Axtarış...

“Sədərək” indiyədək icarə haqqı ödəməyib? - Dövlət Komitəsi məhkəməyə verdi

“Sədərək” indiyədək icarə haqqı ödəməyib? - Dövlət Komitəsi məhkəməyə verdi


Əmlak Məsələləri Dövlət Xidməti “Sədərək” Ticarət Mərkəzindən icarə müqaviləsi bağlanılmasını tələb edir.

Millitv.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, qurum iddia edir ki, Ticarət Mərkəzi dövlətə məxsus torpaq ərazisində fəaliyyət göstərməsinə baxmayaraq, bu müddət ərzində Komitəyə icarə pulu ödənilməyib.

ƏMDX artıq “Sədərək” barəsində məhkəmə iddiası da qaldırıb. İddia Bakı Kommersiya Məhkəməsində icraata götürülüb. İşə hakim İlham Əhmədovun sədrliyi ilə baxılır.

Mübahisə ilə bağlı maraqlı məqamlardan biri də Bakı Şəhər İcra Hakimiyyətinin məhkəməyə maraqlı şəxs qismində cəlb olunmasıdır. Belə ki, “Sədərək” firması bu günə qədər BŞİH-in sərəncamı əsasında fəaliyyət göstərirmiş.

Qeyd edək ki, "Sədərək" Ticarət Mərkəzi Qafqazın ən böyük bazarı hesab olunur. Ərazisi 30 hektardan çox olan ticarət mərkəzinin rəhbəri tanınmış iş adamı Yunis Qədimbəylidir.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz