Axtarış...

Pandemiyanı dayandırmaq öz əlimizdədir

Pandemiyanı dayandırmaq öz əlimizdədir
Müsahibim itoterapevt, “Herba Medical Tibb Mərkəzinin baş həkimi Fizuli Hüseynovdur.
Qısa dosye: 1973-cü ildə Naxçıvan MR Kəngərli rayon Qabıllı kəndində dünyaya göz açıb. 1990-cı ildə Qabıllı kənd orta məktəbini gümüş medalla bitirib, Azərbaycan Tibb Unversitetinin tibbi profilaktika fakültəsinə daxil olub və 1996-cı ildə ali məktəbi uğurla başa vurub. İxtisasca infeksionist olsa da bu sahəyə marağı olmayıb. 1998-ci ildə Herba Flora şirkətini təsis edib və hazırda həmin şirkətin aparıcı mütəxəssizidir.
- Fitoteripayanin imkanlarını özündə cəmləyən tibbi mərkəz yaratmaq fikri hardan meydana gəldi?
-Bu barədə mən çoxdan düşünürdüm. Peşakar fitoterapevtlərlə məsləhətləşdim bu sahədə böyük təcrübəsi olan həkimlərin birgə köməyi ilə Herba Medical Mərkəzini yaratdıq. Hər isdə olduğu kimi əvvəldə müəyyən çətinliklərimiz oldu. Zamanla hər şey qaydasına düşdü. Bizim başlıca məqsədimiz tibb elminin, xalq təbabətinin və ən müasir texnologiyaların imkanlarından istifadə edərək xəstələrə yüksək keyfiyyətli xidmət göstərməkdir. İnsanlarımızın həyatı bizim üçün önəmlidir!
-Yazın sonlarında insanlar karonaviris pandemiyasının bitdiyini düşünürdülər. Amma son bir ayda yoluxma sürətlənərək narahatedici səviyyəyə yüksəldi. Təbii vasitələrlə özümüzü bu bəladan necə qoruya bilərik?
-Çox az xərc çəkməklə insanların immun sistemini gücləndirib, koronavirusun qarşısını rahatca ala bilərik. Bizim müəyyən araşdırmalardan sonra müxtlif qarşıqlardan hazırladığımız məcun bütün immun çatışmazlığından əziyyət çəkən xəstələrdə, uzun sürən xroniki xəstəliklərdə, 10-20 illərdən bəri xroniki bronxit və pnevmoniyadan əziyyət çəkən insanlarda müsbət nəticələr göstərib. Xatırladım ki, koronavirus xəstəliyi də insanları pnevmoniya əlamətlərinin ağırlaşmasından öldürür. Həmin məcundan böyük insanlar üçün 1 kq, uşaqlar üçün isə yarım kq hazırlanılıb istifadə edilsə bu xəstəlikdən özlərini asanlıqla qoruya bilərlər. Bu məcunun tərkibində Zəncəfil kökü tozu 20 qram, ud hindi kökü tozu 100 qram, qarazirə toxumu tozu 100 qram, bal 1kq təşkil edir. Qeyd edim ki, bu bitkilərin hamısı quru olmalı, qəhvəüyüdəndə üyüdüldükdən sonra bal ilə qarışdırılmalı və bitənə qədər istifadə olunmalıdır.
-Hazırda yayın son ayını yaşayırıq və qarşıda bizi küləkli-yağışlı soyuq havalar gözləyir. Mövsümü xəstliklərin simptomları olan qızdırmanın, öskürəyin qarşısının alınması üçün xalq təbabəti hansı çarələr təklid edir?
Heyva yarpağı dəmləməsi soyuqdəymə və öskürək zamanı faydalı təsir göstərir. Bundan başqa heyva tumları qurudulur və südlə dəmlənilərək içilir. Yarım çay qaşığı heyva tumu bir stəkan soyuq suya atılır, bir gün saxlanılır, öskürək zamanı yeməkdən əvvəl qəbul edilməsi mədə yarası, qastrit və öskürək zamanı faydalıdır. Şaftalı yarpağı kölgədə qurudulur, bərabər miqdarda gavalı yarpağının qurusu ilə qarışdırılıb dəmlənilərək yeməkdən əvvəl içilməsi öd durğunluğuna faydalı təsir göstərir. Cır gilənar ağacının uc hissəsindəki zoğlarının yığılıb qurudulması payız və qışda soyuqdəymə əleyhinə ən təsirli və tərlədici vasitə kimi təsir edir. Gilas saplağı yaxşı sidikqovucu kimi böyrəkləri və sidik yollarını iltihabdan təmizləyir.
-Qanda şəkəri tənzimləyən və qanu quruldan vasitələr hansılardır?
Cır gilasın tumlarının əzilərək toz formasına salınıb gündə 3 dəfə yarım çay qaşığı qəbul edilməsi ikinci növ şəkərli diabet xəstələrində şəkərin səviyyəsini aşağı salır. Şəkərli diabet və yüksək təzyiq zamanı hər gün zeytun yarpağı dəmləməsi içilməsi məsləhətdir. Qurudulmuş söyüd yarpağı dəmləməsi qanı duruldur, eyni zamanda iltihab əleyhinə təsir göstərir. Fındıq yarpağı dəmləməsi isə pozulmuş qan dövranını bərpa edir. Əl və ayaqlarda soyuqluq olanda həmin dəmləməyə bal əlavə edilərək gündə 3 dəfə 1 stəkan qəbul edilir. Onun qəbulu prostat böyüməsi zamanı da çox faydalıdır.
-Son illər bəzi insanlar qaraciyər və öd mənşəli köpmələrdən şikayət edirlər. Daha hansı şəfalı bitkilər orqanizmdə baş verən digər fəsadların qarşısını alır?
-Çiyələk saplaqları kölgədə qurudulandan sonra qaraciyər xəstəlikləri və öd mənşəli köpmələr zamanı dəmlənilərək içilir. Qozun arakəsmələri qəhvəüyüdəndə üyüdülür, onun 200 qramı yarım kiloqram bal ilə qarışdırılaraq məcun hazırlanır. Vitamin çatışmazlığı zamanı isə qoz ağacının cavan yarpaqları yığılıb qurudulur, dəmlənilr və bal əlavə edilərək içilir. Bundan başqa nar qabığının dəmləməsi ilə qarqara edən zaman ağız yaraları sağalır və diş əti bərkiyir. Əzgil saplağının dəmləməsi qanlı ishalı aradan qaldırır. Arterial təzyiq və şəkərli diabet zamanı hər gün zeytun yarpağı dəmləməsi içilməsi müsbət təsir göstərir.
-Xalq təbabətində bir bitki barədə çox danışılır və onun bütöv bir apteki əvəz etmək güçündə olduğu bildirilir. Doğrudanmı zəyərək (kətan) toxumu bu qədər möcüzəli təsirə malikdir, yoxsa bu bir mübaliğədir?

-Həqiqətən bu bitki həddən artıq şaferici xüsusiyyətlərə maslikdir və burda heç bir mübaliğə yoxdur. Zəyərək (kətan) toxumunun faydaları saydıqca bitmir.Zəyərək bağırsaq daşlarını və bağırsaq şlaklarını təmizləyir. Əgər həkim kiməsə bol balıq yeməyi məsləhət görmüşsə və balıq yeyə bilmirsə onda zəyərək toxumunu qatıqla qarşıdırıb yemək kifayıt edir. Çünki zəyərəyin tərkibindəki omeqa 3-lə balığın tərkibindəki omeqa 3 eyni təsirlərə mslikdir. Zəyərək sinir sisteminə də rahatlaşdırıcı, əsəb sakitləşdirici təsir edir. Arıqlamaq istəyənlər üçün də əla bir vasitədir, belə ki, yeməkdən yarım saat əvvəl 1-2 çay qaşığı zəyərək tozunu və ya yağını 1 kasa qatığa qarışdırıb yemək iştahı azaltmaq üçün əla bir vasitədir. Zəyərəyin tərkibindəki antioksidantlar insanı gələcəkdə xərçəng olmaqdan qoruyur. Tərkibində zəngin kalsium vardır ki, qatıqla qarışdırıb yeməklə sümük əriməsi kimi dəhşətli bir xəstəliyi müalicə etmək olar və gələcəkdə də belə xəstəliklərə tutulmaq risqi sıfıra enir. Zəyərək toxumlarını kefirlə də qarışdırıb yemək olar.
-Sizcə indiki dövrdə uşaqlar arasında xəsətliklər niyə sürətlə yayılır və ağır fəsadlarla nəticələnir? Rəsmi statistika respublikamızda uşaq ölümümün yüksəlməsi faktını təsdiqləyir.
- Hazırda demək olar ki, bütün uşaqlarda imunitet sistemi çox zəifdir. Bunun səbəbləri barədə nə deyə bilərsiz?

- Bunun bir çox səbəbləri var ki, onlardan biri də son 20 ildə əksər körpələrin qeysəriyyə əməliyyatı yolu ilə dünyaya göz açmasıdır. Sonuncu peyğəmbərimiz deyib ki, cənnət anaların ayaqları altındadır. Yəni qadınların yox, mıhz anaları nəzərdə tutub. Demək doğuş saatı çatanda bütün analar şəhidin keçirdiyi anları yaşayırlar , ana övlladından ötrtü şəhid olmağa hazırlaşır. Belə ki, doğuş zamanı tələf olan ana Allah qatında şəhid sayılır. Amma qeysəriyyə yolu ilə ana olanlarda həmin hallar yaşanmır, o duyğular onlarda çox az baş verir. Bəzən müəyyən səbəblərdən ananı və uşağı xilas etmək üçün əməliyyat qaçılmaz olur. Amma normal doğuşa hazır olan qadını əməliyyat stoluna qaldrrmaq cinayətdir. Gələcək nəsillərə xəyanətdiir. Əməliyyatla doğulan uşaqların immuniteti təbii doğuşla olmuş uşaqlardan xeyli zəif olur, onlar xarici mühitdəki allergenlerə həssas olurlar. Doğuş zamanı uşağın uşaqlıq yolunda sıxılması beyində və ağ ciyərdə artıq mayenin çıxmasına səbəb olur. Təbii doğuşla doğulmuş uşaqların qanında endorfin, yəni xoşbextilk hormonları kəsirlə doğulanlardan 4-5 defə çox olur. Tebii doğuş vaxtı uşağın bədənindən ana bədəninə xüsusi siqnallar verilir. Bu isə o deməkdir ki, körpə dünyaya gəlməyə hazır olduğunu xəbər verir. O siqnallar sonradan ana südünden alınmış əantitellərlə birləşib uşağın gələcək immun sistemini qurur. Sonradan uşaqlara vaxtından əvvəl alınan telefonlar və digər şüa yayan əşyalar, uşaqların təmiz havada az olması, meyvə-tərləvəz yeməmələri, fastfood yeməklər və digər zərərli qidalar və s. onsuz da zəif olan immun sistemini bütünlüklə məhv edərək onları orqanizmini xəstləliklər qarşısında müqavimətsiz qoyur.



Nazilə Nəriman
Text-to-Speech

DİNLƏ






Şərh yaz