Axtarış...

Sığınacağa gətirilən qurbanlıq ətlə Nabranda obyekt işlədən kimdir? - Burası AZƏRBAYCANDIR!

Sığınacağa gətirilən qurbanlıq ətlə Nabranda obyekt işlədən kimdir? - Burası AZƏRBAYCANDIR!


Bakıda uşaq sığınacağı rəhbərlərindən biri təşkilata gətirilən ərzaqlarla, xüsusilə də qurban əti ilə Nabranda obyekt işlədir.

Millitv.az xəbər verir ki, bu barədə jurnalist Zülfiyyə Qurbanova sosial hesabında paylaşım edib. Həmin şəxsin kimliyi maraq doğurur.

Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə Cebhe.info-ya bildirib ki, o adam kimdirsə, nüfuzunu deyil, qazancını fikirləşir:

"Nüfuzunu düşünən adam belə etməz. Yaxşı ki, "uşaq sığınacağı" terminalogiyasını ölkəyə 15 il öncə gətirməyə başladıq. Uşaq sığınacağı sözünü bu gün uşaq evləri, köpələr evlərinə, QHT- lərin tərkibindəki 2-3 sığınacağa da şamil edirlər. Buradakı anlaşmazlıq problemlərə gətirib çıxarır. Bəlkə də həmin iş o zonada yerləşən hansısa internat məktəbinin rəhbəri tərəfindən edilib. Biz bilmirik axı. Mən heç kəsin "babalını" da yuya bilmərəm. Jurnalistin "qeybət" deyə yazdığı məsələ yaxşı səslənmir. Ayıbdır. İş görən təşkilatların işinə kölgə salmaq olmaz. İnsanların içinə şübhə toxumu səpməklə uşaqların rifahına çöp uzadırıq".

Birlik sədri qeyd edb ki, "Təmiz Dünya" təşkilatının qadın və uşaq sığınacağı, "Ümid evi", "Nur evi" sığınacaqları var:

"Bundan əlavə, Elm və Təhsil Nazirliyinin uşaq evləri, internat məktəbləri var. Adam konkret yazsın ki, o iş dərhal nəzarətə alınsın. Mən öz payıma görə deyirəm ki, biz heç yerdən maliyyələşmirik. Bizə gələn gələn ən balaca smetan bankası da çox böyük dəstəkdir. O bankanın oradan çıxarılması 10 dəstəyin azalması deməkdir. Ona görə mən nəinki bunu özümə rəva bilmirəm, heç kimə də edə bilmirəm. Düşünürəm ki, vicdanı, əxlaqı, tərbiyəsi olan belə addım atmamalıdır".
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz