Axtarış...

YAP ilk onunla YOLLARINI AYIRIR - İLGİNC GƏLİŞMƏ

YAP ilk onunla YOLLARINI AYIRIR - İLGİNC GƏLİŞMƏ


Növbədənkənar parlament seçkiləri gündəmdədir. Yenə də bəzi dairələr Milli Məclisin yeni heyətinin erkən formalaşa biləcəyini iddia edirlər. Təbii ki, bu fikrə qarşı olanlar və yaxud da bu fikri dövriyyəyə buraxanları inkar edənlər də var. Məsələn, bir neçə gün əvvəl YAP-çı deputat Siyavuş Novruzov sərt reaksiyası ilə diqqətə gəldi.

DİA.AZ bildirir ki, S.Novruzov açıqlamasında erkən seçkilərin keçirilməyəcəyini qeyd etməklə yanaşı, həm də böhranl situasiyalarda belə seçim zərurəti yarandığını bildirməklə bu fikri birdəfəlik təkzib etdi. Doğrudur, ekspertlər onun bu mövqeyini ironiya ilə qarşıladılar. Və bildirdilər ki, Siyavuş Novruzov yeni heyətdə yer ala bilməyəcəyindən belə deyir.

Əslində bu fikirdə yetərincə həqiqət var. DİA.AZ-a daxil olan informasiyalardan aydın olur ki, YAP da qarşıdan gələn seçkilərdə yeni heyətlə təmsil olunacaq. Mənbənin söylədikləri:

"Hazırki heyətin əksəri keçmiş PA rəhbəri Ramiz Mehdiyevə aiddir. Elə Siyavuş müəllimin özü də mehdiyevçi qrupdadır. O da yeni heyətdə olmayacaq".

DİA.AZ bildirir ki, mənbə eyni zamanda yeni heyətdə olmayacaq digər YAP-çı deputatlarla bağlı da informasiya verib. Həmin bilgiləri bir-bir diqqətinizə çatdırırıq,

"Uzun illər əmlak siyasətindən milyonları cibin ötürmüş Kərəm Həsənovun qardaşı, “AZINKO-Holdinq”in prezidenti, 67 saylı Cəlilabad şəhər seçki dairəsindən deputat olan Malik Həsənovun YAP-ın budəfəki siyahısında yer almayacaq" deyən məbnə dia.az-a bunları söyləyib:

"Malik Həsənov Ramiz Mehdiyevin adamıdır. Yeni heyətə və yeni siyasətə uyan birisi deyil. İki dəfə deputat seçilsə də, indiyə qədər hər hansı fəaliyyətinə rast gəlinməyən biznesmen-deputat seçiciləri ilə də görüşmür. O, rayona yalnız ara-sıra gedir və onda da heç kimin gözünə görünməməyə çalışır. Bütün iş-gücünü özünün biznesinin genişlənməsinə yönəldən M.Həsənov mandat daşıdığını daha çox şəxsi xarici səfərlərində yadına salır və bundan qürrələnərək istifadə edir.

“Hacı” kimi tanınan M.Həsənovla bağlı narazılığın olduğunu YAP-ın dairələrdə apardıqları araşdırma da təsdiqləyib. M.Həsənovun deputatlığının hakim partiya üçün faydasızlığı YAP-ın yuxarı təbəqələrində də ciddi müzakirə mövzusudur. M.Həsənov isə yaxın ətrafına və dostlarına yenidən deputat olacağı barədə mesajlar verir və bu məsələdə təbii ki, PA-da qərarlaşan qardaşına güvənir".

Növbəti yazımızda YAP-ın imtina etdiyi digər deputatları da təqdim edəcəyik. Bizi izləyin.

Məsələ ilə əlaqədar dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz