Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevlə bağlı yaxın vaxtlarda qərar veriləcək. Bu barədə DİA.AZ-a hpkumətdəki bilgili qaynaqlar informasiya verib. Xəbəri verən mənbə iddia edir ki, Səfər Mehdiyev son günlər özünü DGK sədri postunda həddindən artıq arxayın hiss edir...
Mənbənin dia.az-a söylədikləri:
"Məsələ belədir. Səfər Mehdiyevə konkret missiya həvalə olunub. O isə kifayət qədər sapmalara yol verib. Hər halda bu gün dövrü mətbuat təftiş olunarsa, DGK sədri barəsində ən çox şikayət olunan "yenilərdəndir". Cənab Mehdiyev zənn etməsin ki, bütün bu faktlar diqqətdən kənarda qalır. Əksinə, Səfər Mehdiyev yaşının gənc olmasına rəğmən daha çox "qocalardan" əxz etdiyi təcrübəsinə söykənməsi səbəbindən qısa müddətə hədəfə çevrilməkdədir. Onunla bağlı yekun qərar yaxın vaxtlarda veriləcək. Müzakirə gedir".
Əlavə bilgilərimiz olacaq. İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...