"Artıq məktəblərdə bıçaqlanma hadisəsi baş verirsə və buna oxşar digər hadisələrə görə təhsil naziri Emin Əmrullayevi günahlandırmaq o dərəcədə ədalətli deyil".
Millitv.az faktinfo.az-a istinadla xəbər verir ki, bu fikirləri sayta Ağstafa rayon şəhər məktəbində çalışan müəllim yazır. Daha sonra bildirilir:
"Qaldırsınlar, təhsillə bağlı yazılanları, onda bilinəcək ki, hələ 10 il bundan əvvəl - Mikayıl Cabbarov təhsil naziri olandan sonra məktəblərdə təlim-tərbiyə işi ilə məşğul olan olmadı. Təlim-tərbiyyə üzrə direktor müavinləri heç bir iş aparmadılar. İndi müəyyən xuliqanlıq işi törədənlər 10 il bundan qabaq məktəbə gələnlərdir.Hətta o dövr məktəblərdə "Valideyn komitələri" yaradılanda, mətbuat vurğulayırdı ki, bundan sonra rüşvəti "valideyin komitələri"nə yığdıracaqlar. İndi bu "ənənə" məktəblərdə ifrat şəkil alıb.Hazırda Azərbaycanda az sayda orta məktəb tapmaq olar ki, orada məktəblilərə elm öyrədirlər, dərs keçirlər.
Həmçinin, o gün mətbuatdan oxuduğuma əsaslanaraq bildirirəm ki, valideynlər uşaqlarını məktəbə oxumağa göndərməyə qorxmaqda haqlıdırlar. Çünki məktəblilər arasında bıçaqlanma hadisələri adi hala çevrilib."
Təhsil işçisi sabiq təhsil naziri Misir Mərdanovu da xatırlayıb: "Misir Mərdanovun dövründə təhsilin digər pillələri barədə fikir bildirə bilməsəm də, orta məktəblərdə bu qədər rüşvət yığılmırdı. Məktəbə dair narkotika sözü dilə gətirilməzdi. Şagirdin-şagirdi bıçaqlaması, məktəbə kəsici alət gətirilməsi mümkünsüz idi, indi bunlar adi hala çevrilib."
Adının gizli qalması istənilən müəllim, Şəmkir Regional Təhsil İdarəsinin Ağstafa üzrə sektor müdiri Mədət Zeynalovla bağlı bir sıra qeydlər də edib: "Mədət Zeynalov təhsilə rəhbərlik etməyə qadir olmayan, təsadüfi bir şəxsdir. Adam əvvəl Ağstafa Köçəskər 2 saylı məktəbin direktoru kimi heç bir uğura imza atmayıb. Dərs bölgüsü zamanı böyük narazılıqlar yaradıb, kollektivi üz-üzə qoymaqdan həzz alıb. Sonradan Ağstafa şəhər Ə.Hüseynov adına 1 saylı tam orta məktəbin direktoru olmaq istədi. Ə.Hüseynov adına 1 saylı tam orta məktəbə isə Elvin İmaməliyev direktor təyin olundu. Mərhum savadlı, təşkilatçı bir oğlan idi. Rəhmətlik Fərhad Vəliyevdən sonra Ağstafa rayon Təhsil Şöbəsinə ən layiqli müdir olacaq şəxs kimi danışılırdı. İkinci Qarabağ müharibəsində şəhid oldu.
Səmimiyyətimizi sonadək qoruyub saxlamaq istəyiriksə, bu zaman qeyd etməliyik ki, son 30 ildə Ağstafa rayon Təhsil Şöbəsinə Fərhad Vəliyev kimi savadlı pedaqoq, təhsil metodikasını bilən vicdanlı təhsil şöbə müdiri təyin edilməmişdi. Onun rayonda yüzlərlə yetirməsi var. Onlardan biri də mərhum Elvin İmaməliyev idi. O, da şəhid oldu. Fərhad Vəliyevə dair onu deyə bilərəm ki, onun işinə Ağstafa RİH-dən müdaxilələr vardı. Bu müdaxilələri Goranboy rayonunun hazırkı icra başçısı Məhərrəm Quliyevin diqtəsi ilə 1-ci müavin Ramiz Tatarov (Ramiz Tatarov indi həbs həyatı yaşayır) və digəriləri edirdilər. Rəhmətlik bir sıra eybəcərliklərə dözmədi, infakt keçirdi və dünyasını dəyişdi.
Qaldı, təhsil sektorunun hazırkı müdiri Mədət Zeynalova o, Ağstafa Dövlət Aqrar İnkişaf Mərkəzinin müdiri Ramiz İmanovun təşəbbüsü, RİH-də müavinlərdən biri ilə əlaqələnərək, rayon təsilinə rəhbər qoyuldu. Vaxt almaq istəmirəm, qaldırıb baxsınlar saytlarda onun haqqında yazılan yazılara. Yəqin, təhsil naziri Emin Əmurullayev, Şəmkir Regional Təhsil İdarəsinin müdiri Aslan Hacıyev Mədət Zeynalovla bağlı bir sıra məqamları araşdıracaqlar. İlk əvvəl Mədət Zeynalovun dövrünə təsadüf edən texniki işçilərin hansı meyarlar əsasında işə götürüldüyü, kimlərə nə qədər rüşvət verildiyi sorğu-sual edilsə, Ağstafada da təhsillə deyil, alverlə məşğul olunduğu müəyyənləşər."