MİX) sabiq rəisi və həm də qohumu Ağaqardaş Qaraşovun vasitəsi və "krışa"sı Vüqar Kərimovun köməkliyi ilə transfer edildi.
Aldığımız çoxsaylı məlumatlara görə, bu yaxınlarda Abturabı "krışa"sının köməkliyi ilə Masallı Regional Meşə Təsərrüfatının direktor müavini-baş meşəbəyi vəzifəsinə təyin etdirmək istəyirlər.
Burada belə sual meydana çıxır, niyə məhz Abturabı cənub zonasında olan Meşə Təsərrüfatları Mərkəzlərində saxlamaq istəyirlər?
Cavab çox sadədir.
Çünki Ağaqardaş Qaraşovun Masallı ərazisində yaxın qohumları və qudası Adil Quliyevin adına bir neçə mebel sexləri vardır və o sexlər yerli meşə materialı ilə işləyir, bu səbəbədən Abturabın köməkliyi ilə Lerik meşələrindən Qaraşovun sexlərinə işlik meşə materialları daşınır.
Abturab Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzində işləməyinə baxmayaraq günün əksər hissəsini Masallı Regional Meşə Təsərrüfatı Mərkəzi və Masalıı ərazisində keçirir.
Abturab Bağırov kimdir?
-Orta ixtisas təhsilli qeyri-məşəçi (şərabçı ixtisasça). Halbu ki, baş işçi və yaxud müavin ali təhsilli olmalıdır;
-Əgər soruşsanız nə vurma cədvəlini, nə də düzgün akt tərtib edə billir, sadəcə olaraq aktı digər aktlara baxıb tərtib edir;
-Özü və yaxın qohumları Masallı rayon Əhmədli kəndi ərazisiylə həmsərhəd olan dövlət meşə fondu torpaqların zəbt edib orada qanunsuz tikililər salan;
-2013-cü ildə Dövlət Meşə fondu torpaqların satdığı üçün Masalıı Məhkəməsinin qərarı ilə əli qandallı məhkəməyə gətirilən və icbari ev dustaqlığı verilən şəxs;
- Masallı RMTM-nin xidməti ərazisində olan 800 ha meşə əkinin mühafizəsini buraxıb onları batıran;
-Masallı RMTM-də Dövlət Meşə fondunda olan zəbtləri gizlədən və yeni zəbtləri vaxtında aşkar edib tədbir görməyən;
-Masallı RMTM-nin meşə ərazilərin biçənək yeri və həm də mal-qara örüşü kimi vətəndaş və sahibkarlara satdıran.
Nümunə: Cəlilabad meşəbəyliyində 100.00 hektarlarla və s;
-Masallı RMTM-nin meşələrində mal-qara fermalarının salınmasında bilavasitə rolu olan ;
-Masallı RMTM-nin Qəriblər meşəbəyliyinin sabiq meşəbəyisi Sədrəddin Abbasovu "isti su" adlanan yerdə pul üstə vurub hündürlükdən itələməsi. Hətta Sədrəddin bir neçə gün xəstə də yatdı və iş gedib hüquq mühafizə orqanlarına qədər belə çıxdı, sonra Ekologiya nazirinin müavini Firdovsi Əliyev Bakıdan durub Masalııya gəldı və onları barışdırmağa nail olub, sonra saxta həmkarı keçirdərək adını da yalandan qoydular ki, guya Abasov özü yıxılıb və s.
-Masallı RMTM-də baş mühafizə mühəndisi işləyən xaman zaman aktların bəzisini "Meşə Qanunvericiliyi Pozulması"na dair kitaba vurmaması və yazılan cərimələri istər qırıntı, istər zəbtlər Nazirlər Kabınetının qərarı yox, sadəcə olaraq öz cibinə uyğun hesablaması;
-Masallı RMTM-da külli miqdarda ödənilməmiş cərimələr, həətta ETSN-nin audit qrupu bunları yoxlama zamanı aşkara çıxartmışdı;
-Masallı RMTM-də 1.00 ha-a yaxın dövlət meşə fondu torpağın qazdıtdırıb vətəndaş və kərpic zavodlara satdıran, hətta bu barədə çoxlu fakt olaraq fotoşəkil və video çəkilişlər də vardır;
-2022-ci ildə Masallı RMTM-də yeni direktorun təyin ilə əlaqədar təhvil-qəbul yoxlamasında 40896 manatlıq qeyri-qanuni qırıntı aşkar edilmişdir.
Yuxarıda yazılanların bəzilərin nəzərə alaraq Mərkəzin Həmkarlar Təşkilatı yekdilli rəyi ilə Abturab Bağırovun işdə qalmasın düzgün hesab etməyib,
amma buna baxmayaraq Meşələrin İnkişafı Xidmətinin sabiq direktoru Ağaqardaş Qaraşovun xahişi ilə MİX-nin rəisi Xalıqverdi Hüseynov və Vüqar Kərimov A.Bağırovun təqdimatın ləğv etdirərək, onu tutduğu vəzifədən daha da böyük vəzifəyə transfer etdirib.
Bizi izləmıkdə davam edin növbəti yazılarımızda sizə Vüqar Kərimovun Masallı RMTM-də olan " qara kassa"sı barədə məlumat verəcəyik.
Qarşı tərəfin mövqeyini işəğlandırmağa hazırıq. //Azinfo.tv//