Axtarış...

Türkiyədəki yanğınlar zamanı tərfiləyirdilər... İNDİ İSƏ... - FHN şefinin qürubuna yığışanlar...

Türkiyədəki yanğınlar zamanı tərfiləyirdilər... İNDİ İSƏ... - FHN şefinin qürubuna yığışanlar...


Bir neçə gündür ki, sosial şəbəkələr və media FHN əməkdaşlarının intim görüntüləri ilə çalxalanır. Maraqlıdır ki, 7-8 il bundan əvvəl çəkilmiş görüntülər bu gün dövriyyəyə buraxılıb və məqsədli şəkildə tirajlanır, gündəmdə saxlanılır. Məsələnin mahiyyətinə varmayan, kimlərinsə sifarişlərinə alət olanlar isə olayı şar kimi böyütməkdən yorulmurlar. Heç bir halda hansısa dövlət strukturunda, ələlxüsus FHN kimi strateji bir qurumda belə halların baş verməsinə, çəkilişlərin aparılmasına haqq qazandırmaq mümkün deyil. Bu yazını yazmaqda da məqsədimiz baş verənləri malalamaq yox, sadəcə hadisələrə soyuq başla, sağlam məntiqlə yanaşmaqdır.

Bir daha qeyd edim ki, 8 il əvvəl baş verən bir hadisəni indi gündəmə gətirmək (yəqin ki, o vaxt bunu etməyə DÖVT-ləri çatmayıbmış) sırf məkrli məqsədlərə xidmət edir və bunu bilmək üçün münəccim olmağa heç bir ehtiyac yoxdur. Ölkənin ən prestijli və saat kimi dəqiq işləyən strukturu olan FHN-i və bu mexanizmi formalaşdıran Kəmaləddin Heydərovu vurmaq üçün heç bir səbəb tapmayanda məhz belə iyrənc və şərəfsiz metoda əl atmağı planlayıblar. Sözü kişi kimi üzə deməyi bacarmayanlar qurşaqdan aşağı hücuma keçiblər. Elə yayımladıqları rolikdəki əxlaqa sahib olanlar dolayısıyla K.Heydərovu zərbə altında qoymağa, gözdən salmağa çalışırlar. Bir daha qeyd edirəm ki, baş verənlərə heç bir haqq qazandırmaq fikrim yoxdur. Sadəcə bu yerdə ataların bir məsəli yadıma düşür-düzəlib hər yarağımız, qalıb saqqal darağımız. Guya digər nazirliklərdə, dövlət strukturlarında hamı milli geyimlərdə, başında kəlağayı, əynində beştaxta tuman gəzirmiş, bir FHN-də əxlaqsızlıq baş alıb gedirmiş. Heç başqa nazirliklərə getməmisinizmi- bulvarda, "Tarqovu"da geyinilməyən paltarlarla gəzirlər bu dövlət orqanlarında. İrilərini demirəm, hər xırda məmurun ətrafında 5-10 “huri” fırlanır, daha çox “əməkdaşa” sahib olmaq uğrunda sanki yarış gedir. Amma bunları görən yoxdur, çünki hələ sifariş gəlməyib, çəkiliş ortaya qoyulmayıb. FHN-də heç olmasa xidməti formalarda gəzirlər, bir hərbi nizam-intizam var. Digərlərində isə kimin keyfi necə istəyirsə, eləcə də geyinir və yaxud geyinməyir.
Son günlər kadr sahəsində bəzi dəyişikliklər aparıldı- Gömrük Komitəsinin sədri vəzifəsindən azad olundu, hətta bəzi həbslər də oldu. Görünür, bundan ruhlananlar növbəti hədəf kimi K.Heydərovu görürlər. Uzun illər dövlətə sədaqətlə xidmət edən, istər Gömrük Komitəsində, istərsə də FHN-də güclü struktur formalaşdıran, əsl məmur, dövlət xadimi imicinə malik olan K. Heydərovu öz aləmlərində “vurmaq” üçün kişiyana bir səbəb tapa bilməyənlər məhz belə iyrəncliyə əl atıblar. Atası millət vəkili, ağsaqqallar şurasının sədri olan, hələ gəncliyindən özü də ağsaqqal ağırlığında olan bir şəxsə belə gədəcəsinə hücum yaraşarmı ? Hamı bilir ki, məqsəd kabinetdə cütləşən iki “aktyoru” hədəfə gətirmək deyil.
K.Heydərov məqamında, yerində düzgün qərarlar qəbul etməyi bacaran bir şəxsdir. Onun rəhbərlik etdiyi nazirlik nəinki ölkə daxilində, hətta qoşu dövlətlərdə baş verən föqəladə hallarda özünü təsdiq edib. Təkcə qardaş Türkiyədə baş verən meşə yanğınlarında FHN-nin xidmətlərini qeyd etmək kifayətdir. Bütün bunları görməyənlər isə sevişməyə yer tapmayan iki kabinet aşiq-məşuqunun üzərindən hücuma keçiblər. Siz ondan danışın ki, rəhbərlik etdiyi nazirliyə tabe olan məktəb direktorunu işdən çıxarmağa cəsarəti çatmayan nazir var bu ölkədə. Bir əmri imzalamaq üçün beş kabinetdən məsləhət alanarla doludur məmləkət. Nə əcəb bunları heç kim görmür, amma 8 il bundan əvvəl çəkilənlər bu gün gündəm olur.
Bir də yadıma məhşur filmdəki ifadə düşdü- “Kişinin qoluna qandalı da gərək kişi vursun!”
Rubrika.Az
Text-to-Speech

DİNLƏ






Şərh yaz