“Azərbaycanın bütün regionlarında brusellyoz xəstəliyi yayılıb”.
Bunu “Report”a açıqlamasında Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin nümayəndəsi Nigar Səfi bildirib.
"Hazırda heyvanlar arasında peyvəndləmə işləri aparırıq, amma, hələ ki, xəstəliyin azaldığı müşahidə edilmir”, - deyə o qeyd edib.
Nazirlik nümayəndəsi xəstə heyvanların sayının artmasını vaksinasiya olmamış heyvanların bazara çıxarılması ilə izah edib. Onun sözlərinə görə, əvvəllər xəstəliyə tutulmuş heyvanlar təsərrüfatlardan uzaqlaşdırılardı, indi isə fermerlər bunu etmirlər, son nəticədə də brusellyoz xəstəliyinin miqyası genişlənir.