Rusiya ilə Ukrayna arasında gedən dağıdıcı müharibə 6 aydan çoxdur davam etsə də milyonlarla insana dərd və iztirablar gətirmiş, şəhər, kəndləri viran, insanları evsiz- eşiksiz qoyan müharibənin nə zaman bitəcəyini heç kim bilmir. Görünən isə odur ki, dünya liderləri arasında Ərdoğandan başqa müharibənin dayandırılmasına heç kim səy göstərmir, sanki əksinə müharibənin uzanmasını daha çox arzulayırlar. Fevralın 24-ü Rusiya prezidenti Vladimir Putin Ukraynanın demilitarizasiyası və denasifikasiyası üçün xüsusi hərbi əməliyyat keçirməyə qərar verdikdən sonra Zelenski Putinlə sülh danışıqları aparmaq üçün Türkiyənin təklif etdiyi vasitəçilik missiyasından yararlanmağı qərara aldı. Danışıqlar baş tutdu və tərəflər razılığa gəldilər.
Amma aylar sonra, müharibənin ən qızğın çağında Putin mətbuata açıqlamasında həmin danışıqların pozulması səbəbinə aydınlıq gətirərək bildirdi ki, Zelenski Ağ Evlə təmaslarından sonra razılaşmadan geri çəkildi. O vaxt tərəflər arasında sülh yaratmaq üçün Ərdoğan sürəkli danışıqlar aparır, davamlı telefon zəngləri vasitəsilə münaqişə tərəflərini bir araya gətirməyə çalışır və onları barışığa səsləyirdi. Bu səylər indiyə qədər davam etməkdədir. Türkiyə prezidenti NATO sammitindən qayıdandan sonra jurnalistlərə verdiyi açıqlamada vasitəçilik səylərinə davam edəcəklərinin bildirmişdi:
”Münaqişələr nə qədər uzun olsa, müharibə hər iki tərəf üçün o qədər dağıdıcı olur. Rusiya və Ukrayna arasındakı müharibənin qısa zamanda dayandırılması üçün hər iki ölkənin lideri ilə əlaqə saxlayırıq. Bundan sonra da Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Vladimir Zelenski ilə danışıqlarımızı davam etdirəcəyik. Bütün səylərimiz sülh atmosferi yaratmaq üçün bu iki lideri bir araya gətirməkdən ibarətdir. Hər iki liderlə təmaslarımız davam edəcək. Bizim siyasətimiz həmişə sülh siyasəti olub. Danışıqları asanlaşdırmaq üçün bir çox addımlar atmışıq. Bu prosesdə konstruktivliyə diqqət yetiririk. Ukraynanın suverenliyi və müstəqilliyi əsas prioritet olmalıdır. ”, - deyə Ərdoğan vurğulamışdı. Beynəlxalq siyasi ekspertlər də təqdiq edirlər ki, müharibənin bitməsində yeganə maraqlı tərəf Türkiyədir.
Bəs görəsən Qərb dövlətləri, xüsusilə ABŞ bu müharibənin davam etməsində niyə maraqlıdırlar? Bu suala cavab vermək üçün tarixə ekskurs edib Avropa və ABŞ-ın münaqişələrdən çox böyük qazanclar götürdüyü dövrləri xatırlamaq lazımdır. Təbii ki, ən böyük qazanc silah satışından əldə olunurdu. Qərb dövlətləri münaqişə edən tərəflərin hər ikisinə silah satır və mümkün qədər qanlı prosesləri uzatmağa çalışırdılar. İkinci nəhəng qazanc mənbəyi isə əvvəlcə diqtatorlara dəstək verib, ölkələrin sərvətini Qərb banklarına daşınmasına nail olmaq, sonra isə onların devrilməsini təşkil etməklə ələ keçirilirdi. Qərbin ikinci dünya ölkələrində siyasi oyunlarının hər zaman siyasi dələduzluqlarla müşahidə olunması artıq heç kimə sirr deyil. Zəif dövlətlərdə müharibələr törədib, siyasi çevrilişlər yaradır, yüksək səviyyəli təbəqə üzvlərini “qara siyahıya” salır, (Bugün Rusiyada edildiyi kimi) sonra onların qərb ölkələrindəki daşınmaz əmlak və banklardakı pullarını müsadirə edirdilər.
Bunun üçün ən yaxşı variantlardan biri də gələcəkdə dağıdılacaq hansısa dövlətdə diktatura yaratmaq və diktatorun xarici banklarda pullarının yığılmasına şərait yaratmaq idi. Bundan sonra bircə siyasi qərar bəs edirdi ki, həmin dikyatorun pulları əlindən alınsın. Bu siyasi qərarın adı isə “dondurmaqdır”. Xatırladaq ki, İngiltərə vaxtilə keçmiş çili diktatoru Avqusto Pinoçetin pullarını donduraraq sonradan həmin pulları müxtəlif şirkətlətin nizamnamə kapitalına daxil etmişdi. Həmin vəsaitin indiyə də dövriyyədə olduğu şübhə doğurmur. Uzaq olmayan tarixdə belə bir hadisəni İraqda da izlədik. Səddam Hüseyn ABŞ-a məğlub olduqdan sonra onun dondurulmuş 1 milyard dollarını Birləşmiş Ştatlar höküməti müsadirə edərək İraqda “Səddamın rejimindən zərər çəkmiş amerikalılara” kompensasiya kimi ödədiyini elan etdi. Halbuki İran -İraq müharibəsində ABŞ İraqı dəstəkləmiş, bu ölkəyə xeyli silah sataraq böyük qazanc əldə etmişdi.
Lakin sonra keçmiş müttəfiqini diktator elan edərək İraq xalqının sərvətini ələ keçirdi. Belə misallardan yüzlərlə çəkmək olar. Son bir neçə onillikdə dünya belə hadısələrin şahidi çox olub.Məsələn, keçmiş Liviya prezidenti Müəmmar Qəddafinin ABŞ banklarında saxladığı 30 milyard dollar 72 saat ərzində aşkar edilərək dondurulmuşdu. Lakin Ağ Ev bu vəsaiti son sentinədək Liviya xalqına qaytarmağı düşünmürdü. Həmin puldan cəmi 3 milyard dollar ölkənin yeni hakimiyyətinə qaytarıldı. Qalan pullar isə nə Avropa İttifaqı, nə də ABŞ tərəfindən geri qaytarılmadı.Keçmiş Misir prezidenti Mübarəkin Qərb ölkələrinin banklarında 70 milyardlıq varidatı” saxlanırdı”. Bu pullar əsasən Böyük Britaniya və İçveçrənin banklarına qoyulmuşdu. Həmçinin London, Nyu-York, Los- Ancelesdə daşınmaz əmlaka yatırılmışdı. Lakin nədənsə Böyük Britanıya və ABŞ onun pullarının bir hissəsini dondurmadı və indiyə qədər Mübarəkin ailə üzvləri həmin vəsaitlərdən istifadə edirlər. Demək öz xalqının mənafeyini qoruyanlar deyi ,Qərbin nökərçiliyini edən diktatorlara hər halda güzəşt olunur.
Amma Mübarəkin 788 milyon dollarını donduran İsveçrə isə indiyə qədər bu pulları Misirə geri qaytarmayıb. 2011-ci ildə Tunisin eks prezidenti Zeynalabdin Bin Əlinin 67, 5 milyon dollarını donduran İçveçrə həmin pulları da Tunis hökumətinin tələblərinə rəğmən qaytarmayıb. Lakin Qərb ölkələri bu haqsızlıqları təkcə müsəlman xalqlarına qarşı etmir. Bir neçə il bundan əvvəl Qərb və Rusiya arasında bölüşdürülməsi planlaşdırılan Ukrayna hökuməti keçmiş prezident Yanukoviçin xalqdan oğurlayıb Qərb banklarına daşıdığı vəsaiti tələb etsə də, bu pullar da geri qaytarılmadı. Rəsmi Kiyevin iddiasına görə xalqdan oğurlanan pulların 50 milyonu Latviya banklarının birində saxlanılırdı və Yannukoviçin devrilməsindən sonra sözügedən dövlət həmin pulları müsadirə edərək öz büdcəsinə keçrdi. O vaxtlar Ukrayna KİV-də gedən rəsmi məlumatlarda göstərilirdi ki, 50 milyon dollar Yanukoviçin Ukrayna xalqından oğurladığı 30-40 milyardlıq vəsaitin sadəcə bir hissəsidir. O vaxt rəsmi Kiyevdən tələb olunurdu ki, həmin pulların qeyri-qanuni olduğuna dair sübutlar təqdim elesin. Eyni zamanda Keçmiş prezidentin İsveçrə banklarında aşkar edilmiş yüz milyonlarla dollarlıq vəsaitin də taleyi indiyədək qaranlıq qalıb.
Belə məlum olur ki, həmin pullar hazırda Qərb tərəfindən silah şəklində “əvəzsiz” olaraq Ukraynaya verilir. Bəli, Qərbin iki ölkə arasında sülh bağlanmasına hər vəchlə mane olmasının arxasında məhz bi faktor dayanır. Ukraynaya təmannasız yardım edən, sülhə nail olmaq üçün imkanlarını səfərbər eədn Yyanız Türkiyə prezidentidir və onun səyləri tədricən nəticə verməkdədir. Bu müharibədən hər iki xalq əziyyət çəksə də, əvəzində Qərb dövlətləri Rusiyanın pullarını , rus oliqarxlarının daşınmaz əmlak və pul vəsaitlərini, dəyəri milyonlarla ölçülən bahalı yaxtalarını ələ keçiriblər. Həm Avropa ölkələrondə, həm də ABŞ-da müsadirə etmək və "dondurmaq"proses sürətlə gedir. İki ölkə arasında sülh müqaviləsi bağlanarsa onlar müsadirə etdiklərini geri vermək zorunda qala bilərlər. Çünki Rusiya ərib ölkələrindən fərqli olaraq siyasi iradəyə malikdir. Ondan oğurlananı sökə- sökə almağı bacarır.
Millitv.az