Axtarış...

Türkiyə şirkəti Azərbaycan Silahlı Qüvvələri üçün hərbi kater hazırlayıb

Türkiyə şirkəti Azərbaycan Silahlı Qüvvələri üçün hərbi kater hazırlayıb


Türkiyənin STM ("Savunma Teknolojileri Mühendislik ve Ticaret AŞ") müdafiə şirkəti Azərbaycan Silahlı Qüvvələrinin ehtiyacları üçün STM-MPAC hərbi katerinin layihəsini hazırlayıb.

STM bu məhsulu Bakıda keçirilən 4-cü Beynəlxalq Müdafiə Sərgisində (ADEX-2022) təqdim edib.

STM məhsul xəttinə, həmçinin “STM500” kiçikölçülü sualtı qayıq, MİLGEM freqatı, TOGAN və KARGU kvadrokopterləri və ALPAGU kamikadze-PUA-sı daxildir.

STM-in baş direktoru Özgür Gülərüz jurnalistlərə açıqlamasında qardaş ölkədə olmaqdan məmnunluğunu bildirib. Onun sözlərinə görə, şirkət nümayəndələri ADEX-2022 sərgisində öz məhsullarının, xüsusən də KARGU, ALPAGU və TOGAN PUA-larının xüsusiyyətləri və üstünlükləri barədə məlumat verəcəklər.

O, STM-in Azərbaycanla sıx əməkdaşlıq etdiyini və STM-MPAC hərbi katerini Azərbaycan Silahlı Qüvvələrinin ehtiyacları üçün layihələndirdiklərini vurğulayıb.

“Kateri azərbaycanlı qardaşlarımızın ehtiyaclarına uyğun şəkildə hazırlamışıq. Qayıq tamamilə onların tələblərinə uyğun hazırlanıb”, - o deyib.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz