Ermənistanda ictimai-siyasi vəziyyət gərginləşən kimi, ermənilər Naxçıvana qarşı iddia qaldırırlar.
Komitə sədri Siyavuş Novruzov bu fikirləri Milli Məclisin iclasında söylədi. “Dövlətlərarası, prezidentlərarası, xalqlararası münasibətlər aydındır. Bu münasibətlərdən ən çox bəhrələnən Rusiyada bizneslə məşğul olan azərbaycanlılardır. İrəvandakı toplantıda erməni diasporunun rolu var. Rusiyada azərbaycanlı milyarderlər var, vaxtaşırı onların sərvətləri barədə məlumatlar yayılır. Onlar niyə bu kimi iddialara cavab vermirlər?” S.Novruzov dedi ki, bu gün Azərbaycanın Rusiyadakı səfirliyi, Heydər Əliyev Fondu və gənclər təşkilatından başqa Rusiyada hansı təşkilat tədbir keçirmir: “Əksinə, onlar Rusiyada “Milyarderlər ittifaqı” yaradıb Azərbaycan əleyhinə fəaliyyət göstərirlər. Bu insanlar məsuliyyətini dərk etməlidirlər”.
Deputat Araz Əizadə isə dedi ki, bizim oliqarxlardan heç nə gözləmək lazım deyil: “Onlar heç nə edəsi deyillər. Biz politoloqlar yetişdirməli, Rusiya televiziyalarına ekspertlərimizin çıxmasına çalışmalıyıq. Əks təqdirdə təbliğat müharibəsində uduzacağıq”.
Musavat.com