"Lukoyl"un vitse-prezidenti Leonid Fedun ailə vəziyyəti ilə əlaqədar vəzifəsini tərk edir.
Bu barədə TASS-ın məlumatında deyilir.
"Bu gündən etibarən "Lukoyl" PJSC-nin strateji inkişaf üzrə vitse-prezidenti vəzifəsində çalışmış Leonid Fedun pensiya yaşına çatması və ailə vəziyyəti ilə əlaqədar vəzifəsini tərk edir", – deyə məlumatda bildirilir.
Bundan əvvəl mayın 31-də isə "Lukoyl"un səhmdarlarının yığıncağı şirkətin prezidenti Vahid Ələkbərovun səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi barədə qərarı təsdiqləmişdi.