Axtarış...

GORANBOYDA QAZİNİ DÖYƏN İCRA HAKİMİYYƏTİ İŞÇİSİNƏ VƏZİFƏ VERİLDİ – İcra başçısının bu qərarı rayonda ciddi narazılığa səbəb olub

GORANBOYDA QAZİNİ DÖYƏN İCRA HAKİMİYYƏTİ İŞÇİSİNƏ VƏZİFƏ VERİLDİ – İcra başçısının bu qərarı rayonda ciddi narazılığa səbəb olub


Qarabağ qazisi, Goranboy rayonunun Xoylu kənd sakini Anar Süleymanovu döyən şəxsə vəzifə verilib.

Millitv.az xəbər verir ki, Hurriyyet.az-a bu barədə etibarlı qaynaqlardan məlumat verilib.

Xatırladaq ki, A.Süleymanov təxminən 1 il əvvəl Goranboy rayon İcra Hakimiyyətinin işçiləri, konkret olaraq Qəmbərli Şaiq Akif oğlu tərəfindən döyülərək xəsarət yetirilmişdi.

Mənbə deyir ki, Goranboy rayon İcra Hakimiyyətinin rəhbərliyi Ş.Qəmbərlinin bu “xidmətini” dəyərləndirərək, təxminən 1 ay əvvəl onu şöbə müdiri vəzifəsinə təyin ediblər.

Məlumata əsasən, icra başçısının bu qərarı rayonda ciddi narazılığa səbəb olub.

Mövzu ilə bağlı ətraflı məlumat verməyə çalışacağıq.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz