Qarşılıqlı hörmətə, dostluğa və qardaşlığa əsaslanan Azərbaycan-Türkiyə əlaqələri yüksələn xətlə inkişaf edir. Azərbaycan və Türkiyə birlikdə 21-ci əsrin enerji tarixini yazır, Avrasiyanın enerji xəritəsini yenidən formalaşdırırlar. Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı kimi qurumlar çərçivəsində əməkdaşlıqda da fəallıq müşahidə olunur.Türkiyə Azərbaycanın xarici ölkələrdəki investisiya həcminə görə, həmçinin Azərbaycanda qeyri-neft sektoruna investisiya yatıran ölkələr sırasında 1-ci yerdə qərarlaşır. Türkiyə ilə digər sahələrlə yanaşı, KOB, sənaye, əczaçılıq və tibbi avadanlıqların təchiz olunması, turizm, standartlaşdırma və metrologiya səhələrində də əməkdaşlıq genişlənir. Azərbaycan işğaldan azad olunmuş ərazilərimizdə quruculuq işlərinin həyata keçirilməsində Türkiyə şirkətlərinin iştirakını dəstəkləyir. Bu gùnlərdə Tūrkiyədə Azərbaycan nūmayəndə heyəti ilə Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank arasında keçirilən səmimi görüş də deyilənləri bir daha təsdiqləyir. Nūmayəndə heyətinin rəhbəri tanınmış iş adamı, dosent Firuzə xanım İsrafilova səmimi və faydalı görūş ūcūn nazirə təşəkkūrūnū bildirərək bu cūr işgūzar görūşlərin mūtamadi olaraq kecirilməsini arzuladığını, belə ikitərəfli görüş və danışıqların ölkələrimiz arasında əməkdaşlığa yeni töhvələr verəcəyini qeyd edib.