Heyvanlar arasında xüsusi təhlükəli infeksion xəstəliklər siyahısında olan və heyvandarlıq təsərrüfatlarına ciddi iqtisadi təsir göstərən dabaq xəstəliyi mal-qaranın ağır və yüksək yoluxuculuqlu virus xəstəliyidir.
Xəstəliyə iribuynuzlu mal-qara, qoyun, keçi və digər cütdırnaqlı heyvanlar məruz qalır. Dabaq heyvandarlıq istehsalına dərindən təsir edən və heyvan məhsullarının regional və beynəlxalq ticarətinə neqativ təsir göstərən transsərhəd heyvan xəstəliyi sayılır. Xəstəliyin əsasən Afrika, Yaxın Şərq və Asiyada, eləcə də Cənubi Amerikanın məhdud bir bölgəsində yayılmaqla qlobal olaraq bütün heyvanların 77%-də yayıldığı təxmin edilir.
Dabaq xəstəliyi ilk yoluxucu heyvan xəstəliyidir ki, Beynəlxalq Epizootik Büro bu xəstəlikdən azad ölkələrin rəsmi siyahısını tərtib edib.
Azərbaycanda dabaq xəstəliyinə qarşı peyvəndləndirilmənin aparılması məqsədi ilə hər il külli miqdarda büdcə vəsaiti ayrılmasına baxmayaraq, bu xəstəlikdən tam azad olunmuş 68 ölkənin arasında Azərbaycan yoxdur.
Bu xəstəliyə qarşı kompleks tədbirlərin sırasında peyvəndləndirilmə ən əsasıdır. Peyvəndləndirmənin nəticələri isə ilk növbədə bu məqsədlə alınmiş vaksinlərin keyfiyyətindən asılıdır.
Təssüflər olsun ki, ölkəmizdə indiyə qədər bu və digər baytarlıq vaksinlərinin satınalınması zamanı olduqca müəmmalı “satınalma oyunları” ssenariləşdirilərək “ugurla” reallaşdırılır.
Kənd Təsərrüfatı Nazirliyi (KTN) yanında Aqrar Xidmətlər Agentliyində (AXA) vaksin alverinin qısa tarixçəsi belədir.
1.2018-ci ilə qədər: Kənd təsərrüfatı naziri Heydər Əsədovun dövründə bütün baytarlıq vaksinləri MEQAVET şirkəti (Gürcüstan) vasitəsi ilə gətirilib. Şirkətin sahibi Paata Kuduxaşvili, onun biznes partnyoru isə Qor Rafayeloviç Xaçoyan (Moskva) olub. Bəzi illərdə isə müqaviləni Xaçidze (Xaçoyan olması istisna edilmir) imzalayib. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin tələbi ilə bu vaksinlərin bir qismi analiz üçün Türkiyyəyə göndərilib və aşağı keyfiyyətli olmaları aşkar edilib.
2.2019-cu il: Süni olaraq vaxt məhdudiyyəti yaratmaq məqsədilə ilin sonuna yaxın tender elan olunur. İddiaçıların sayını məhdudlaşdırmaq məqsədilə elanda tender toplusunu almaq üçün 40 000 AZN (!) ödənilməsi tələb kimi qoyulur. Buna nail olunur. Əlavə iddiaçılar cəlb etmək məqsədi ilə heç bir tədbir görülmədən açıq tender ləğv olunur. Tenderdə iştirak etmək istəyən iddiaçılardan birinin regionda ən müasir vaksin istehsalçıları olmasına baxmayaraq, həmin müddətə qədər AXA ilə heç bir münasibəti olmayan bir müəmmalı “şirkət”lə “Gen İlaç ve Sağlıq Ürünleri Sanayi ve Ticaret A.Ş.” birbaşa müqavilə imzalanır. Şirkətin hansı meyarlarla seçilməsi sirri isə yalnız AXA rəhbərliyinə bəllidir. Vaksinlər isə Azərbaycana böyük gecikmələrlə idxal edildi. Gecikmə səbəbindən həmin il üçün “Epizootiya əleyhinə tədbirlər planı”nın icra qrafikinə necə riayət edilməsi kimsəyə bəlli deyil.
Mövcud qanunvericiliyə əsasən bütün vaksinlərin idxal və tətbiqi üçün Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin nəzdində olan Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi İnstitutunda test sınaqlarından keçirilməlidir. Bütün vaksinlər Qida Təhlükəsizliyi İnstitutunun yalnız həmin testlərin müsbət nəticələri alındıqdan sonra istifadə edilə bilər.
“Gen İlaç ve Sağlıq ürünləri Sanayi ve Ticaret Anonim Şirketi” gətirilmiş heyvan sağlamlığı üçün ən vacib vaksinlərdən biri olan, nodulyar dermatit xəstəliyinə qarşı istifadə olunan 7,6 milyon doz çiçək vaksininin test sınaqları müsbət nəticə verməmişdır. Təcürbə sınağı nəticəsində həmin vaksinlərdən hər birinə 10 doz vurulmuş 43 baş iribuynuzlu heyvanlardan yalnız 7-sində immun fon yaranmış, hər birinə 1 doz vurulmuş 65 baş xırda buynuzlu heyvanların isə heç birində immun fon yaranmamışdır.
Bununla əlaqədar olaraq Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri cənab Qoşqar Təhməzli 13 dekabr 2019-cu il tarixli, 1/14-3684 nömrəli məktubla Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri İnam Kərimova bildirmişdir ki, Rusiya Federasiyasının Armavir biofabrikinin istehsalı olan həmin vaksinlərin immunogenlik göstəricisi normativ texniki sənədlərin tələblərinə uyğun deyildir, heyvanların peyvəndlənməsi üçün istifadə oluna bilməz və idxal edilmiş vaksinlər Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin nəzarəti altında məhv olunmalı və ya istehsalçıya geri qaytarılmalıdır (məktubun fotokopiyası əlavə olunur).
Həmin zay vaksinlərin və onlar üçün ödənilmiş pulların aqibəti müəmmalı olduğuna görə məxfi saxlanılır.
3. 2020-ci il. İlk dəfə olaraq açıq tender keçirildi və ən aşağı qiymət təklif etmiş şirkət qalib oldu. Gələcəkdə şəffaf tender prosedurlarının keçiriləcəyi ümidi ilə regionda olan digər istehsalçılar da öz məhsullarını Azərbaycanda qeydiyyatdan keçirdilər.
4. 2021- ci il: Tenderin büdcəsini süni olaraq aşağı salmaq məqsədi ilə Dövlət satınalmaları haqqında Qanunun tələblərinə zidd olaraq alınacaq malların hamısı baytarlıq vaksinləri (yəni eyni tip mallar!!) olmasına baxmayaraq, tender büdcəsini süni olaraq azaltmaq məqsədi ilə həmin mallar 5 qismə bölünmüş, bu məqsədlə 4 elektron tender elan olunmuş, dabaq vaksinini satınalınmasına isə müəmmalı olaraq ümumiyyətlə tender elan edilməmişdir. Belə ki, Qanuna görə büdcəsi 3 milyon ABŞ dollarından çox olan açıq tender prossesindən əsassız olaraq yayınılmış və Azərbaycanda istehsalı olmayan malların satınalmasında xarici şirkətlərin birbaşa iştirakının ümumiyyətlə qarşısı alınmışdır.
Elektron tenderlərindən birində, “Heyvanlar arasında Çiçək, Nodulyar Dermatit, Qarayara və Leptospiroz xəstəliyinə qarşı vaksin” adlı tenderdə ən yüksək qiymət təklif edərək qalib elan edilmiş Maybo şirkəti 1 fevral 2022-ci iltarixli MJB-012/2022 nömrəli məktubla Russiyanin Vladimir şəhərindəki mötəbər vaksin istehsalçısı olan “Heyvan Sağlamlıği üzrə Elmi Tədqiqat İnstituna” (ВНИИЗЖ) müraciət edərək Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə satmaq üçün 3 752 574 doz qoyunların çiçək xəstəliyinə qarşı vaksini, quduzluq xəstəliyinə qarşı 208 664 doz inyeksion və 82 400 doz oral vaksin istəmişdir. Bu o demək deyilmi “qalib” şirkətin tenderə təqdim etdiyi təklifində umumiyyətlə vaksinlərin tender şərtlərində tələb olunan qaydada adları(!!!), spesifikasiyaları(!!!), GMP sertifikatları(!!!), istehsalçılarnın avtorizasiya məktubu(!!!) olmayıb. Qanunun tələblərinə görə Qiymətləndirmə komissiyası bu məlumatlardan biri belə olmadığı halda həmin təklifi rədd etməli idi.
Tender keçirilmədən “Bir mənbədən satınalma” üsulunu tətbiq etmək üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən razılıq alınmasının qəribə tarixçəsi və özəllikləri var.
1 sentyabr 2021-ci il tarixdə AXA sədri Mirzə Əliyev 03/25-08-18-2167 nömrəli məktubla İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə məktubla müraciət edərək Aqrar Xidmətlər Agentliyi tərəfindən iri və xırda buynuzlu heyvanlar üçün polivalent və bivalent dabaq vaksinlarinin tender keçirmədən bir mənbədən satın alınmasına icazə istəyib. Antiinhisar va lstehlak Bazarına Nəzarət Dövlət Xidmətində aidiyyəti üzrə baxaraq 3 sentyabr 2021ci il tarixli 05/02-5/20008 nömrəli məktubla Kənd təsərrüfatı nazirliyinə Antiinhisar va lstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini, rəis vəzifəsini müvəqqəti icra edən cənab Məmməd Abbasbəylinin imzası ilə bildirilmişdir ki, “Azərbaycan Respublikası Qanununun 17.1-ci va 50-1.1-ci maddələrinə uyğun olaraq yalnız mikro, kiçik və orta sahibkarlıq subyektlərinin iştirakı ilə, açıq tender metodunu tətbiq etməklə elektron satınalma vasitəsilə həyata keçirilməsini məqsədəmüvafiq hesab edirik”.
Bu cavab AXA rəhbərliyini qane etmədiyindən 23 sentyabr 2021-ci il tarixli 03/25-08-18-2380 nömrəli məktubla Antiinhisar va lstehlak Bazarrna Nəzarət Dövlət Xidmətinə yenidən müraciət edilir. Bu dəfə isə Antiinhisar va lstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin digər rəis müavini, rəis vəzifəsini müvəqqəti icra edən cənab, Sahib Məmmədovun imzası ilə dərhal və təxirə salınmadan, yəni 24 saat ərzində 15/01-5/22198 nömrəli cavabla cənab, Məmməd Abbasbəylinin düzgün qərarı inkar edilərək bildirilir ki, sən demə “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 07.03.2006-ci il tarixli 65 nömrəli Qərarı ilə təsdiq edilmiş "Baytarlıq sahəsində profilaktikası diaqnostikası və ləğvi dövlət büdcəsindən maliyyələşdirilən heyvanların xüsusi təhlükəli xəstəliklarinin siyahısına uyğun olaraq ölkə ərazisində mövcud olan iri və xırdabuynuzlu heyvanların hər birinin fərdi qaydada il ərzində iki dəfə dabaq xəstəliyinə qarşı peyvəndləməyə cəlb olunmasının tələb olunduğunu, ənənəvi olaraq Rusiya ve digər qonşu dövlətlərdən alınan dabaq xəstəliyi əleyhinə vaksinlərin keyfiyyətinin Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OİE) standartlarına cavab vermədiyini, bununla əlaqədar olaraq son illər Qida Təhlükəsizliyi Agentliyinin tövsiyəsinə əsasən adı çəkilən vaksinlərin Türkiyə Respublikasının OIE-nin GMP sertifikatına malik olan istehsalçı müəssisələrindən alındığını heyvanlar arasında dabaq xəstəliyinə qarşı regionda ən yüksək səviyyəli vaksin istehsal edən Türkiyənin "Şap" (Dabaq) lnstitutunun iri və xırdabuynuzlu heyvanlar üçün polivalent və bivalent dabaq vaksinlərinin alınmasının məqsədəmüvafiq hesab olunduğunu, hazırda ölkə üzrə iribuynuzlu heyvanlar üçün 2.060.000 doza polivalent (A, O, Asiya-1 va Türksat tipli), xırdabuynuzlu heyvanlar üçün isə 1.220.000 doza bivalent (A ve O tipli) dabaq vaksinlərinin alınmasına zərurət yarandığını, regionda dabaq xəstəliyinin yayılma riskinin vaxtında qarşısının alınmasının vacibliyini nəzərə alaraq, Azərbaycan Respublikasının 2021-c1 il dövlət büdcəsində nəzərdə tutulmuş vəsait hesabına 3.100.000,00 (üç milyon yüz min) manat məbləğində polivalent ve bivalent dabaq vaksinlərinin satın alınmasının "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununun 21.1.2-ci maddəsinə uyğun olaraq bir mənbədən satınalma metodunu tətbiq etməklə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi ilə Türkiyənin "Şap" (Dabaq) lnstitutunun distribüteri olan "Forester" LLC (Unvan: Gurcustan, Poti) arasında həyata keçirilməsinə etiraz etmirik.” Bütün bunlar ssenarisinə görə komediyadan daha çox əlbir olaraq korrupsiyaya qurşanmağa daha çox oxşamırmı?
Bu razılaşma ilə əlaqədar olaraq cənab Mirzə Əliyevin və cənab Sahib Məmmədovun diqqətinə çatdırılmaılıdır ki, (a) “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 07.03.2006-ci il tarixli 65 nömrəli Qərarı ilə təsdiq edilmiş "Baytarlıq sahəsində profilaktikası diaqnostikası və ləğvi dövlət büdcəsindən maliyyələşdirilən heyvanların xüsusi təhlükəli xəstəliklərinin siyahısı"na uyğun olaraq ölkə ərazisində mövcud olan iri və xırdabuynuzlu heyvanların hər birinin fərdi qaydada il ərzində iki dəfə dabaq xəstəliyinə qarşı peyvəndləməyə cəlb olunmasının tələb olunması yenilik deyil və bir mənbədən satınalma metodunu tətbiq etmək üçün əsas deyil! (b) ənənəvi olaraq Rusiya ve digər qonşu dövlətlərdən alınan dabaq xəstəliyi əleyhinə vaksinlərin keyfiyyətinin Umumdünya heyvan sağlamlığı təşkilatı olan Beynəlxalq Epizootik Büro (OİE) standartlarına cavab vermədyi barədə istinad ağ yalandır. Belə ki, regionda olan Russiyanin Vladimir şəhərindəki mötəbər vaksin istehsalçısı olan “Heyvan Sağlamlıği üzrə Elmi Tədqiqat İnstitutuna” (ВНИИЗЖ) nəinki həm GMP sertifikatlı müəssəsədir o həmçinin OİE-nin dabaq xəstəliyinə qarşı vaksinlərin keyfiyyətinin qiymətləndirilməsi üzrə bütün dünyada mövcud olan 12 səlahiyyətli labaratoriyadan biridir, onun vaksinləri OİE tələblərinə tam cavab verir və 2 ildir ki, Azərbaycanda tətbiq olunmasına icazə verilərək Qida təhlükəsizliyi agentliyində rəsmi olaraq qeydiyyatdan keçib. Müəssisənin məhsulları müvəffəqiyyətlə Qətər, Gürcüstan, Monqolustan, Qazaxıstan, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, İraq, Cənubi Koreya, İordaniya, Livan, Suriya, Mərəkeş, Qırğızıstan, Misir, Əfqanıstan, Türkmənistan, Özbəkistan və sair ölkələrə ixrac edilir. Cənablar məgər sizin Rusiyada istehsal olunmuş vaksinlərə əsassız olaraq embarqo tətbiq etmək hüququnuz var? Russiyanın ölkəmizdəki səfiri Hökümətimizə bu barədə sorğu etsə sizlər hansı cavabı verəcəksiniz? Regionda olan Türkiyənin VETAL şirkətinin məhsulları isə Türkiyə ilə yanaşı İran, Birləşmiş Ərəb Əmirliklərii, Irak, Pakistan, Azərbaycan, Ukrayna, Gürcüstan, Qazaxstan, Fransa və sair ölkələrdə geniş tətbiq edilir.
Təriflədiyiniz "Şap" (Dabaq) lnstitutu isə Türkiyyənin dövlətinə məxsus məhdud istehsal gücü olan bir müəssisədir. Onun kimi istehsalçıların məhsulunun keyfiyyətini isə məhz Heyvan Sağlamlıği üzrə Elmi Tədqiqat İnstitu (ВНИИЗЖ) kimi OİE səlahiyyətli laboratoriyalardan biri qiymətləndirir.
Qiymətləri müqayisə etdikdə isə məlum olur ki, bu müqavilə üzrə ödənişlər 2020-ci ildə keçirilmiş açıq tender zamanı əldə edilmiş qiymətlərdən 231 016,54 AZN yüksəkdir. Belə ki, 2020-ci ildə keçirilmiş açıq tender nəticəsində bir doz polivalent dabaq vaksini 0,65 USD, bir doz bivalent dabaq vaksini isə 0,3 USD qiymətə, 2021-ci ildə isə tender keçirilmədən birbaşa müqavilə ilə müvafiq olaraq 1,088 AZN və 0,747 AZN qiymətə alınmışdır.
Müqavilədə imzası olan Jobava Laşa adlı Gürcüstan vətəndaşı ümumiyyətlə mövcuddurmu və əgər mövcuddursa 2021ci ilin sentyabrında Azərbaycanda olubmu? Və ya müqavilə onun əvəzinə hər hansı bir “Bakılı balası” tərəfindən imzalanıb? Yəqin bunu yalnız Dövlət sərhəd xidməti bilər.
5. 2022-ci il: 27.05.2022 tatixdə AXA tərəfindən "Xırdabuynuzlu heyvanların dabaq xəstəliyinə qarşı vaksinlərin satın alınması" adlı açıq tender elan olunmuşdur. Elanın mətnində bir neçə müəmmalı dəyişiklikdən sonra silindi və 28.05.2022 tarixdə yenidən dərc edildi. Tenderin şərtlər toplusu ilə tanış olduqda isə bəlli olur ki, bu tender nəticələrinin qiymətləndirmə şərtləri korrupsiyanı qanuniləşdirmək məqsədi ilə tərtib edilib və bu məsələ Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin mütəxəssislərinin diqqətindən yayınıb. Belə ki, bu şərtlərə tenderin qalibi bal üsulu ilə dəyərləndirilərək müəyyən ediləcəkdir və qiymətləndirilmə meyarları olaraq “qiymət” -70 bal və “texniki tələb (çatdırılma müddəti)”- 30 bal kimi göstərilib. Əlbətdə satınalmalar praktikasında çatdırılma müddəti qiymətləndirilmə meyarı kimi tətbiq oluna bilər. Dövlət satınalmaları haqqında Qanunun 36.7.2. Maddəsində göstərilir ki, “tenderin əsas şərtlər toplusunda göstərilən və kəmiyyətcə qiymətləndirilən və ya dəyər ekvivalenti təyin edilə bilən meyarlar əsasında ən sərfəli sayılan tender təklifi” qalib sayılir.Yəni bu müəyyən edilərkən onun iqtisadi əhəmiyyəti dəyərləndirilir. Məsələn: istehsal dəzgahı satın alınarkən. Daha tez çatdırılmış dəzgahın istismarından həmin müddət ərzində əldə edilmiş əlavə qazanca mütənasib olaraq meyarın həcmi təyin edilir.
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin “dəyərli kadrları” isə hələdə anlaya bilmirlər ki, vaksinlər 2023-cü ildə istifadə edilmək üçün alınır və bu vaksinlərin saxlanılma müddəti məhduddur. 2023-cü ildə istifadə olunacaq vaksinlərin 2022-ci ildə nə qədər erkən idxal edilməsi onların 2023-cü ildə istifadə müddətini o qədər də çox məhdudlaşdırır.
AXA-nın müəyyən etdiyi bu meyarlara görə isə əgər bir tender iştirakçısı öz təklifində 3 000 000 USD qiymət və 31 gün çatdırılma müddəti göstərsə, digər iştirakçı isə müvafiq olaraq 3 500 000 USD və 20 gün göstərərsə 500 000 USD artıq qiymət göstərmiş iştirakçı qalib hesab olunur. Yəni 11gün tez çatdırılacaq vaksinlər üçün 500 000 USD artıq ödəniləcək. Bu fənd yalnız “mötəbər” universitetlərdə təhsil almış “ziyalılar” tərəfindən düşünülə bilər.
Bununla yanaşı tender şərtlərində bildirilir ki, vaksinlər 31.10.2022 tarixdən gec olmayaraq təhvil verilməlidir. Bu müddətdən daha sonrakı müddətlər göstərilmiş təkliflər isə rədd edilir. Əgər belədirsə çatdırılma müddətinin hansı məntiqlə qiymətləndirilməsi bəlli deyil.
Vaksinlərin satınalınmasında isə onların çatdırılması hər vaksinin yararlılıq müddəti və AQTA tərəfindən təsdiq edilmiş “Epizootiya əleyhinə tədbirlər planı”nın tələbləri əsasında tərtib edilmiş Peyvəndləndirilmə qrafiki nəzərə alınmalıdır. AXA rəhbərliyi heç olmasa bunları bilməlidir.
Cənablar! Məhdud istifadə müddəti olan bu vaksinlər təsdiq olunmuş Epizootiya Əleyhinə Tədbirlər Planına əsasən 2023-cü ildə istifadə ediləcəyi halda nəyə görə ambarda daha uzun müddət saxlanılmaqla isstifadə müddətini süni olaraq qısaltmağa görə külli miqdarda artıq vəsait israf edilməlidir?
Görəsən Tender komissiyasının üzvüləri olan İqtisadiyyat və Maliyyə nazirliklərinin üzvüləri bu “priyomu” dərk edə biləcəklərmi?
Ümid edirəm ki, nə zamansa eybəcərliklə həyata keçirilən bu korrupsiyaya son qoyulacaqdır. //gundelik-baku.com//