Axtarış...

Toplananların yerini dəyişəndə cəm dəyişmir

Toplananların yerini dəyişəndə cəm dəyişmir
Prezident İlham Əliyev bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədəki nitqində kifayət qədər maraqlı və ciddi bir məqamdan söz açdı. Kölgə iqtisadiyyatı probleminə toxunan dövlət başçısı bu sahədə aparılan mübarizə tədbirlərinə rəğmən, onu narahat edən məsələlərin qaldığını diqqətə çatdırdı və bəzi kadrların etimadı doğrultmadığını qeyd etdi. Prezidentin söylədikləri mənə iqtisadiyyat naziri Mikayıl Cabbarovun oxşar fikirlərini xatırlatdı.
Toplananların yerini dəyişəndə cəm dəyişmir Bir sıra dövlət şirkətlərinin bugünkü fəaliyyətinin günün tələblərinə uyğun olmadığnı qeyd edən nazir bəzi hallarda idarəetmənin effektivliyinin aşağı olduğunu, dövlət şirkətlərinin büdcə gəlirlərinin formalaşmasında mühüm rol oynamalı olduğu halda, zərərlə çalışdğını dilə gətirmişdi. Nazirin dedikləri ictimaiyyət üçün yenilik deyildi. Müxtəlif Kiv-də və sosial şəbəkələrdə dövlət şirkətlərinin fəaliyyəti haqqında müzakirələr illərdir apa vermir. Ölkədə ən böyük zərərlə işləyən dövlət şirkətləri “Azərbaycan Dəmir Yolları” QSC, Metropoliten QSC və“Azərsu” ASC-dir. Yetərincə subsidiyalar ayrılmasına, kreditlər verilməsinə rəğmən dövlət şirkətləri zərərlə çalışdıqlarını iddia edərək dövlətə yük olmağa davam edirlər. Bu şirkətlərin zərərlə işləməsinin yükünü isə həm də vətəndaş çəkir. Dövlət şirkətlərinin zərərlə işləməsi bəarədə deyilənlər uzun müddətdir davam etsə də də, zərərin səbəbləri ictimaiyyətə açıqlanmır. Əslində insanlar yaxşı bilir ki, bu “zərər” hardan qaynaqlanır? Metropolitenin keçmiş və indiki rəhbərliyi də dəfələrlə mətbuata bildiriblər ki, sərnişinlərin daşınmasından gələn gəlir xərcləri ödəmir.Toplananların yerini dəyişəndə cəm dəyişmir Əgər gəlir xərcləri ödəmirsə həm keçmiş, həm də indiki rəhbərlərin özlərinin və ailə üzvlərinin qiyməti yüzminlərlə ölçülən bahalı avtomobilləri, qiyməti milyonları keçən və sayı bilinməyən mülkləri, xaricdəki şirkətlər üçün sərf olunan pullar hardandır? Yoxsa onlara babalarından qalıb? “Zərər”lə işləməyin səbəbləri hamıya məlum olsa da, bəlli olmayan başqa nüansdır. Korrupsiyaya qarşı yaradılan çoxsaylı qurumlar hara baxırlar? Yəqin onlar da yuxarılardan işarə gözləyirlər. Bəs neçə, onlar dəqiq bilmlidirlər ki, kimim “atasını yandıra” bilərlər, kimə toxunmaq olmaz? Ekspertlərin fikrincə də dövlət şirkətlərinin “zərərli” fəaliyyətinin əsas səbəbi qeyri-effektiv idarəetmə sisteminin qurulmasıdır və bu sistem korrupsiya fəaliyyətinə geniş imkanlar yaradır. Təbii ki, nəzarətin olmadığı yerdə qeyri şəffav- fəaliyyət budcənin talanması ilə baş çatmalıdır. Müşahidələr göstərir ki, dövlət şirkətlərinin əsas korrupsiya fəaliyyətləri dövlət satınalmaları prosesində baş tutur. Belə ki, bu zaman şişirdilmiş qiymətlər göstərilir, zəruri ehtiyac duyulmayan xidmətlər üçün xərclər çəkilir. Bəzi faktlara görə, tenderlerin qalibləri adətən tanınmayan, şübhəli fəaliyyətləri ilə fərqlənən şirkətlər olur və bu şirkətlər dövlət qurumlarına yaxınlığına görə seçilir. Bu satınalmalar zamanı isə ""Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının qanununa riayət etmək isə nədənsə “unudulur” . Həmin qanunda göstərilir ki, satınalma həyata keçirmək istəyən dövlət şirkəti növbəti il üçün ilkin satınalma planını hazırlayaraq təsdiq etməli və dövlət satınalmalarının vahid internet portalında yerləşdirməlidir. Ancaq biz bu gün həmin internet portalına baxsaq, əksər dövlət şirkətlərinin bu məlumatları yerləşdirmədiyini görəcəyik. Səbəb də ortadadır. Hansı nazir və ya komitə sədri özünü ifşa etmək istəyər ki?Toplananların yerini dəyişəndə cəm dəyişmirPrezident İlham Əliyevin Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevi vəzifəsindən azad erdiyini eşidəndə nədənsə təəccüblənən olmadı. Demək kömitə sədri büdcəyə odədiyi planı artıqlaması ilə (vətəndaşları soymaqla)pdədiyi üçün seyid cəddinə arxayın olan kimi buna arxayın olub istədiyini edib və isdən qovulacağını güman etməyib. Vaxtilə “gömrükdə inhisarçılığın bir faizini göstərsəniz, mən istefa verərəm” deyən Dövlət Gömrük Komitəsi sədri bu sözlərin ilk müəllifi deyildi. Vəzifəyə gələn əksər məmurlar xalq arasında özlərinə etimad qazanmaq üçün oxşar fikirlər işlədiblər. Həmin məmurlar bu gün ya vəzifədən qovulublər, ya da zindanda həbs cəzası çəkirlər. Onlar işdən qovulan kimi varidatlarının siyahısı kütləvi şəkildə trajlanırdı. Bu taleyi bölüşən Mehdiyevin də sahib olduğu sərvətlərin siyahısı dərc olunub. Məlum olub ki, Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin Naxçıvanın Babək rayonu, Nehrəm kəndində, qiməti milyonlarla ölçülən malikanəsi var və ətrafdakı digər tikililər də ona və qohumlarına aiddir. Həmçinin Dövlət Gömrük Komitəsinin sədrinin Qusarda, Şamaxıda, Mərdəkanda villaları, Milli Onkologiya Mərkəzinin yanında supermarketi, mərasim zalları, Gömrük Komitəsinin Hospitalının yanında diş klinikası, Badamdar qəsəbəsində nəhəng villası var. General-polkovnik Şahbuz rayonu, Biçənək kəndində, dağların arasında, ucu-bucağı görünməyən, möhtəşəm bir malikanəyə də sahibdir.Toplananların yerini dəyişəndə cəm dəyişmir
Bundan başqa Nehrəm kəndinin yaxınlığında 350 hektarlıq ərazidə üzüm və alma bağları var. Nehrəmdə şərab istehsalı üçün istifadə olunur. “Sumqala Tikinti Təchizat” MMC nəzdində 100-dən çox işçisi olan “Sumqala” Nehrəm üzümçülük təsərrüfatının sahibi isə komitə sədrinin qardaşı Kazım Mehdiyevdir. Və bu fatları tapıb üzə çıxaran sadə bir jurnalstdir. Yəqin ki, dövlər qurumları Səfər Mehdiyevin gömrükdə qazandığı digər sərvətlər barədə daha çox məlumatlıdırlar. Səfər Mehdiyev vətəndaşları soymaqla kifayətlənməyib və ətrafını da qohum və yaxınları ilə də doldurub. Belə ki, Səfər Mehdiyevin bacısı oğlu Fərman Əliyev Dövlət Gömrük komitəsinin əməkdaşıdır. Digər bacısı oğlu Əli ismayılov avtomobillərin gömrük rəsmiləşdirilməsi idarəsinin əməkdaşıdır. Digər bacısı oğlu Məhərrəm İsmayılov Gömrük Komitəsi mobil rabitə xidmətinin əməkdaşıdır. Gömrük Komitəsinə işə qəbula Səfər Mehdiyevin qayınatası Qulu Tarquliyev rəhbərlik edir. Xalası oğlu Vüsal Nuruyev Sınıq körpü gömrük postunun rəisidir. Səfər Mehdiyevin bacısının 3 kürəkəni, bacısı oğlu, qaynatası, bacanağları, bibisi və dayısı uşaqları, bir sözlə, 70-ə yaxın qohumu gömrük xidmətində işləyirlər. Qayınları Əli, Zeynal, İlham Tarquliyevlər də məhz Səfər Mehdiyevin sayəsində Bakıda sahibkarlıq fəaliyyəti ilə məşğuldurlar. Çox rahatlıqla xarici ölkələrdən istədikləri qədər mal gətirirlər, onun Gündüz adlı bacanağı “Babək” və “Orxan-SS” şirkətlərinin sahibidir. O, Hindistandan ölkəmizə idxal olunan camış ətlərinin monopolistidir. Bu gün Gündüzdən başqa heç kim Azərbaycana dondurulmuş ət və ət məhsulları gətirə bilməz. Bu ət inhisarını isə ona bacanağı Səfər Mehdiyev bağışlayıb. Cənab Mehdiyev, bəs bir faiz inhisarçılığa görə istefa verecəkdiniz nə oldu?
Toplananların yerini dəyişəndə cəm dəyişmirRiyaziyyatda belə bir sadə qayda var. Toplananların yerini dəyişəndə cəm dəyişmir. Bunu son illərin kadr dəyişiklikləri də göstərir. Yeni gələnlər gedənin ölənlərinə rəhmət oxudurlar. Məsələn, vəzifədən çıxarılıb həbsə göndərilən Səlim Müslümovun yerinə gələn Sahil Babayev fəaliyyətə başladığı qısa zamanda xalqın dərin nifrətini qazanıb. Onun qazilərimizə qarşı amansız mövqeyi isə bu nifrəti pik həddə çatdırıb. Demək sovet dovrendə olduğu kimi “kadlrar heç də hər şeyi həll etmir”. Əksinə, korrupsiya mühitini daha da inkisaf etdirirlər. Misir Mərdanovun qurduğu korrupsiya sistemi sonra gələnlər tərəfindən dağıdıla bildimi, xeyr. Demək, idarəetmə sistemi yenidən qurulmalı, e-hokumətin yaradılması sözdə deyil, əməldə öz həllini tapmalıdır.


Nazilə Nəriman
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz