"Müştəri olduğum ilk gündən bəri "Dynamic Express" (Dynamex)-dən şikayətçiyəm. 6 gündür məhsul yol statusundadır, ondan qabaq da 10 gün Türkiyə anbarında saxlayıblar". DİA.AZ bildirir ki, bu barədə Leyla Əli adlı istifadəçi "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında qeyd edib.
Daha sonra narazı vətəndaş yazır: "Facebook, instagram hesabları və çağrı mərkəzi qəti şəkildə müraciətlərə cavab vermir. Bilirəm, indi anlayış göstərmək üçün bildirəcəksiniz ki, endirim ayıdır o səbəbdən sıxlıq var. Amma adamlar cəmi 10 gün yaxşı işlədilər, bütün ölkəyə səs düşdü ki bəs hər gün reys var. Adamlar təsəvvür edin bir balaca kəmərimlə çantama 18 azn daşınma haqqı yazmışdılar, ofisdə çəkdirdim və 10 manat qaytarmalı oldular. Düz yarım saat o 10 manatı aydınlaşdırmaq üçün 10 nəfərə yaxın əməkdaşları gəlib baxıb gediblər, vaxtımı aparıblar, sırf öz səhvlərinə görə vaxtımdan da olmuşam, əsəblərim tarıma çəkilib. Nağd ödədiyim halda deyirlər ki, balansa qaytaracağıq...
Nə isə, bir güclə, aldatdıqları pulu nağd şəkildə geri aldım. İndi də məhsulları nə türkiyə anbarına çatanda sistemə işləyirlər, nə bakıya çatanda. Əgər müştəri sıxlığı olanda çatdıra bilmirlərsə, niyə işləyirlər? Niyə yetəri qədər çalışan cəlb etmirlər? Nəyə görə müştəri məmnuniyyəti bunlar bir az pul qazanandan sonra sonuncu planda qalır? Nə səbəbə mən ofisə gedib canlı dəstək istəyəndə “e-mail yazın” deyilir? Orada oturan canlı dəstək əməkdaşları nə işə baxırlar? Niyə araşdırmırlar? Niyə pulumuzla rezil oluruq?)
Bu arada sifariş verdiyim kurtka ilə, yenə ayrıca sifariş verdiyim kiçik sırğaya eyni daşınma haqqı yazıblar, 6 manat. Güya sırğam 640 qramdır. Nə isə, ilk müştərilərindən idim, 2 ildir müştəriyəm dəfələrlə şans verdim amma düzələn deyillər bilirəm ki. Mənə yeni kargo şirkəti məsləhət görə bilərsiniz, təşəkkür edirəm".
İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...