Axtarış...

Vəkil Rövşən Qasımov : Qanunla vəkillər üçün yaradılan broktatik əngəllə bağlı Milli Məclisə müraciət etdi

Vəkil Rövşən Qasımov : Qanunla vəkillər üçün yaradılan broktatik əngəllə bağlı Milli Məclisə müraciət  etdi
Vəkillər Kollegiyasının üzvü, Bakı şəhər 20 saylı Vəkil Bürosunun vəkili Qasımov Rövşən Əliqasım oğlu Azərbaycası Respublikası Milli Məclisinin sədri Sahibə Əli qızı Qafarovaya və Azərbaycan Respublikası Milli Məclisinin deputatlarına müraciət edib.

Media vastəsilə yayılan müraciətdə deyilir:

“Hörmətli Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Əli qızı Qafarova və dəyərli Azərbaycan Respubliası Milli Məclisinin deputatları Sizə müraciət edərək bildirirəm ki, Azərbaycan Respublikası Milli Məclisinin müzakirəsində Azərbaycan Respublikasının MülkiProsessual Məcəlləsində dəyişiklik edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU vardır.

Qanun lahiyəsində Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləyə təklif edilən yeni – 174.5-ci maddəsində məhkəmə açıq-aşkar əsassız vəsatət və şikayətlər verən, yaxud işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə aşkar surətdə maneçilik törədən tərəfi, onun nümayəndəsini və ya vəkilini 500 manatadək cərimə edə bilər sözləri öz əksini tapıb.

Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamında deyilir ki, ( 22 fevral 2018 –ci il tarxili ) Vətəndaşların yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnun həyata keçirilməsi, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi və ədalət mühakiməsinin səmərəli fəaliyyəti üçün güclü və nüfuzlu vəkillik təsisatının böyük əhəmiyyəti vardır. Azərbaycan Vəkilinin inkişafında inqilabi rol oynamış Azərbaycan Respublikası Prezidentinin sərancamın dan sonra Azərbaycan Vəkili üzərlərinə olan böyük məsuliyyəti dərk edərək Azərbaycan Respublikası Vətəndaşlarının hüquq və azadlıqlarını, qanunla qorunan mənafelərini qanunun imkan verdiyi bütün vasitələrdən istifadə edərək peşakərcasına müsdafiə etmişdir. Lakin bu gün Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan Republikası Vətəndaşlarının səsi olan Ali Məclisdə vətəndaşlarının hüququ və azadlıqlarının müdafiəsində inkar olunmaz xidmətləri olan Vəkillərə qarşı 500 manat cərimənin tətbiqi imkanının işə baxan hakimlərə hüquq verilməsi Azərbaycan Vəkilinin öz üzərinə düşən hüququ qoruma fəaliyyətinin subyektiv səbəblərdən qarşısının alınmasına səbəb ola bilər.

Bu isə təkcə Azərbaycan Vəkilinin fəaliyyətinin məhdudlaşdırılması deyil, eyni zamanda vəkilin təmsil etdiyi şəxsin hüquq və azadlıqlarının qorunmasında pozuntunun yaranmasına səbəb olacaqdır.. Bu gün Azərbaycan Vəkilinin sayı 2000 nəfəri keçmişdir və Azərbaycan Respublikası Vətəndaşlarının hüququ və azadlıqlarının qorunmasında son 4 ildə görünməmiş nəaliyyətlər qazanılmışdır. Bu nəaliyyətlərinin qazanılmasında isə əsas səbəbi Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Azərbaycan Vəkilinə olan qayğısı olmuşdur. Azərbaycan Vəkilinin məqsədi məhkəmələrdə işin obyektiv , tam , hərtərəfli , qanuni araşdırılmasının təmin olunmasıdır. Məhz Azərbaycan Vəkilinin fəaliyyəti nəticəsində yerli məhkəmələrin baxdığı işlər üzrə qanunsuz qəbul edilmiş məhkəmə aktlarından verilmiş Apellyasiya və Kassasiya şikayətləri məhkəmə aktlarının yuxarı instansiyalarda ləğv olunmasına səbəb olmuşdur. Məhkəmə baxışları zamanı Vəkillər tərəfindən verilmiş vəsatətlərin baxılaraq vəsatətlərdə göstərilən halların məhkəmələr tərəfindən araşdırılması qanuni , əsaslı , ədalətli məhkəmə aktlarının qəbul olunmasına səbəb olmuşdur.

Eyni zamanda vəkillər tərəfindən verilən vəsatətləri hakimlər yerində qısa bir müddətdə müzakirə edərək təmin və ya rədd edir. Bu hnası məhkəmə baxışının uzadılmasına səbəb ola bilər? Azərbaycan Respublikası Milli Məclisinə belə bir dəyişikliyin çıxarılması hesab edirəm ki , bu bilavasitə vəkillik fəaliyyətinə müdaxilədir və cənab Prezident İlham Əliyevin bu gün Azərbaycan Vəkilinin şüarına çevrilmiş “Güclü və nüfuzlu vəkillik təsisatının böyük əhəmiyyəti vardır” sözlərinə açıq-aşkar ziddir. Həmçinin Mülki Prosesual Məcəlləyə ediləcək dəyişikliyə əsasən, kassasiya şikayətlərinin hədləri dəyişdirilir. Vahid məhkəmə sisteminin təmin edilməsi baxımından bu həddin 2000 manatdan 5000 manata qaldırılması nəzərdə tutulur. Digər dövlət rüsumunun artması, kassasiya həddinin 5000 manatadək qaldırılması ilə yanaşı pulsuz hüquqi yardıma çatımlılığın təmin olunmaması aztəminatlı şəxslər üçün bu növ mülki iddialar üzrə məhkəməyə müraciət etmək və hüquqi yardım almaq hüquqlarını ciddi şəkildə məhdudlaşdırır. Yəni məhkəmə məsrəflərini ödəyə bilməyən Azərbaycan Respublikası Vətəndaşlarının Azərbaycan Respublikası KONSTİTUSİYA ilə tanınan məhkəmə müdafiəsindən istifadə hüquq məhdudlaşdıracaqdır.

Qanunun lahiyəsinin hazırlayan sırasında Azərbaycan Respublikası Ali Məhkəmənin hakimləri dayanır. Burdan görünür ki, bu daha çox Azərbaycan Respublikası Vətəndaşlarının hüququ və Azadlıqlarını qayğısına qalmanı deyil, hakimlərin iş yükünün azaldılmasına yönəlib. Azərbaycan Respublikası məhkəmələrin iş yükünün azaldılması üçün rüsumların artırılması, vəkilə qarşı tətbiq oluna biləcək təzyiqlərə imkan vermək yolverilməzdir. Hər kəsin Beynəlxalq və Respublika qanunvericliyi ilə qorunan məhkəməyə müraciət etmək hüququna imkan və şərait yaradılmalıdır. Hər bir işi tam, obyektiv, hərtərəfli araşdırmaq, şikayətlərə və vəsatətlərə baxmaq, iş materialları üzrə müvafiq məhkəmə aktları qəbul etmək məhkəmələrin və hakimlərin vəzifəsidir. Heç kim bu işin ona həvalə olunmasından istifadə edərək öz təmsil etdiyi qurumun kooporativ maraqları üçün qanun layihəsi tərtib etməməlidir. Qanun layihəsi cəmiyyətin və hansı peşələri əhatə edirsə, onların ümumi maraqlarına xidmət etməlidir. Qanun lahiyəsi hazırlanarkən və müzkirə olunarkən Azərbaycan Vəkilinin nümayəndələri bu işlərə cəlb edilməlidir.
Peşəkar vəkil çıxış etmək, tədqiq etmək, mürəkkəb işlərdə uğur gətirən vəsatətlər, insanların ədalət sisteminə olan inamsızlığı aradan qaldıran bütün qanunun icazə verdiyi üsul və vasitələırdən istifadə etməklə insanlarla münasibətlər yaratmaq, vəkil sirrini qorumaq, problemləri olan şəxslərə yüksək keyfiyətli hüquqi yardım etmək kimi bacarıqlara malik olmalıdır.

Vəkillik xidməti göstərilərkən vəkil öz üzərinə nəinki işin taleyini həll etmək öhdəliyini götürür, o, demək olar, bəzi hallarda hüquqi yardım göstərməklə insanın taleyini həll etmək kimi mühüm mənəvi öhdəliklərin həllinə çalışmalı olur. Dünyanın bütün sivil hüquq dövlətlərində vəkillər cəmiyyətdə fiziki və hüquqi şəxslərə yüksək keyfiyyətli hüquqi yardım göstərmək, müdafiə etdikləri ən qatı cinayətkarların belə məhkəmə və istintaq prosesində hüquqlarının təmin edilməsinə köməklik göstərən şəxsdir. Bütün insanların nə vaxtsa Vəkilin xidmətinə hər zaman ehtiyac vardır. Vəkil ona müraciət edilən məsələ ilə bağlı əlaqədar qanunları, Ali Məhkəmə qərarlarını araşdırır, məsələ ilə bağlı geniş araşdırma aparır, məhkəmələrdə müxtəlif iddialar qaldırır və ya müvəkkili əleyhinə qaldırılan iddialara qatılır, məhkəmə qərarlarının icrasını təqib edir, yeni qəbul edilən qanunları izləyir və.s bu kimi ümumi vəzifəri yerinə yetirir. Azərbaycan Respublikasında vəkillik hüquq müdafiə fəaliyyətini peşəkarcasına həyata keçirməli olan müstəqil hüquqi təsisatdır. Vəkillik qanunun aliliyi, müstəqillik, demokratizm, humanizm, ədalət, aşkarlıq və konfidensiallıq prinsipləri əsasında fəaliyyət göstərir. Vəkillik Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna, Azərbaycan Respublikasının prosessual qanunvericiliyinə və Azərbaycan Respublikasının digər qanunlarına əməl edilməsinə əsaslanaraq fəaliyyət göstərir. Bir sözlə vəkillik və vəkillər heç bir dövlət qurumuna və ya vəzifəli şəxsə tabe olmadan qanunlara əsaslanaraq işləyirlər.

Vəkillərin və onların birliyinin peşəkar fəaliyyətinə prokurorluq, məhkəmə, digər dövlət orqanları, ictimai birliklər, hər hansı müəssisə, idarə, təşkilat və vəzifəli şəxs tərəfindən müdaxiləyə, təzyiqə yol verilməsini qanun qadağan edir. Lakin Azərbaycan Respublikası Milli Məclisinin müzakirəsinə çıxarılmış vəkilin 500 manat cərimə olunmasına dair dəyişiklik Azərbaycan Vəkilinin faliyyətini məhdudlaşdırmaqla ,vəkili məhkəmə sisteminin bir parçasına çevirir. Vəkillik fəaliyyəti hüquqi yardım üçün müraciət etmiş şəxslərin hüquqlarının və mənafelərinin müdafiəsinin və ya təmsil edilməsinin vəkilə həvalə edilməsi əsasında və onların tapşırıqlarına müvafiq olaraq həyata keçirilir. Məhkəməyə təqdim etdiyi vəsatətin hakim tərəfindən əsassız hesab edilməklə 500 manat cərimə olunma təhdidi altında vəkil Azərbaycan vətəndaşının hüquqlarını necə müdafiə edə bilər ?
Cərimə olunma təhlükəsi altında işləməyən vəkil müstəqil olduqda kənar təzyiqlər qarşısında möhkəm dayanar, hüquqi xidmət üçün fəaliyyətini düzgün qurmaqda daha qətiyyətli olar.Vəkillərə fəaliyyəti ilə bağlı cərimənin məbləğindan aslı olmayaraq tətbiqi Vəkilin fəaliyyətinin qarşısının alınmasına yol açır. Vəkil fəaliyyətində hər hansı qanun pozuntusuna yol verərsə bu halın araşdırılması üçün Azərbaycan Respublikası Vəkillər Kollegiyasının İntizam komisiyasi var.

Azərbaycası Respublikası Milli Məclisinin sədri Sahibə Əli qızı Qafarova və Azərbaycan Respublikası Milli Məclisinin deputatları Sizə müraciət edərək xahiş edirəm ki , Azərbaycan Respublikasının MülkiProsessual Məcəlləsində dəyişiklik edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU lahiyəsinin Azərbaycan Respublikası Vətəndaşlarının hüquq və manefelərini və Azərbaycan Vəkilinin fəaliyyətinə mane olacaq hər hansı qanunun səalhiyyətin verilməməsini əsasə götürərək ətraflı müzakirə etməklə və bu müzakirəyə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının nümayəndələrini dəvət edəsiniz.


Millitv.az
Text-to-Speech

DİNLƏ






Şərh yaz