Axtarış...

Goranboyda məktəb direktoru: "Deyirlər ki, pul yığ gətir!" - SƏSYAZISI YAYILDI...

Goranboyda məktəb direktoru: "Deyirlər ki, pul yığ gətir!" - SƏSYAZISI YAYILDI...


Goranboy rayonunun Səmədabad kənd tam orta məktəbinin direktoru Ələşrəf Bağırovun kollektivdən hansı adla pul yığması ilə bağlı Demokratik TV-də səs yazısı yayılıb.

Demokratik.Az saytına daxil olan məlumata görə, direktor Ə.Bağırov müəllim kollektivini ötən ay yığıb iclas keçirərkən bildirib ki, “rayondan mənə deyirlər ki, get, kollektivdən pul yığ gətir. Əgər pul yığılmasa, vəssalam. Gətirməsən məktəbə komissiya göndərəcəyik”.

Bu sözləri ortada olan səs yazısında direktor səsləndirir.

Məktəb direktorunun danışığı olduğu iddia edilən səsyazısında “fikirdən gecələr yata bilmirəm. Çıxılmaz vəziyyətdə qalmışam. Hətta gecə saat 2:00 idi, həyat yoldaşım mənə bildirdi ki, niyə gəlib yatmırsan nə fikirləşirsən?" - kimi sözlər də yer alır. Direktor onu da bildirir ki, "Mən yenə sizə təkrar edirəm ki, əgər komissiya gəlsə, mən öz çulumu evimi satmalı olsam da belə, sudan birtəhər çıxaracam. Vay sizin halınıza!..”.

Aydın olur ki, rayon üzrə digər direktorlardan da birmənalı pul yığmaq tələb olunur. Digər məktəblərdə də adının nə qoyulmasından asılı olmayaraq, rüşvət toplanır.

SƏSYAZINI təqdim edirik:

Səsyazısını saytımıza təqdim edən şəxsin bildirdiyinə görə, adıkeçən direktor 2017-ci ildən Səmədabad kənd tam orta məktəbində direktor kimi fəaliyyətə başlayıb. Direktorun anası Mətanət Orucova da sabiq məktəb direktoru olub.

Direktor 2018-2019-cu tədris ilində məktəbin informatika müəllimi Xumarə Aslanovanın analıq məzuniyyətinə çıxmasından istifadə edərək də özbaşınalıq törədib. Belə ki, məktəbin bir neçə riyaziyyat müəllimlərini heçə saymış Ə.Bağırov müəllim işləməyən riyaziyyat ixtisaslı bacısı Bağırova Xəyalə Vahid qızını analıq məzuniyyəti yerinə bir il müddətinə 11 saat informatika və 10 saat riyaziyyat fənni üzrə məktəbə müəllim təyin etmişdir. Direktor öz vəzifə imkanından istifadə edərək bacısının maaş almasına şərait yaratmışdır.

Hesab edirik ki, Gəncə Regional Təhsil İdarəsi Goranboy rayon Səmədabad kənd tam orta məktəbinin direktoru Ələşrəf Bağırovun iddia edildiyi səs yazısını və deyilən faktı araşdırılacaq.

Səsləndirilən iddialarla bağlı adıkeçənlərin mövqeyini dərc etməyə hazırıq.

Demokratik.Az
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz