600 və daha yüksək bal toplayan gənclər "İş nömrəsi" və "Şəxsi kabinet"in istifadəçi adından (FİN) istifadə etməklə abiturient.az saytında təqdim olunan anket-sorğu formasını doldura bilərlər.
Dövlət İmtahan Mərkəzindən (DİM) Sonxeber.az-a verilən məlumata görə, mərkəz artıq neçə ildir ki (əvvəlki illərdə TQDK), ali təhsil müəssisələrinə yüksək balla qəbul olan gənclərin təcrübəsinin öyrənilməsi, yayılması, ictimaiyyətə tanıdılması məqsədilə bir sıra tədbirlər həyata keçirir. Bu il də ənənə davam etdiriləcək. İnformasiyanın ictimaiyyət üçün daha da əlçatan olması üçün abiturient.az saytında ayrıca bir bölmə 600 və daha yüksək bal toplayan gənclərə həsr edilmişdir. Nəzərinizə çatdırırıq ki, saytda yalnız anket doldurmuş və "Anket suallarına cavablarınızdan nümunələrin və şəklinizin abiturient.az saytında təqdim olunmasına razısınızmı?" sualına "bəli" cavabını qeyd etmiş gənclər haqqında məlumatlar veriləcəkdir.
600 və daha yüksək bal toplayan gənclər "İş nömrəsi" və "Şəxsi kabinet"in istifadəçi adından (FİN) istifadə etməklə abiturient.az saytında təqdim olunan anket-sorğu formasını doldura bilərlər.