Tanınmış fitorerapevt Fizuli Hüseynovun sözlərinə görə, bu şərbətin faydalarını saymaqla bitmir. Öncə balın faydaları barədə dediklərinə nəzər salaq. -Peyğəmbərimiz (Səllellahu aleyhi ve sellem) ve İslam təbibləri bal və sirkə haqqında çox reseptlər söyləyiblər. Bal qida vasitələri arasında en tez həzm olandır. Balın tərkibindəki fruktoza o qədər tez qlükozaya çevrilir ki buna balın içindəki başqa birləşmələr belə mane ola bilmir. Bal çox sürətli bir enerji mənbəyidir. Bal şərbəti içildikdən sonra 6-8 dəqiqə ərzində artıq bizim bütün bədənimizə yayılır.
Buna görə yorğun və halsız anemiyalı insanlar üçün bal şərbəti əvəzolunmazdır. İkinci əsas xüsusiyyəti yeni qan əmələ gətirməsidir. Daha dəqiqi desək, yeni qan əmələ gətirmək üçün insanın qəbul etdiyi qidaların içində birinci növbədə bal gəlir. Bal nəinki yeni qan əmələ gətirir, eyni zamanda, qanı təmizləmək üçün də ən yaxşı vasitə sayılır. Bal qan dövranını nizamlayır ,ziyanlı xolesterini aşağı salır və damarları həmişə elastik saxlayır. Bal ən güclü antibiotikdir. Antibiotik isə o deməkdir ki təsirindən bakteriyalar, kif göbələyi ve mikroblar mehv olur. Balın mükemməl tərkibi təmiz balın 4 esr qalmasına səbəb olur.
Bal həmçinin ən güclü antioksidantdır. Sağlan yaşam üçün orqanızmə lazım olan məhz antioksidantlardır. Onlar sağlam mübadilə proseslərinin qarantıdır. Bal, eyni zamanda, vitamin və mineral mənbəyidir. Balda qlükoza, fruktoza, maqnezium, kalium, kalsium, dəmir, kükürd, fosfor, mis, yod, sink mineralları B1 B2 C B6 B5 B3 vitaminləri vardır ki, bu vitaminsizlik və mineral çatışmazlığı üçün ən yaxşı qida sayılır. Bal həm də ən yaxşı yarasağaldıcıdır. Balı yaraların üzərinə çəkərkən üzərində yeni dəri əmələ gətirən epitel toxumasının əmələ gəlməsi gprosesi sürətlənir və beləliklə yaraların qısa zamanda sağalması təmin olunur. Kəsilmiş, yanmış yerlərdə iz qalmasının qarşısını almaq üçün balla müəlicə etmək faydalıdır. Çünki bal kollagen liflerin bir- birinə bağlantısını daha tez əmələ gətirir. Bal hətta yaraların şişinin çəkilməsi üçün də əvəzedilməz vasitədir. Çünkü bal dərialtı qan dövranını sürətləndirir. Sirkə ve balın tərkibində orqanizm üçün tələb olunan bütün maddələr var.
Alma sirkəsi, bal və su qarışımı o qədər zəngin minerallar və vitaminlərə malikdir ki bu nisbətləri dəyişməklə demək olar ki, bütün xəstəlikləri müalicə etmək mümkündür. Hər ikisinin mükəmməl tərkibi birləşəndə vücud üçün sağlıqlı bir eliksirə çevrilir. Bu qarışım ağız -boğaz xəstəliklərində inanımaz təsirə malikdir. 1 xörək qaşığı alma sirkəsi ,1 çay qaşığı bal, yarım stəkan ilıq su ilə ağız və boğaz qarqara edilir, tutulmuş səs açılır. 1 çay qaşığı balın bir stəkan suda qarışığı insanın qan plazması ilə eyni qatılıqda olur.1 çay qaşığı alma sirkesi ,1 çay qaşığı bal və 1 stekan qaynanmamış su qarışımını axşam yatmazdan əvvəl hazırlayıb səhər ac qarına içmək lazımdır. Səhər isə hazırlanan həmin qarışım axşam yatmazdan əvvəl içilməlidir. Bu qarşımın faydaları olduqca çoxdur. Orqanzmin bütün minerallara olan tələbatı ödənilir. Danılmaz faktdır ki, həmin minerallar çatmayanda orqanizmdə yüzlərlə xəstəlik əmələ gəlir.
Sözügedən qarışım köpmənin, bağırsaqlarda mikroflora pozğunluğunun və bağırsaq göbələyinın də qarşısını alır. Həmin qarışımdan müntəzəm istifadə bağısaq mikroflrasını bərpa edir, insanın yaşlanmasının qarşısını alır. Allahın vermiş olduğu ömrü sağlam yaşamağı təmin edir. Hər ikisinin tərkibindəki antioksidantlar insanı nəinki piylənmədən qoruyur, hətta piylərin əriməsinə səbəb olur.Çünkü antioksidantlar yandırmanı (oksidleşmeni) sürətləndirirlər. Antioksidantlar həm xərçəngin profilaktikasında, hem də müalicəsində evəzolumazdırlar. Müsbət nəticəyə çatmaq üçün bu tərkib 5 ay müntəzəm içilməlidir. Şərbətdən davamlı istifadə zamanı mədə və qida borusu divarı xarici amillərin təsirinə çox dözümlü olurlar.
Qaraciyərin bütün xəstəliklərini müalicə edir, öd ifrazını artırır, öd- xolesterin mübadilesini çoxaldır, xolesterin, lipid, yağ turşularının mşqarını azaldır, medealtı vezin normal fəaliyyətini bərpa edir, orqanizmdə immun sistemini elə bir səviyyədə saxlayır ki, bu zaman heç bir infeksiya orqanizmə güç gələ bilmir. İnfeksiyalar xroniki hala keçə bilmir. Onda həmiçinin, anti parazit təsir var, bağısağın filtr fəaliyyətini normallaşdırır, bədəndəki hüceyrələri yeniləyir. Bağırsaqların, ümumilikdə bütün orqanların işini nizamlayır. Təzyiq, baş ağrısı, piylenmə, astma, bronxit, epilepsiya, qastrit, qadınlarda adet pozğunluğu, kişilərdə iqtidarsızlıq, anemiya, yorğunluq kimi hallar zaman -zaman aradan qalxır. Bütün ürək, qan- damar xıstıiklərinə şəfaverici təsir göstərir.