Axtarış...

Bu iki hakim dövlətin qanunlarına XOR BAXIR... - Prezidentə müraciət olundu

Bu iki hakim dövlətin qanunlarına XOR BAXIR... - Prezidentə müraciət olundu


Azərbaycandan İnsan Haqları üzrə Avropa Məhkəməsinə göndərilən şikayətləri analiz edəndə görürük ki, milli məhkəmələr nəinki Əsas İnsan Hüquq və Azadlıqları haqqında Avropa Konvensiyasının, hətta milli qanunvericiliyin müddəalarını pozurlar. Bu işlərlə bağlı qərar çıxaran hakimlər qanunları tətbiq edərkən qanunvericiliyə əməl etmirlər. Belə pozuntular isə, Konvensiyanın müddəalarının pozuntusunu doğurur. Ən çox yol verilən pozuntular Konvensiyanın 6 – cı maddəsinin (ədalətli məhkəmə araşdırması hüququnun) tələblərinə riayət edilməməsi, məhkəmə qərarlarının icra olunmaması, qeydiyyatdan əsassız imtina və s.-lə bağlıdır. Bu işləri araşdırarkən məndə belə bir fikir yaranır ki, hakim qanunu tətbiq edəndə o qədər də müstəqil olmayıb. Hakim müstəqil olsaydı, qanunu o şəkildə tətbiq edə bilməzdi. Müstəqil şəkildə belə qərar qəbul edibsə, bu, çox pis haldır. Deməli, hakim qanunu bilmir. Bizdə üçpilləli məhkəmə sistemi var. Avropa Məhkəməsinə göndərilən şikayətlər ölkədaxili məhkəmə instansiyalarından keçir. Bir instansiyada buraxılan səhvi digər instansiyalar aradan qaldırmalı idi. Məhkəmələr Azərbaycan qanunvericiliyini düzgün tətbiq etsəydi, belə problemlər yaranmazdı.
Göy-göl rayonu Üçtəpə kənd sakini Novruzov Məhəmmədəli Cəmil oğlu Gəncə Kommersiya Məhkəməsinin hakimlərinin fəaliyyətindən narazıdır. Məhkəmənin hakimlərinin qərəzli, qeyri -obyektiv qərar qəbul etməkdə, müstəqil olmamaqda ittiham edir.
Göygğl sakini Dünyanınsəsi.Az saytına göndərmiş olduğu şikayət ərizəsində Gəncə Kommersiya Məhkəməsinin hakimi Kənan Vəliyev və Şəmkir rayon Məhkəməsinin hakimi Rəşad Mustafayev, 2(043)-2621 saylı mülki işə baxarkən öz şəxsi maraqları daxilində saxta sənəddən istifadə etməklə, saxtakarlığa yol verməkdə ittiham edir.
Belə fikir formalaşıb ki, cəzasızlıq hakimlərin özbaşınalığına rəvac verir.Məhz buna görədə azərbaycan hakimlərinin qəbul etdiyi qanunsuz qərarları Avropa Məhkəməsində ləğv olunur.Amma həmin hakimlər barəsində intizam tədbirləri tətbiq edilmədiyindən cəzasızlıq mühiti hökm sürməkdə davam edir.
Hakimlərin sifarişli şıxarmış olduğu qərarlardan nərazı qalan Məhəmmədəli Novruzovun Azərbaycan Respubilkasının Prezident İlham Əliyevə ,Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədova, Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezidenti Administrasiyasının Hüquq Mühafizə Orqanları ilə иş şöbəsinin müdiri cənab Fuad Ələsgərova şikayət məktubu ünvanlayıb. Şikayətçi məktbunun bir surətini də DünyanınSəsi.Az Xəbər Portalına göndərib.
Şikayətçinin məktubundan bəzi məqamlarını olduğu kimi təqdim edirik:
Bu iki hakim dövlətin qanunlarına XOR BAXIR... - Prezidentə müraciət olundu

Möhtərəm cənab Prezident!

Hörmətli Fikrət Məmmədov!

Hörmətli Fuad Ələsgərov!

Hörmətli prezidentimiz İlham Əliyev cənabları! Sizin təyin etdiyiniz hakimlərin bir hissəsi şəxsi maraqlarını, dövlət marağından üstün tuturlar. Məsələn,hazırda Şəmkir rayon məhkəməsinin hakimi olan Rəşad Mustafayev, eləcə də Gəncə Kommersiya Məhkəməsinin hakimi Kənan Vəliyev məlum 2(043)-2621 saylı mülki işə baxarkən öz şəxsi maraqlarына görə bilə-bilə saxtakarlığa və süründürməçiliyə yol vermişlər.

Mən bilirəm ki, Siz heç vaxt savadsız insanları hakim təyin etməzsiniz. Göstərdiyim hakimlər qanunsuzluğa, saxtakarlığa əl atıblarsa, deməli, onlar savadsıзlıqdan yox, şəxsi maraqlarына görən bilərəkdən Sizin imzaladığınız qanun pozuntuluqlarına yol verərək, Azərbaycan dövlətinin adından saxta qərar qəbul etmişlər.

Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.3.2, 308.2, 313-cü maddələri ilə məhkum olunmuş, etibardan sui-istifadə еtməklə dələduzluq edərək, onlarla adamın adına kredit sənədləşdirərək, küllü miqdarda özgə əmlakını mənimsəmiş, hal-hazırda Azərbaycan Respublikası Baş Prokurorluğu yanında Korrupsiya İdarəsində haqqında başqa bir cinayət işi istintaq olunan, Novruzova Pərvanə Cəmil qızı, mənə məxsus Gəncə şəhərində yerləşən 6 saylı YDM-ni qeyd edilən hakimlərin köməyi ilə ələ keçirmək istəyir.

Mənim xüsusi mülküm olan Gəncə şəhəri Kəpəz rayon Gəncə-Yevlax şossesində yerləşən 6 saylı YDM-nə qarşı P.Nоvruzovа tərəfindən qanunsuz qaldırılılmış, iddia ərizəsini Kəpəz rayon мəhkəməsinin sabiq hakimi Rəşad Mustafayev onun sənədlərini saxta olmasına göz yumaraq, icraata qəbul edib, ekspertiza təyin etmiş,bu barədə qərardadıında saxta sənədləri həqiqi sənədlər kimi təqdim etmişdir.Ekspert Xəyal İsgəndərov ona təqdim edilmiş mülkiyyət haqqında sənədləri saxta olmasını öz rəyində aydın bildirsədə hakim Rəşad Mustafayev yenidən ekspertiza təyin etmiş qanuna görə 3 ay ərzində baxılmalı olan iş xeyli müddət ğzündə saxlayaraq sonda Gəncə Kommersiya Məhkəməsinə göndərmişdir.İşin başında sonrakı dəlləkliyi kommersiya məhkəməsinin hakimi Kənan Vəliyev etmişdir. Öz şəxsi maraqlarını hər şeydən üstün tutan hakimlərdə qayda budur ki, icraatına gğtürdüyü işin sahibinə əvvəlcədən yəni işi görmədən bilmədən vəd verir.İddia ikikqat qanunsuz olsa da vədindən dönmür.Eşitdiyimizə görə belə mühakiməyə “oğru dilində” razborka deyirlər.

Sözlərimin boş görünməməsi üçün bu başdan qeyd edim ki, Gəncə şəhərində yerləşən YDM Gəncə Neft Bazasına məxsus 6 saylı Yanacaq Doldurma Məntəqəsi olmuşdur. 1995-ci ildə YDM-nin pulu və pulsuz olanda ( talon qəbul etməklə işləyəndə) Neft Bazasının direktoru 6 saylı YDM ünvanda formal olaraq YDM-nin torpaq sahəsinin bir hissəsində,yəni faktiki mövcud olmayan 6А saylı YDM yaratmışlar.Bu bölgünü özündə əks etdirən 01 aprel 1999-cu il tarixli 001226 nömrəli 6 saylı YDM-nin texniki pasportu da var. , 6А saylı YDM-nin isə yoxdur.Onun yalnız adı var. Мəhz buna görə mövcud olmayan 6А saylı YDM-i mövcud olan 6 saylı YDM-i ilə yanaşı özəlləşdirmişlər. Özəlləşdirmə zamanı mövcud olan və olmayan YDM-nin operatoru Qənbər Süleymanov tərəfindən özəlləşdirilmiş, mövcud olan 6 saylı YDM-ni öz mülkiyyətində saxlamış , mövcud olmayan 6A YDM-ni isə P.Novruzovanın adına keçirmişdir. 6А saylı YDM mövcud olmadığı üçün Pərvanəyə yalnız quru mülkiyyət sənədi verilmiş amma texniki posport isə verilməmişdir.Mən mövcud olan 6 saylı YDM-ni 2017-ci ildə alıb 5 ildir ki, öz xüsusi mülkiyyətim kimi işlədirəm.

Hakim Rəşad Mustafayev b 6А saylı YDM -nin texniki pospirtu olmadığını bil-biə saxta ekspertiza təyin etmişdir. «Gəncə şəhəri Yevlax şossesində yerləşən 6a saylı YDM-nə dair Novruzova Pərvanə Cəmil qızının adına verilmiş 28 iyul 2000-ci il tarixli pasport və Dövlət Əmlakının özəlləşdirilməsi Departamenti tərəfindən verilmiş 28 noyabr 2002-ci il tarixli, 002043 qeydiyyat nömrəli mülkiyyət hüququ haqda şəhadətnamədə göstərilən qeyri-yaşayış sahəsi və həmin tikilinin altında yerləşən 5352.5 kv.m torpaq sahəsi naturada üst-üstə düşürmü?»- sualını qoymuşdur.

Halbuki. nə işin içərisində 6A saylı YDM -nə dair texniki pasport yoxdur.Həm də kiminsə adına belə bir pasport verilməmişdir. Ekspertə aidiyyatsız N.Pərvanə tərtib etdiyi 28.07.2000-ci il tarixli saxta texpasport təqdim edilmişdir. Оna görə də ekspert rəy yazaraq məhkəməyə bildirmişdir ki, Pərvanənin adına 6А saylı YDM-nə aid texpasport yoxdur.

Təkrar edirəm 6А sayylı YDM heç zaman mövcud olmamış indi də mövcud deyildir.Hakim Rəşad Mustafayevin amalı yalnız hiyləgərlikdir. Eksperti çaşdırmaq olmayan şey haqqında rəy almaq.Bundan istifadə edib öz qara işini görmək üçündür. Lakin hakim qorxub məsələni uzatmaq üçün ikinci dəfə formal ekspertiza təyin etdi.Nəticə onu qane etmədiyi üçün Pərvanəyə verdiyi sözü yerinə yetirnə yetirə bilməyib 6 aylıq hoqqabazlıqdan sonra iş kommersiya məhkəməsinə aiddir”-deyib iddianı kommersiya məhkəməsinə göndərdi.Adama deyərlər İddia sizə aid deyilsə niyə icraata götürüb həm də ekspertiza təyin edirsiniz?

Sonrakı son 6 ayı da kommersdiya məhkəməsinin hakimi Kənan Vəliyev bu iddianın başında dəlləklik edərək ona təklif edilən külli miqdar məbləğ qarşısında Pərvanən xeyrinə olaraq 3 ay müddət ərzində bir qərar belə qəbul etmədi.İşə baxılması üçün qanunla müəyyən edilmiş 3 ay müddət hakimi maraqlandırmır.

Çünki eşitmişəm ki, hakimlərin vaxta riayət edib-etməmələrini yaxlayanlar vəzifələrinə formal ruayət edirlər. \hakimlər işin icratının dayandırılması haqqında saxta qərərdadlar yazmaqla imkan verirlər.

Mən adları yazılan hakimlərdən biri olan R.Mustafayevə 2 yazılı vəsatət digər hakim Kənan Vəliyevə isə 4 yazılı vəsatət versəm də heç biri təmin olunmadı.Kökü heç bir yerdə qeyd edilməyən saxta sənədin adi gözlə görəndə də hakim işi prokuror göndərməlidir.Bu mülkü qanunvericiliyin tələbidir.Məh hər iki hakimdən işin prokurorluğa göndərilməsi üçün xüsusi qərardadın qəbul edilməsini rəsmi xahiş edirəm, lakin hakimlər qəsdən vəsatətlərimi təmin etmirlər.

Aylardır ötür-ötür olan bü süründürməçilyin davam etdirməklə saxta sənədləri icraata götürən vəsatətlərimi təmin etməyən mülki prossesual qanunvericilin tələblərinin kobud surətdə pozulması ilə davam edən bu tragikomediyaya niyə son qoyulmur?

Çox hörmətli Prezident, bir mülki iddianın uzun müddət bir hakimdə saxlanılması, vəsatətləri yazıl və şifahi olarq təmin edilməməsi iş protokollarında bu səbəbinin qeyd edilməməsinin yoxlanılmasına aidiyyatı üzrə göstəriş verməyinizi Sizdən xahiş edirəm.

Hörmətlə, Məhəmmədəli Novruzov

Dünyanınsəsi.Az
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz