Axtarış...

Şəhid övladı Azərbaycanda qanunla işləyən prokuror, məhkəmə axtarır - MÜRACİƏT

Şəhid övladı Azərbaycanda qanunla işləyən prokuror, məhkəmə axtarır - MÜRACİƏT


"DogruXeber.az" redaksiyasına şəhid övladı, hazırda 6 saylı cəzaçəkmə müəssisəsində həbsdə olan Babaşov Habil İrza oğlu tərəfindən müraciət daxil olmuşdur.

Müraciəti olduğu kimi təqdim edirik:

"Azərbaycan Respublikası “DogruXeber.az” saytının baş redaktoru cənab Kamal Əsgərova 6 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən şəhid övladı, hərbi xidmət zamanı ikinci qrup əlil olan Babaşov Habil İrza oğlu tərəfindən

Ə r i z ə

Hörmətli Kamal müəllim !
Sizə müarəciət etməkdə məqsədim odur ki, rastlaşdığım qanunsuzluqları, özbaşınalıqları redaksiyanız vasitəsilə cənab Prezidentə, aidiyyatı qurumlara, ölkəmizdə fəaliyyət göstərən xarici dövlət qurumlarının diqqətinə çatdırasınız.

Bu özbaşınalıqlar, qanunsuzluqlar məni intihar etmək həddinə çatdırıb. Cənab Prezidentin bizə göstərdiyi diqqət və qayğıdan razıyıq. Saxlandığım müəssisədə daxili imkanlar çərçivəsində mənə diqqət və qayğını yüksək səviyyədə göstərirlər.

Nəzərinizə çatdırım ki, Bakı şəhəri Nizami RPİ Sabunçu rayonu Maştağa kənd sakini Nigar Bəyalıyevanın şikayəti əsasında məni həbs etmiş, məhkəmənin hökmü ilə səkkiz il azadlıqdan məhrum etmə cəzası verilmişdir.

Xüsusilə qeyd etmək istəyirəm ki, həbs olmağım məni narahat etmir. Çünki, qanun hamı üçün qanundur. Ancaq, söhbət qanundan gedirsə, bu üç il ərzində nə polis, nə prokuror, nə də hakim tapmıram ki, mənim işimə qanunla baxsın. Belə ki, Nigar Bəyalıyeva ilə 2017-ci ildə tanış olmuşuq, qeyri-rəsmi yaşamışıq. 2018-ci ilin sentyabr ayında özümə məxsus ikinci qrup əlil kimi aldığım pensiya kartımı Nigara vermişəm. Aramızdakı şifahi razılaşmaya görə, Nigara borcum bitdikdə kartımı mənə təhvil verməli idi. Lakin, təxminən, bundan 1 il 1 ay keçdikdən sonra – 2019-cu ildə Nigar mənim barəmdə Nizami RPİ-nə şikayət etmişdir ki, mən güya Nigarı şantajla hədələyərək, pul tələb etmişəm. İstintaq zamanı, məhkəmə prosesi zamanı rəsmi formada yüzə yaxın ərizə və vəsadət vermişəm ki, söhbət hansı qanundan gedir ki, mən bir vədəndaşa qarşı həm dələduzluq edirəm, həm onu şantaj edib pulunu alıram, həm də həbs olunmazdan 1 il 1 ay öncə pensiya kartımı ona verirəm ki, borcumu ödəyim.

Hüquqi maarifli bir vətəndaş olaraq, qeyd edirəm ki, Azərbaycan Respublikası Qanunvericiliyində belə bir cinayət mümkün deyil. Təsəvvür edin bu barədə üç ildir bütün məhkəmələrə, Daxili İşlər Nazirliyinə, Baş Prokurorluğa, Ombudsmana eyni məzmunlu ərizələr göndərirəm, cavabını isə üç ildir gözləyirəm.
Təsəvvür edin Nigar 2018-ci ildə məni həbs etdirənə qədər, məni həbs etdirdikdən sonra, istintaq zamanı, məhkəmə zamanı hər ay mənim pensiyamı almağa davam etmişdir. Beləliklə, Nigar 2018-ci ilin sentyabrından 2021-ci ilin yanvar ayına qədər mənim ümumilikdə 2682 (iki min altı yüz səksən iki) manat pulumu almış, bu barədə özünün etirafı olsa da, nə göstərilən borcdan çıxılmış, nə də pulum geri qaytarılmışdır. Sadə dildə desək, mən həm borc ödəyirəm, həm də azadlıqdan məhrum edilirəm.

Kamal müəllim, sizə müraciət etməkdə məqsədim odur ki, mən sadəcə Azərbaycanda qanunla işləyən məhkəmələr, polislər, prokurorlar axtarıram. Mən bu dövlətdən nə azadlıq, nə də yüngül cəza istəyirəm. İstəyim və tələbim odur ki, yalnız və yalnız QANUN.
Sonda sizdən xahiş edirəm ki, bu barədə mənə yardım edəsiniz.
Hörmətlə: B.Habil"

Redaksiyamız hərkəsin söz haqqını tanıyır.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz