Xaricdən maliyyələşən bir sıra saytlar zaman-zaman Azərbaycan əleyhinə fəaliyyət göstərir. Buna artıq heç bir şübhə yoxdur
Dəfələrlə müxtəlif adlar altında bu cür kampaniyaların şahidi olmuşuq. Son olaraq isə Rusiyanın “RİA Novosti” xəbər agentliyi Azərbaycana qarşı belə bir addım atıb. Belə ki, “RİA Novosti” xəbər agentliyi özünü Azərbaycanın Qarabağ ərazisindəki qondarma qurumun “naziri” kimi təqdim edən Artak Beqlaryanın müsahibəsinin dərc edib. “RİA Novosti” xəbər agentliyinin bu addımından sonra sözügedən media orqanı Azərbaycan ərazisində bloklanıb.
Ekspertlər hesab edir ki, Rusiya və ya digər xarici ölkənin Azərbaycanda təbliğatını aparan saytlar bloklanmalıdır.
Millitv.az ın məlumatına görə, məsələ ilə bağlı Cebhe.info-ya danışan deputat Ceyhun Məmmədov da deyib ki, bu cür fəaliyyət göstərən saytlar birmənalı şəkildə bloklanmalıdır:
“Əgər hansısa bir sayt ölkəmizdə fəaliyyət göstərirsə, birmənalı şəkildə bizim qaydalara, qanunlara əməl etməlidir. Əgər qaydalara, qanunlara əməl etmirsə, ölkəmiz əleyhinə təbliğat aparırsa, onun fəaliyyəti birmənalı olaraq dayandırılmalıdır. Buna heç bir halda güzəştə getmək olmaz. Bizim dövlət siyasətimiz var, ölkəmizdə də fəaliyyət göstərən bütün saytlar buna əməl etməlidir.
Məsələn, “RİA Novosti” gedib Qarabağda separatçılardan müsahibə götürür və bunu yayımlayır. Bəzən də “Sputnik”də belə yazılar görürük. Buna biz nə etməliyik? Göz yummalıyıq? Təbii ki, xeyr. Bizim dövlətlərası razılaşmamalırmız var ki, qarşılıqlı hörmət olmalıdır.
Ona görə də birmənalı olaraq bu məsələnin qarşısını qətiyyətlə alınmalıdır və bu gün dövlət bunu edir. Hesab edirəm ki, dövlət apardığı daxili, xarici siyasətə zidd yazılar yayan, təbliğat aparan bütün media qurumlarına blok qoyulmalıdır və onların qarşısı alınmalıdır”.