Bu haqda Dünyanınsəsi.Az saytına Samux rayonun Sarıqamış kənd sakini Məmmədov Yalçın Kamandar oğlu təəfindən Videoşikayət göndərib.
Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.3.2, 308.2, 313-cü maddələri ilə məhkum olunmuş, etibardan sui-istifadə еtməklə dələduzluq edərək, onlarla adamın adına kredit sənədləşdirərək, küllü miqdarda özgə əmlakını mənimsəmiş, hal-hazırda Azərbaycan Respublikası Baş Prokurorluğu yanında Korrupsiya İdarəsində haqqında başqa bir cinayət işi istintaq olunan, Novruzova Pərvanə Cəmil qızı, vergidən yayınmaqda ittiham edilir.
Şikayətçi redaksiyamıza göndərmiş olduğu videoşikayətdə qeyd edir ki, Pərvanə Novruzovaya məxsus olan heyvandarlıq kompleksində bir il sürücü işləyib.
Qul kimi vətəndaşlarla davranan xanım müdirə sürücünün son iki ayımın maaşını vermir.Və bildirib ki, siz hara və kimə şikayət edirsinizsə edin.
Şikayətçi isə qeyd edir ki, onu qanuni olaraq işə qəbul etməyiblər.lazımı dövlət qurumlarına müraciət edib araşdırılıb ki, Yalçın Məmmədovun adına nə Dövlət Sosial Müdafiə Fonduna nə də ki, Dövlət Vergilər Xidmətinə bir manat da olsun vəsait ödənilməyib.
Samux sakini mətbuat vasitəsi ilə lazımı dövlət qurumlarına məlumat verir ki, Pərvanə Novruzovanın tabeçiliyindən çalışan yüzlərlə vətəndaşımız müqaviləsiz istismar edilir.Onların adına heç bir dövlət orqanının adına bir qəpik də olsun pul vəsaiti köçürülmür.
Redaksiya olaraq inanırıq ki, dövlət Əmək Müffətişliyi eləcə də Ərazi vergilər İdarəsi bu xanım patronun fəaliyyətini araşdırıb ictimaiətə açıqlama verəcəklər.
Samux sakinin Videoşikayətini təqdim edirik: