1992 - cü ildə Şuşa şəhərindən məcburi köçkün düşmüş jurnalist Kamaləddin Məmmədli uzun illər çətin şəraitdə yaşasada Prezident İlham Əliyevin məcburi köçkünlərə göstərdiyi dövlət qauğısı sayəsində bu gunlərdə Qobu yaşayış parkında Həmkarımız Kamaləddin Məmmədlidə məcburi köçkünlər üçün tikilən mənzillə təmin olunub. Bizdə redaksiyamız adından Kamalləddin müəllimi təbrik edirik və ona tezliklə düşmən tapdağı altında olan bütün torpaqlarımızın düşməndən azad olunaraq oradan məcburi köçkün düşmüş insanların öz doğma yurd yuvalarına qayıtmasını arzulayırıq.
Bu münasibətlə Həmkarımızın prezident İlham Əliyev cənablarına yolladığı təşəkkür məktubunu öz səyfəmizdə dərc edirik.
Möhtərəm cənab Prezident.
Sizin siyasi iradəniz sayəsində məcburi köçkünlərin hərtərəfli dövlət qayğısı ilə əhatə olunması bizi sevindirir. Bu qədər insanın mənzil-məişət şəraitinin yaxşılaşdırılması, vahid aylıq müavinətlə təmin edilməsi, onların digər problemlərinin həlli əlbəttə ki, çox böyük işlərdir.
Son dövrlərdə neçə-neçə yeni məcburi köçkün şəhərcikləri salınıb. Bunlardan biri də “Qobu park” yaşayış kompleksidir. Şuşa rayonundan məcburi köçkün ailəsi olaraq bu yaxınlarda həmin yaşayış kompleksində mənzillə təmin edilmişik.
Buna görə ailəmiz adından Sizə təşəkkürümüzü bildiririk.