Axtarış...

Milli Məclisdə görüş

Milli Məclisdə görüş

İyunun 23-də Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova İran İslam Respublikası İslam Şurası Məclisinin deputatları Sumayyə Rəfii və Zöhrə Sadər Lacevərdi ilə görüşüb.

Komitə sədri qonaqları Azərbaycan parlamentində görməkdən məmnunluğunu ifadə edərək, bildirib ki, ölkələrimiz arasında əlaqələr yüksələn xətlə inkişaf edir. Parlamentlər, müvafiq dövlət qurumları arasında yaxşı əməkdaşlıq mövcuddur.

Hicran Hüseynova Azərbaycanın dünyəvi, demokratik dövlət olduğunu, ölkəmizdə qadınların hələ 1918-ci ildə seçmək və seçilmək hüququ qazandıqlarını söyləyib. Bu gün qadınların ölkənin ictimai-siyasi həyatında fəal iştirak etdiyini deyən komitə sədri Milli Məclisin, onun komitələrinin rəhbərliyində qadınların təmsil olunduğunu bildirib. O, Milli Məclisdə gender bərabərliyi, ailə, uşaq məsələlərinə aid qəbul edilən qanunlardan bəhs edib.

Komitə sədri torpaqlarımızın uzun müddət erməni işğalı altında olduğunu deyərək, 2020-ci ildə Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə Azərbaycan ordusunun 44 günlük Vətən müharibəsində torpaqlarımızı işğaldan azad etdiyini, ərazi bütövlüyümüzün bərpa olunduğunu diqqətə çatdırıb. Bildirib ki, hazırda azad edilmiş torpaqlarda geniş quruculuq işləri həyata keçirilir. Qaçqınların öz doğma yurdlarına tezliklə qayıtması üçün lazımi şərait yaradılır. O, ölkəmizdə şəhid ailələri və qazilərə dövlət tərəfindən göstərilən diqqət və qayğıdan da bəhs edib. Bu istiqamətdə Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr barədə məlumat verib.

İran İslam Şurası Məclisinin deputatları Sumayyə Rəfii və Zöhrə Sadər Lacevərdi səmimi görüşə görə təşəkkürlərini bildiriblər. Qonaqlar İran parlamentinin strukturu, qadınların parlamentdə təmsilçiliyi barədə məlumat veriblər. İranlı deputatlar İran İslam Şurası Məclisinin komitələri, o cümlədən Ailə, qadın və uşaq, Mədəniyyət və Ətraf mühit komitələrinin fəaliyyətindən bəhs ediblər. Onlar bu sahələrdə ölkələrində həyata keçirilən layihələr, qəbul edilən qanunlar, cəmiyyətin maarifləndirilməsi istiqamətində görülən işlər barədə danışıblar.

Söhbətdə tərəflər parlamentlərarası əlaqələrin genişləndirilməsi, qanunvericilik sahəsində təcrübə və informasiya mübadiləsinin aparılması və digər məsələlərlə bağlı fikirlərini bölüşüblər.

Görüşdə Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvləri Sevil Mikayılova, Ramin Məmmədov, gənclər və idman nazirinin müavini İndira Hacıyeva, İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin müşaviri Sayed Ali Mousavi və digər rəsmi şəxslər iştirak ediblər.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi

Milli Məclisdə görüş
Milli Məclisdə görüş
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz