Bütün cəmiyyətlərdə xoşbəxtlik və kədər fenomeni daim yanaşı dövr edir. İnsana xas olan vərdişlər müxtəlif cəmiyyətlərdə dini ideyalara, milli-mental dəyərlərə və sosial vərdişlərlə görə fərqlidir. Bəlli həqiqətdir ki, ifrat münasibətlər və qaydalar cəmiyyəti birqütblü etməklə qalmayıb, yeniyetmə və gənclərin tərbiyəsində ailələr üçün də problemlər yarada bilir. Biz bilirik ki, xoşbəxtlik və kədərin formaları var və İslam dini onlara dərəcələr təyin edib. Çünki cəmiyyətdə insanların davranış və hərəkətlərində sabitliyə xələl gətirməmək olduqca mühüm əhəmiyyətə malikdir. İslam sabitlik, səadət və dinamizm dinidir və həmişə əqli durğunluğa qarşı çıxır. Bu səbəbdən də dinimiz ilk növbədə ağıldan istifadəyə önəm verməklə rasional nəticələr və rasional hökmləri şəriətə uyğun hesab edir. Buna görə də insan həyatı fəal keçməklə və xoşbəxt olmaqda yekunlaşır.
Depressiya və ruh düşkünlüyünə düşən insan məhəbbət və xoşbəxtlik mənbəyi olan vəhdətin daxilindəki nura çatıb ona bağlana bilməz. Ona görə də təcrid və depressiya içində yaşayan insan dini və ictimai missiyasını yerinə yetirə bilməz. Müsəlmanın dini düşüncəsi ölümə (ömrün sonu kimi) inanmır, onu dünya həyatının davamı hesab edir. İstər insanın kamilliyə doğru hərəkətinin zirvəsi olan irfanda, istərsə də fiqhdə dini düşüncəmiz dini qaydaları ehtiva edir. Bu, bir növ canlılıq və hərəkətdir. Biz insanın əyilib yerində dayanmasının qarşısını almaq, onu hərəkətə gətirmək və canlılıq bəxş etmək üçün mükəmməllik istiqamətindən istifadə edirik. Yeri gəlmişkən qeyd etmək lazımdır ki, hal və yerlərin zahiri əhəmiyyəti önəmli deyil, amma boş və fəaliyyətsiz olmaq, düşüncəsiz, amalısız yaşamaq zərərli və təhlükəlidir. Ola bilsin ki, kimsə həbsxananın küncündə olub, eyni zamanda xoşbəxt yaşasın. Bu səbəbdən Peyğəmbər (s), məsum İmamlar (ə) və onların səhabələri kimi görkəmli insanlarda, hətta qocalıqda belə mənfi duyğuların-kədərin izi görünmü
Məsələn, İmam Əli (ə) hakimiyyətə gələndə yaşı altmışa çatırdı, bununla belə, böyük müharibələrdə iştirak edib, onların hamısında şücaət və hünər göstərib, meydanda fəallıq nümunəsi olub. İnsanın çalışmaq həvəsi və göstərdiyi səylər sevinc və xoşbəxtliyin nəticəsidir. Tənbəl və kədərli adamın heç vaxt parlaq fəaliyyəti ola bilməz. Həzrət Peyğəmbərin (s) ən böyük səhabələrindən olan və 90 yaşında Süffeyn döyüşündə iştirak edən Əmmar Yasir mərdliyi ilə tanınan və sevilən İmam Əlinin (ə) ən yaxşı səhabələrindən biri kimi xatırlanır. O cümlədən, Həbib ibn Məzahir də qocalığına baxmayaraq, şəhadət şərəfinə nail olmuşdu. Biz bu xoşbəxtliyi Kərbəla hadisəsi zamanı və İmam Hüseynin məqanımda da görürük. Bir məsələni qeyd edək ki, bəzən depressiya ilə yası-hüznü eyniləşdirirlər. Bunlar fəqli nəsnələrdir. Yaxınını itirən ağıllı və dini dəyərlə bağlı insanasilik etmir, əcəli qəbul edir, müəyyən qədər hüzn yaşadıqdan sonra özünü ələ alır, yaşamına davam edir. Depressiyaya düşən insanda isə günahkarlıq duyğusu, ümidsizlik, həyatda dalana dirənmək hissi var və bu səbəbdən də bəzən bu tip insanlarda mənasız, boş səbəblərdən belə intihara cəhdlər olur. Mübarək ömrünün sonuna qədər əzəmətli atası üçün ağlayan və yas tutan İmam Səccad (ə) Səccadiyyə dualarının bir hissəsində Uca Allahdan ibadətdə sevinc dilədi: “Və ibadətinizdə sevinc ver”. Bu müqəddimə ilə ilk olaraq deyə bilərik ki, insanın xoşbəxtliyə ehtiyacı var.
Digər tərəfdən dinlər, hətta qeyri-səmavi dinlər də mahiyyət etibarilə hərəkətverici və sevinc mənbəyi yaradandır. Və yəxud İslam dininin məzmununa dərindən nəzər saldıqda görürük ki, dini əqidənin bütün cəhətləri, hökmləri və hətta əsasları hərəkət və sevinc mənbəyidir. O cümlədən, dini alimlərin. üləmalaırn yolu səadətə əsaslanır. Buna görə də heç bir imam və din alimlərində depressiya, kədər və ümidsizlik müşahidə olunmayıb. Çünki İslam dini onların bütün varlığına öz təsirini gösrib. Belə bir deyim var:"Ağaclar meyvələri ilə tanınır". Bu baxımdan hansısa dindar insan depressiyaya düşübsə, kədərlənirsə, qəlbi ölüdürsə, onun İslami dəyərlərdən uzaq olduğu, şüurlu şəkildə dini qaydalara əməl etmədiyi şəksizdir.
19-cu əsrin sonlarından etibarən psixoloqlar dini mövzularla bağlı ortaq müzakirələr aparır, xoşbəxtlik və kədəri dini təməllərdə axtarırdılar. Amerika Birləşmiş Ştatlarının din psixologiyası bu istiqamətdə üç fərqli dövr keçirib 20-ci əsrin sonu tarazlı bir nəticəyə gəlmişdi ki, din insanları xoşbəxt olmağa təşviq etməkdə mühüm təsiriə malikdir. Sözsüz ki, zahirdə təzahür etsə də, xoşbəxtliyin mənbəyinin insanın daxilində olduğu mütləqdir. Çağdaş psixologiyaya görə, insanın düşüncələri onun davranış və hisslərini formalaşdırır. Şərq ədəbiyyatında da deyilir ki, sən nə düşünürsənsə, osan. Ağıl varlığımızın səltənətindən uzaqlaşdırılarsa, biz artıq heyvanlardan fərqlənməyəcəyik və əsl kimliyimiz uçuşumuzun qanadları olacaq. Düşüncələr barədə düşünməyin özü belə gözəldir.
İslami məsələlərdə iki mühüm məqam var. Dinlərin, xüsusən də İslamın əsas mesajında batini və önəmli məsələlərə diqqət yetirməyin zərurəti vurğulanır. Dünyanın içi qiyamət və axirətlə eynidir, “Axirət isə xeyirli və qalıcıdır.” Dünyaya baxış axirətlə bağlı, dərin və orijinal bir baxış olmalıdır.
İkinci məqam bundan ibərətdir ki, bir tərəfdən zahirdən və dünya asılılığından üz döndərmək, digər tərəfdən isə kainatın daxili və dərinliyinə xüsusi diqqət yetirmək vacibdir.
Təcrübə göstərir ki, cütlüklərin bir-birinin xarici görünüşünə diqqət yetirdiyi evliliklər çox vaxt boşanma problemi ilə üzləşir. Biu mənada müasir cəmiyyətdə dindən uzaqlaşmanın səbəblərindən biri kimi xarici görünüşə diqqət yetirib qarşı tərəfin iç dünyasına bələd olmamaq göstərilir. İmam Əli (ə) buyurur: “Evlilikdə ilk növbədə, insani xislətlərə baxın, gözəl və tərbiyəsiz üz, çirkinlikdə bitən bitki kimidir” . İmam Sadiq isə (ə) buyurur: “Evlilikdə yaxşı ab -havası olan yer haqqında fikirləşməyin. Əvvəlcə qonşunu, sonra evi düşünün. Daim yanında olduğun o qonşu evin daxili görkəmindən daha önəmlidir” Ağıl və hisslər arasındakı fərq bu mərhələdə ona görə aydın olur ki, duyğuların işi indiki zamana və ani həzzlərə diqqət yetirməkdir, ancaq ağlın xüsusi işi gələcək maraqlara önəm verməkdir.
Qərb dünyasında baş verən son dəyişiklərindən sonra düşüncənin dünyəviləşməsi ilə paralel olaraq dini dəyərlər ciddi şəkildə təhdid edildi. Çünki müəyyən qüvvələr xalqla kilsə arasındakı qarşıdurma və insanların bədbəxtliyinin yeganə səbəbinı kilsə və onun idarəçiliyində görürdü. Buna görə də xalqın dinə və kilsənin idarəçiliyinə qarşı mübarizədə şüarı “Biz xoşbəxt olmaq isytəyirik " oldu. Qərb cəmiyyətlərinin bu dünyəviləşmə prosesindən sonra dünyəvi nəzəriyyəçilərin və islahatçıların mövqeyi, planlaması və fəaliyyəti xalqın maraqlarına və iradəsinə söykənirdi. Bu səbəbdən də xalqın təbii iradəsinin əsası və mənbəyi bu düşüncələr oldu. Belə zehni yanaşmanın nəticəsi olaraq dünyaya özündən və təbiət dünyasından kənar dünya ilə heç bir əlaqəsi olmayan “insan” təqdim edildi, onun bütün şəxsiyyəti maddiyyat ilə izah edilərək düşüncə və hərəkətin əsasına çevrildi. Digər tərəfdən, xoşbəxtlik insanın təbii ehtiyaclarından biri olduğundan, Qərbdə insanları xoşbəxtlik və həyəcanla təmin etmək üçün çox şeylər planlaşdırıdı. Onlar təbii və instinktiv insan azadlığını təmin etməklə, insanın bezdirici və xoşbəxtlik əleyhinə problemlərini aradan qaldırmağa çalışaraq bir çox sosial ədalət məhdudiyyətlərini mümkün qədər aradan qaldırmağa nail oldular. Amma açıq qalan əsas sual bu idi ki, İslamın nəzəri əsaslarına və xoşbəxtlik gətirən bəzi fərdi və kollektiv hərəkətlərə qoyulan məhdudiyyətlərə əsasən, xoşbəxtliyin yeri nədir?! Dinlə səadəti birləşdirmək olarmı, yoxsa dünyəviliyi qəbul edib dini cəmiyyətdən kənarda qoymalıyıq, yoxsa insanlar öz duyğularını boğub xoşbəxtlikdən əl çəkməlidirlər? Amma bu faktdır ki, İslamın kimlik prinsipi insanın varlığına uyğun olduğu üçün xoşbəxtliyin inkarı ola bilməz. Buna görə də bu ikisinin birləşməsi mümkündür. Ancaq diqqət çəkən məqam budur ki, İslam dininin səadətə daxil olan özünəməxsus hüdudları var, ona görə də mütləq, hüdudsuz və məhdudiyyətsiz xoşbəxtlik dində caiz sayılmır. Çünki hər bir müsəlman özünü Uca Allahın bəndəsi və Onun qarşısında cavabdeh hesab edir. Buna görə də gənc müsəlman öz xoşbəxtliyində diqqətsiz və məhdudiyyətsiz ola bilməz, çünki o, dini bir cəmiyyətə mənsubdur və dini cəmiyyət əmr və qadağalar, vəzifə və Allahın iradəsinə söykənən bir cəmiyyətdir. Bu baxımdan da dini cəmiyyətlər prinsiplər baxımından fərqlidirlər. Bu səbəbdən də Qərb ölkələrində yayılmış eyni sevinc tərzi İslam dini cəmiyyətlərində tətbiq oluna bilməz və əksinə. Müasir fəlsəfi baxışlara görə də hüdudsuz azadlıq, məsuliyyətsizlik duyğusu, sevincin coşğunluq həddinə yüksəlməsi insanları fərd -şəxsiyyət olmaqdan uzaqlaşdırıb şüursuz və başqaları tərəfindən idarə olunan kütləyə çevirir. Bu baxımdan, şadlıqla bağlı iki əsas məqamı da nəzərə almalıyıq. Birincisi, dinin sərhədlərinə dəqiq və düzgün riayət etməliyik, ikincisi, bu sərhədlərə riayət edərkən dinin müəyyən etdiyi sərhədləri aşmamalıyıq ki. sevinc və səadətin yoxluğunu kompensasiya edə bilək. Məhdudiyyətlərin müəyyən edilməsində mübaliğə həmişə qarşısıalınmaz zərərlərə gətirib çıxarır. Ona görə də biz çağdaş qanunları istifadə edərkən hər zaman şəriətə istinad etməliyik, ayrı-ayrı şəxslərin iradəsi ilə həddi keçməməli və ya əlavə etməməliyik. Ən azı ona görə ki, bu hədlərə əməl olunması mütləq sosial ədalətin bərqərar olmasına gətirib çıxaracaq. Ona görə də bilməliyik ki, müqəddəs İslam dinində xösbəxtliyin bütün mənbələri qəbul olunmur və müəyyən hədlər qoyulub. Qurani-Kərimdə isə günaha sevinmək, həddi aşmaq kimi bəzi xoşbəxtlik düyğularını pisləyən çoxlu qadağalar var. Bunlar zaahiri sevinc, dünya səfası üçün sevinmək, batil inanclar üçün şadlıq, cahillik üzündən şənlənmək və s.dir.
Cəmiyyətdə isə rasional şadlıq üçün müəyyən sərhədlər qoyulub və hətta bəzi sevinc nümunələri qeyd edilib. Bəzən insanların fərdi həyatında və ictimai müstəvidə elə mühüm hadisələr baş verir ki, onlar fərəh doğurur. Müsəlmanlar belə günləri, hadisələri xeyir və sevinclə keçirməlidirlər. Bu ictimai, tarixi və siyasi hadisələr arasında Qədir bayramını xüsusi qeyd etmək olar. Peyğəmbərdən (s) sonrakı siyasi həyatın vəzifələrinin Peyğəmbərin özü tərəfindən təyin olunduğu və onun üçün üç günlük beyətin alındığı gündür Qədr günü. Müsəlmanlar bu günü Peyğəmbərdən sonra siyasi və ictimai həyatın müəyyən olunduğu böyük bir bayram hesab edirlər. lakin təəssüf ki, bəzi İslam cəmiyyətlərində belə bayramlara o qədər də önəm verilmədiyini görürük. Bu mənada, yeni nəslin təlim- tərbiyəsi zamanı belə mühüm hadisələrin təbliğinə geniş yer verilməli, diini tarixi olayların izahı üçün daha çox səy göstərilməlidir. İslam dini sosial sahədə qəm-qüssəni, bayram və sevinc duyğularının yaşanması ilə yanaşı qoyur. 44 günlük Vətən müharibəsində də biz qazanılan qələbələr üçün hədsiz sevindik, itkilərimiz üçün qəm-qüssə hissi keçirdik. Eyni zamanda, Şəhidlərimizin ən uca məqamı fəth etdikləri üçün, qazilərimizin göstərdiyi qəhrəmanlıqlara görə fərəh və qurur hisslərini eyni zamanda yaşadıq. Çünki dini dəyərlər bizim varlığımızda və yaşamımızda mühüem yer tutmaqla, cəmiyyət həyatının bütün sferalarına sirayət edib. Azərbaycanda da böyük Qədr bayramı inanclı insanlarlar tərəfindən hər il təntənə ilə qeyd edilir. Bu bayram bütün insanlara, xüsusilə Əhli-Beyt (ə) davamçılarına mübarək olsun.