Kəlbəcər rayon sakini Əvəz Xudaquliyev Türkiyə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğana müraciət edib.
Millitv.az Demokratik.Az-a istinadən bildirir ki, müraciət müəllifi aşağıdakıları yazıb:
Hörmətli cənab prezident! Mən dəfələrlə prezidentə ərizə ilə müraciət etmişəm. Lakin, Cavid Qurbanov mənim müraciətlərimin prezidentə çatdırılmasına maneəçilik törədir. Sizdən xahiş edirəm ki, yaxın vaxtlarda cənab prezidentlə görüşəndə məni qəbul etməsini ondan xahiş edin".
Xatırladaq ki, şikayətçinin oğlu Elnur Xudaquliyev ötən il Kəlbəcərin icra başçısı Azər Qocayev tərəfindən işindən azad edilib. Azər Qocayev əsaslı səbəblər olmadan rayonun Çıraq kənd icra nümayəndəsinin müavini Xudaquliyev Elnur Əvəz oğlunu vəzifəsindən qovub. İcra başçısını buna sövq edən səbəb isə, Elnur Xudaquliyevin yardım məqsədilə doğma ata yurduna gedib qayıtması, Kəlbəcər rayonunda hərbi hissələri çörəklə təmin edən sexə zəruri avadanlıq aparması olub...
Kəlbəcər sakini Cavid Qurbanovdan görün, KİMƏ MÜRACİƏT ETDİ...
Kəlbəcərin icra başçısı vətənpərvər dövlət qulluqçusunu vəzifədən niyə qovub? – Prezidentə ŞİKAYƏT