Türkiyənin “Albayrak Holding” şirkəti ilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanı arasında əməkdaşlıq sazişi imzalanıb.
Sənədi limanın baş direktoru Taleh Ziyadov və “Albayrak Holding”in rəhbəri Ahmet Albayrak imzalayıblar.
Bildirilir ki, Türkiyənin “Albayrak Holdinq”i ilə əməkdaşlığa əsas “Bakı limanının strateji yerləşməsi, texniki imkanları və əldə etdiyi nailiyyətlər” olub.
Müqavilə çərçivəsində “Albayrak Holding” Türkiyə təkərli nəqliyyat vasitələrinin Mərkəzi Asiyadan Azərbaycana yönləndirilməsi üçün Bakı limanında yükdaşıma terminalının tikintisi və idarə olunmasına, eləcə də Ro-Ro terminalının idarə edilməsinə sərmayə qoyacaq.