Məmur özbaşınalığı o qədər genis yayılıb, etinasızlıq, pul hərisliyi onların gözünü elə örtüb ki, 44 günlük Vətən müharibəsində canı-qanı ilə döyüşərək torpaqlarımızı düşmən tapdağından azad edən qazilərdən də rüşvət tələb edir, onları get-gələ salır, ən adi xahişlərini belə yerinə yetirməkdən imtina edirlər.
Halbuki bu ölkənin bütün vətəndaşları Şəhid ailələrinə, qazilərimizə öz həyatlarını borcludurlar və ən yüksək qayğı, diqqət belə bu borcun
ödənməsinə bəs etməz. Nazir Sahil Babayevin intihar edən qazilərin neçəsinə görə birbaşa məsuliyyət daşıdığını deyə bilmərəm. Amma əlinin onların qanına batdığı şəksizdir. Müharibənin bitməsindən sonra 35 şəhidimizin intihar etməsi bizim bir millət olaraq vecsizliyimizdən xəbər verir. Bizim intihar statistikasına görə dünyanın ilk onluğuna daxil olmağımız onsuz da ən böyük utancımızdır. Bu bədnam statistika ölkənin iqtidarlı müxalifətli, siravi vətəndaşından tutmuş xırda məmuruna qədər laqeydliyinin, einasızlığının, qəddarlığının göstəricisir.
İnsan problemini söyləyir, heç kim fkir vermir, onun repressiyaya düşdüyünü, çarəsiz qaldığını hamı görür, amma kimsənin tuku də tərpənmir. Onu incidən məmurun yaxasından yapışan olmur. Ona dəstək üçün dövlət qurumlarının qarşısında davamlı etirazlar başlanmır, “istefa “ tələbləri səslənmir. Media yalnız pul gələn yerlərə üz tutur, insan faciəsini sadəcə bir necə sayt işıqlandırır. Məmurların isə bu saytlarda gedən şikayətlər veclərinə olmur. Çünki mühüm dövlət işləri ilə məşğul olan prezidentin vaxtı sadəcə bir neçə kanalı izləməyə çatır. Onların şikayətçiləri süründürməsindən, insan talelərinə biganə yanaşmalarından xəbər tutmur. Məmurlar isə intiharlər barədə soyuqqanlı tərzdə qısa açıqlama verir, KİV-dən məsələni siyasiləşdirməməyi tələb edir, qaziyə edilən köməklikləri(?) sadalayırlar. Onların sözündən belə çıxır ki, özlərini məmur qapılarında yandıran, kəsib doğrayan qazilər harınlıqdan öz şirin canlarına qıyırlar. Qazi öz dili ilə deyir ki, icra başçısının qəbuluna düşə bilmir. Amma başçı üzə durur ki, həmişə onu qəbul edib. Hətta qəbul günləri olmayanda belə. Rəsmi şəxsin belə utanmadan qırmızı yalan danışması insanı heyrətə salır.
Televiziyalar isə problemi davamlı gündəmdə saxlamaq, nazirlikləri, icra başçılarını sual yağışına tutub onlardan cavabdehlik tələb etmək əvəzinə, bütün günü yalnız əyləncəli mövzuları önə çıxarırlar. Bu kanalların dəyişməz qonaqları qazilər, səhid ailələri deyil, muğənnilər və onların boşboğazlığı sayəsində formalasan zombilşmiş, zövqləri korlanmış izləyicilərdir.
Başda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi olmaqla hansı qurumun rəhbərləri şəhid evlərinə, qazilərin şəraitsiz daxmalarına gedib onların vəziyyəti ilə yerində tanış olmağa çalışıb? Heç biri... Sahil Babayev qazi ailəsinə deyil soumenlərə, əyləncə əhlinə mənzil verməyi daha məqsədəuyğun sayır. Mən ümimiyyətlə əvvəldən demişəm ki, yarandığı gündən xalqa heç bir xidməti olmayan və korrupsiya-rüşvət bataqlığına çevrilən bu nazlrliyi ləğv edib funksiyalarını Dost xidmətlərinə həvalə etmək lazımdır.
Bütün neqativ hadisələr zamanı yalnız bir sual eşidirik. Prezident hara baxır? Ölkə başçısı əlindən gələnin daha artığını edir, millətin baş tacı olmalı qazilərimizin, şəhid ailələrini qayğı və düqqətlə əhatə etmək barədə hər zaman hokumət üzvlərinə tapşırıqlar verir, onları vicdanla işləməyə, xalqın xidmətində dürüst şəkildə dürmağa səsləyir. Bu yaxınlarda inşası böyük vəsaitlər hesabına başa gələn “Vətəndaşları Qəbul Mərkəzi” istifadəyə verilib. Prezident onun açılışını edəndə bildirdi ki, vətəndaşlar onları narahat edən bütün problemlərlə bağlı mərkəzə müraciət edə bilərlər. Dövlət başçısı bundan artıq nə etməlidir? Onun tapşırığına əsasən nazirlər, nazir müavinləri, prezidentin köməkçiləri hərəsi ayda bir dəfə qəbul keçirib şikayətçiləri dinləməli və onların problemlərinin həllinə kömək göstərməlidirlər. Amma məsuliyyətdən və verilən göstərişlərdən yayınmaq üçün hər cür hiyləyə əl atan, hətta özlərində prezidenti aldatmaq cəsarəti tapan Azərbaycan məmurları bu vacib tapşırıqdan yayınmaq yollarını da bacarıqla “ kəşf “edirlər. Mən belə bir mərkəzin açılmasını esidəndə çox sevindim və bir gün səxsi problemimlə bağlı vaxt tapıb ora yollandım. Yaradılmış şərait məni valeh etdi. Tavandan asılan monitorlarda vətəndaşlara qəbul vaxtı sıra ilə elan edilir, səliqəli geyimli gənc könüllülər istənilən adamın sualını dərhal cavablandırırdılar. Yaşlı insanlara qəbul otaqlarını göstərir, hər an an kömyə çata bilmək üçün sıraların arasında gəzişirdilər.
Mən ətrafımda oturub növbə gözləyənlərlə danışmağa başladım. Yanımdakl yaşlı ağbirçək artıq üçüncü dəfə burda olduğunu, son dəfə onu Mehriban Əliyevanın qəbuluna göndərdiklərini, orda isə yenidən bu mərkəzə müraciət etməyi məsləhət gördüklərini dedi. Orta yaşlı qadın isə 20 gün əvvəl burda olduğunu və əlaqə telefonu alınaraq nazirlikdən ona 2-3 günə zəng ediləcəyini bildirdiklərini dedi. Lakin aradan 2 həftədən çıx vaxt keçməsinə baxmaraq zəng gəlmədiyinə görə yenidən bura gəldiyini vurğuladı. Bir neçə şikayətçi ilə söhbətləşdıikdən və özüm də qəbula girib mənə verilən cavabı eşidəndən sonra başa düşdüm ki, heş nə dəyiməyib, köhnə hamam, köhnə tas yenə də yerindədir. Yenə süründürməçilik, yenə başdan eləmək cəhdləri...Müavinlər və köməkçilər isə özləri qəbuldan əvvəl öz köməkçilərini göndərib şikayətçilərin sayını azaltmağı və onların hər birini bir bəhanə ilə başdan etməyi tapşırır, asan həll onan xırda məsələləri də öz öhdələrinə götururlər. Nəticədə prezidentə ümumilikdə gələn çoxsaylı şikayətçi sayı və onların problemlərinin həllini tapdığı barədə məlumat verilir. Yəni açıq- aşkar ölkə başçısını aldadırlar. Amma bilmirlər ki, yalancının mumu 40 gün yanar. Şikayətlərin azalmadığını, hər gün intihar edənlərin, uşaq və ana ölümlərinin, işgəncə faktlarının sayının artdığını uzun müddət gizlədə bilməyəcəklər. Və gec-tez yalanları ortaya çıxacaq.