Axtarış...

Ermənistan Qarabağla bağlı öhdəliklərindən geri çəkilir? - NƏ BAŞ VERİR?

Ermənistan Qarabağla bağlı öhdəliklərindən geri çəkilir? - NƏ BAŞ VERİR?


Ermənistanın Şirak hava limanına və Gümrü dəmiryolu vağzalına bomba qoyuması barədə məlumat yayılıb.

Bu barədə Ermənistanın Fövqəladə Hallar Nazirliyindən bildirilib. Sərnişinlərin və işçilərin hər iki obyektin ərazisindən təxliyə edildiyi açıqlanıb. Qeyd edək ki, son günlərdə Ermənistanda bənzər iddialar artmağa başlayır. Nümunə olaraq bir neçə dəfə İrəvan metrosuna bomba qoyulduğu barədə şaiyələrin yayılmasını göstərmək olar. Bu iddialar hər dəfə yayıldıqda isə metronun fəaliyyəti dayanaraq, sərnişinlər təxliyyə olunub. Təbii ki, bu da əhali arasında panikaya səbəb olub.

Üstəlik, İrəvandakı “Sürməli” bazarında baş verən yanğında insanların həlak olması oradakı vəziyyəti daha da gərginləşdirib. Hazırda Ermənistanın daxilində qarışıqlıq və çaxnaşma yarandığı açıq şəkildə görünür.

Bəs belə bir vəziyyətdə rəsmi İrəvan Qarabağla bağlı götürdüyü öhdəliklərdən imtina edə bilərmi? Sabiq diplomat, politoloq Fikrət Sadıqov Cebhe.info-ya açıqlamasında bildirib ki, Ermənistan hakimiyyəti Qarabağdakı öhdəliklərini yerinə yetirməkdən imtina etməyəcək:

“Ermənistan bütün daxili siyasi proseslərə baxmayaraq, bu öhdəlikləri yerinə yetirməlidir. Çünki bunlar onların öz işidir və bizi maraqlandırmamalıdır. Proses artıq elə bir yerə gəlib çatıb ki, Ermənistanın daxilində baş verən hadisələr bu proseslərə təsir edə bilməz.Azərbaycanın gücü, tələbləri və şərtləri dəfələrlə səsləndirilib, o cümlədən konkret öhdəliklər var. Sülhməramlılar da bunu yaxşı dərk edirlər. Digər tərəfdən, bir sıra ailələrin artıq Laçın və Zabuxu tərk etdiklərini görürük. Yəni proseslər gedir. Ümumiyyətlə, bu proseslərin sona çatacağı artıq reallıqdır və bunun başqa bir variantı da ola bilməz”.

Politoloq hesab edir ki, Ermənistanda baş verən hadisələrin arxasında xarici qüvvə dayanıb:

“Bu xarici qüvvənin müəyyən niyyət və məqsədləri var. Bəlkə də onların əsas niyyəti Nikol Paşinyanın hakimiyyətini gücləndirməkdir. Çünki Paşinyan konkret tədbirlər görməli və kimlərisə həbs etdirməlidir. Həmçinin, oradakı müxalifətin keçirdiyi mitinqlərin də heç bir nəticə vermədiyini də unutmayaq. Yəni onlar da buna görə belə terror aktlarına əl ata bilərlər. Çünki orada aparıcı qüvvə “Qarabağ klanı”dır. Onların terrora meyilli olması bizə yaxşı bəllidir”.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz