Axtarış...

Göygöldə narazılıq yaradan məmur kimdir? - Prezidentə müraciət olundu

Göygöldə narazılıq yaradan məmur kimdir? - Prezidentə müraciət olundu


Milloitv.az xəbər verir ki, bu haqda Dünyanınsəsi.Az saytına Göygöl rayonu Yeni Qızılca kəndində məskunlaşmış Ağağyev Ələddin Yəhya oğlu tərəfindən göndərilmiş olan videoşikayət də səslənir..

Şikayətçi qeyd edir ki, 2019-cu ildən, 02.08. 2022-ci ilə qədər Göygöl Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyində fəhlə çalışıb.O, birdən birə Birliyin direktoru Səfiyar Ugurluyev cənablarının qəzəbinə tuş gəlib. 13.08.2022-ci il tarixdə Kəlbəcər sakini idarəyə dəvət edilərək bildirilib ki, 2 gün ardıcıl olarq işdə olmadığınızdan sizi işdən azad etmişik.

Kəlbəcər sakini həm də onu bildirir ki, bu idarədə müdiri hər ay onların alın təri ilə işləyib aldıgı nəvacibə də göz tikir.Məzuniyyətə getdinsə ,bayramlar oldusa aylıq əməkhaqqından 40-50 manat civarında kəsilir. Bu deyilən həqiqətəndə belədirsə deməli Göygöl Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyində ciddi qanunsuzluqlar tüğyan edir.Yəqin ki,bu faktları lazımı dövlət qurumları araşdırıb həqiqəti üzə çıxarar.
Qaldı müdirin deməsinə görə fəhlənin 2 gün ardıcıl olarq işə gəlməməsinə görə Səfyar Uğurluyev işçini işdən azad edə bilərmi?
Bu haqda ona Azərbaycan Respublikası Əmək Məcəlləsində işəgötürən və işçi arasındakı münasibətlər qaydalar necə tənzimlənir. Və bu məcəllənin 70-ci maddəsində işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsaslarını oxumağı tövsiyə edirik.
Sonda Kəlbəcərli köçkün mətbuat vasitəsi ilə ölkə başçısına eləcə də Prezident İlham Əliyevin yeni Sərəncamı ilə Göygöl rayonuna İcra Hakimiyyətinin başçısı təyin edilən Elvin Paşayev cənablarından ona köməkdarlıq etməsini xahiş edir.
Qarşı tərəfin mövqeyini də dərc edə bilərik.

Kəlbəcər sakinin videoşikayətini təqdim edirik:

Text-to-Speech

DİNLƏ






Şərh yaz