Paytaxtımızda beynəlxalq tədbirlərin keçirildiyi bir vaxtda klublarda nələrin baş verdiyini sizlərə çatdırmaq üçün Bakı küçələrinə çıxmışıq. Məşhur “Uffo” klubun qarşısındayıq.
Pandemiyadan sonra bir çox obyektlər işlərini səhmana salsada bu klub sözün əsl mənasında “əxlaqsızlıq yuvası” kimi işləyir. Eyş-işrət, ürəyindən qadın keçən hər bir kəs məhz buraya üz tutur.
Keçək tüstülü, yüksək səsli, səhərə qədər yuxularına haram qatıb ərəblərin qarşısında canfəşanlıq edən qadınlara. Bu xanımları görəsən nə vadar edir? Pulmu yoxsa, mənəvi rahatlıq üçün buranı seçiblər?. Bax, bu biraz sual doğurur. Avropa mədəniyyətini həyat tərzinə çevirən, mədəniyyət ocağını klub hay-küyünə əsir edən gənclərimiz, bir də bu gənclərə “şərait yaradan” Harun Rəşidcan adlı iş adamı vur-çatlasını məhz burada - Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında təşkil edib. Mədəniyyət Nazirliyinin nəzarətindən kənar düşən mədəniyyət ocağı gecə klubuna çevrilib. Anım günlərində belə şadyanalıq edib, diskotekaya ara verilməyən və nəticədə ictimai qınağa səbəb olan, polisin müdaxiləsi ilə əxlaqsızlıq yuvası olub-olmadığı araşdırılan “Uffo” gecə klubu fəaliyyətini bərpa etmək niyyətindədir. Əməkdaşlarımız gecə klubunun yerləşdiyi əraziyə baş çəkərkən "Uffo"-nun yenidən fəaliyyətə başladığını müşahidə edib.
"Uffo"-nun əxlaqsızlıq yuvası olduğu barədə yayılan xəbərlərə rəğmən, klubun fəaliyyətini yenidən bərpa etməsi isə qaranlıq olaraq qalır.
“Uffo” gecə klubunun yenidən fəaliyyətə başlaması dahi şəxslərin ruhuna və Azərbaycan xalqına hörmətsizlikdir.
XalqXeber.Az