Iran İslam İnqilabının banisi, Həzrət İmam Xomeyninin vəfatının 33-ci ildönümüdürAyətullah Xomeyninin dünyasını dəyişdiyi 1989-cu ildə hələ Azərbaycan SSRİ işğalından qurtulmamışdı. 15 ölkəni zorla “Xalqlar həbsxanası”na çevirən bu rejimin çökməsinə hələ bir il qalırdı. Lakin “dəmir pərdənin”mane olmasina baxmayaraq Azərbaycanda da bu böyük insanın ölümünə üzülənlər az deyildi. İllər ötdü, sərhədlər açıldı və biz nəhayət ki, qardaş və dost ölkənin ərazisini görməyi, Tehranı, Ərdəbili, Qumu, Məşhədi azərbaycanlılar üçün olduqca dəyərli digər şəhər və məkanları ziyarət edə bildik. Məni bu səfərlərimdə ən çox təsirləndirən və düşündürən Tehranda İmam Xomeyninin sadə evini, müalicə aldığı xəstəxananı, evinin yanındakı moizə etdiyi məscidi, həmçinin bu gun milyonların ziyarət məkanına çevrilən məqbərəsində olmağım idi. Neçə illər İran kimi böyük bir ölkəyə rəhbərlik edən liderin hədsiz sadə və təvazökar həyat tərzi insanı istər- istəməz duyğulandırırdi. Mən bu ziyarətim zamanı İslamın ən böyük təəssübkeşi və təbliğatçısı olan imamın mübarizələrlə keçən ömür yoluna nəzər saldım və onu daha yaxından tanımağa, milyonların qəlbində yuva salmış sevginin səbəbini öyrənməyə çalışdım. Öyrəndim ki, Ayətullah Xomeyni 1902-ci ildə sentyabr ayının 24-də İranın Xomeyn şəhərində anadan olub. 5 aylığında ikən atası Seyyid Mustafanı, 15 yaşında isə anasını itirdiyini öyrənəndə Uca Yaradanın cəmiyyət üçün mühüm və parlaq missiya ilə şərəfləndirdiyi böyük şəxsiyyətlərin əksəriyyətinin məhz uşaq yaşlarda yetim qaldığını xatırladım. Lap kiçik yaşlarından başlayaraq dini mədrəsələrdə ərəb dili və ədəbiyyatı, məntiq, fiqh, üsul və başqa elmləri uğurla mənimsəməsi gələcək liderin parlaq zəkasından xəbər verirdi. 1919-cu ildə Ərak Elmiyyə Mədrəsəsinə qəbul olunan Xomeyni burada bir müddət təhsil aldıqdan sonra Qum şəhərində Elmiyyə Mədrəsəsinə daxil olur, fiqh və üsul dərslərində müvəffəqiyyət qazanaraq qısa zamanda ictihad (müctəhidlik) dərəcəsini əldə edir.
Ayətullah Xomeyni fəlsəfə, təhzibi nəfs və əxlaq kimi fənnlərdən dərs deməyə başlayaraq tanınmış Qum alimləri arasında yer alır, sonralar isə fiqh və üsul dərslərinin məşhur müəllimlərindən birinə çevrilir. Xomeyni həmçinin, o dövrdə hökumət əleyhinə olan şəxslərlə əməkdaşlıq edərək Rza şaha və Pəhləvi sülaləsinə qarşı da yorulmadan mübarizə aparırdı. O, 1958-ci ildə əyalət və vilayət cəmiyyətlərinin qurulması və şahın qəbul etdiyi altı maddəlik qanunun qüvvəyə minməsi ilə daha ciddi şəkildə şah rejimi əleyhinə mübarizəyə başladı. 1961-ci il 5 iyunda baş verən qanlı hadisədən sonra rejim əleyhinə söylədiyi bir nitqinə görə həbs edilərək Tehrandakı İşretabad hərbi həbsxanasına göndərilir.
1965-ci ilin 4 noyabrında Türkiyəyə sürgün edilən İmam Xomeyni bir müddət orada qaldıqdan sonra İranın bu ölkəyə təzyiqindən sonra İraqa keçərək Nəcəf şəhərinə yerləşdi. Burada 13 il sürgün həyatı keçirən inqilab rəhbəri siyasi fəaliyyətini daha da gücləndirir. İranın İraqa təzyiqindən sonra bu ölkədən Fransaya köçərək bir müddət Paris ətrafındakı Nofl-le-Şato şəhərciyində yaşayır. Ölkəsindən çox uzaqda olmasına baxmayaraq Xomeyninin səs yazıları hər həftə İrana gətirilərək müxtəlif məkanlarda dinlənilir və onun fikirləri cəmiyyət arasında sürətlə yayılırdı.
1979-cu ildə İslam inqilabı nəticəsində şahın Tehranı tərk etməsindən sonra Ayətullah Xomeyni İrana qayıdaraq faktiki olaraq ölkənin liderinə çevrildi. Bununla belə, Tehranda yaşamaq istəməyərək, ömrünün sonunadək dövləti Qumdakı kiçik mənzilindən idarə etdi.İmamın qurduğu yeni hökümətin gələcəkdə bütün məzlum və ya haqqı tapdalanmış müsəlman ölkələrin himayəçisi olacağını kimsə ağlına belə gətirməyəndə özü buna qəlbən inanırdı. Öz mədəniyyəti və irfanı ilə dünya tarixində silinməz izlər qoyan böyük şəxsiyyət mədəniyyət,elm və yaradıcılığa çox önəm verirdi: “Mədəniyyət bütün xoşbəxtlik və bədbəxtliklərin qaynağıdır. Millətlərə yaradıcı şəkildə xidmət edən mədəniyyət düzgün mədəniyyətdir. Qarın, çörək və su mədəniyyət ölçüsü deyil, insan şərafət, mədəniyyət kateqoroyasıdır. İnsan nə qədər ki, top-tüfəngin kölgəsində həyatını davam etdirir, əsl insan ola bilmir, insanlıq məqsədinə yetişə bilmir. Çalışın öz qələm və bəyanınız ilə pulemyotları kənara qoyun, meydanı elmə, biliyə və qələmə verin”. Bu fikirləri İmam Xomeyninin dünya liderlerinə yönəlmiş bir sülh çağırışı idi. Daim dünya müsəlmanlarını şiə -sünni qardaşlığına çağıran, məzhəb ixtilaflarına son qoymağa və birlikdə dünya imperializminə qarşı vahid islam cəbhəsi yaratmağa səsləyən imamın bu çağırışları nəticəsiz qalmadı. Onun ən böyük xidmətlərindən biri isə
1989-cu ildə 4 iyun tarixində Tehran şəhərində vəfat edir.Onun ən böyük xidmətlərindən biri də dünyanin məzlum xalqlarına verdiyi maddi və mənəvi dəstək idi. Fələstin xalqının haqlarının yorulmaz ifadəçisi olan imam gələcəyə hesablanmış möhtəşəm bir addım ataraq her il Ramazan ayının son cüməsinin "Qüds günü kimi qeyd olunmasını irəli sürdü. İlk illlər yalnız İranda qeyd edilən bu tədbir sonrakı illərdə bütün dünyada geniş dəstək qazandı. İndi hər il milyonlarla müsəlman və həmçinin sionitlərin törətdiyi vəhşiliklərə etiraz edən digər din mənsubları da həmin günü yürüşlərlərlə qeyd edirlər.İslam inqilabi İran xalqının həyatını kökündən dəyişdi. İran rejimində yarımfeodal şəkildə yaşayan xalqın həyat və məişətində kardinal dəyişikliklər baş verdi. Milli təhsil konsepsiyası yaradıldı. Bunun nəticəsində bu gün İranda yüksək texnologiyaları idarə edən milli kadrlar formalaşıb. Ordu yenidən quruldu, müasir silah və texnologiyalarla təmin edilən İran Silahli Qüvvələri bu dünyanın ən güclü orduları sırasında yer alir. İraqla zorla cəlb edilmiş qanlı müharibəyə və ABŞ-ın on illərlə tətbiq etdiyi sanksisiyalara rəğmən, İran nəinki yixilmadı və ayaqda durdu, həmçinin inkisaf yolu ilə addımlamağa davam etdi. Bu gün ölkələrimiz arasında mədəni/, iqtisadi, ticari əlaqələr sürətlə inkişaf edir və əməkdaşılıq sahələri getdikcə genişlənir. Bütün bunlar İran islam inqilabının ölməz lideri Ruhullah Xomeyninin iran xalqına və dünya müsəmanlarına veridiyi tövhələrin nəticələridir.1989-cu il 4 iyun tarixində Tehran şəhərində vəfat edən böyük öndərin ölümündən 33 il ötür. Onun parlaq xatirəsi təkcə İran xalqının deyil. həmçinin Azərbaycan xalqının və dünya müsəlmanlarının qəlbində əbədi yaşayacaq.
Allah rəhmət eləsin.Hazırladı;
Millitv.az saytının Direktoru
Mirzəağa Məmmədli