Gəncə Beynəlxalq Avtovaqzal Komleksinin rəisi Namiq Həsənovun oğlu vətəndaşların yaşamaq hüquqlarını pozmaqla yanaşı həm də onları köçməyə məcbur edir.
Bu haqda Dünyanınsəsi.Az saytına Gəncə şəhərinin Kəpəz rayonu ərazisində N.Nərimanov prospelkti bina 22 ünvanında yaşayan 16 ailənin göndərmiş olduğu şikayət məktubunda qeyd edilir.
Belə ki, yuxarıda qeyd etdiyimiz ünvanda yaşayan Gəncə sakinləri bildirirlər ki, binanın alt qatında “MEN CLUB” adı altında guya ki, çay evi kimi fəaliyyət göstərir.Amma əslində bu belə deyildir.Vağzal rəisinin oğli İlqar Həsənov qeyd edilən ünvanı həm yüngül həyat tərzi yaşayanların həm də , narkoman və digər ünsürlərin əyləncə mərkəzinə çevirib.Bina sakinləıri şikayətlərində qeyd edirlər ki, elə gün olmaz ki, burada dava-dalaş olmasın.Bu ünvanda nə gecəmiz var nə də ki, gündüzümüz.Hər gün dava-dalaş səs-küyüdən eləcə də pis-pis söyüşlər eşitməkdən evimizdə nə yata nə də ki, dura bilirik.Gəncə sakinləri şikayət məktublarında qeyd edirlər ki, əvvələr bu çay evi “BAKU CLUB” kimi fəaliiyət gösərib.
Gəncə sakinləri qeyd edirlər ki, dəfələrlə daxili İşlər nazirliyinin “102” qaynar xəttinə müraciət etsəkdə heç bir tədbir görülməyib.Onun üçündə məcbur qalıb yenidən mətbuat vasitəsi ilə Prezidenti İlham Əliyev cənablarına eləcədə Daxili İşlər Naziri cənab Vilayət Eyvazova şikayət etməli olduq.
Kimlərsə ayda 300-500 manat rüşvət almaqla bu çay evinin fəaliyyət göstərməsinə göz yumacaqsa onda sözün bitdiyi, gözün xəcalətdən qapandığı məkandan nə yazasan?
Redaksiya olaraq inanırıq ki, mənzildə yaşayan sakinlərin qısa bir zamanda şikayətləri araşdırılıb qanunamüvafiq formada ölçü götürüləcəkdir.
DIN-dən Ģəncə sakinlərinin şikayətinə operativ cavab verirdi
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis baş leytenantı Eşqin Qasımov:
“Sözügedən məsələni dərhal Gəncə şəhər Baş Polis İdarəsinin rəhbərliyi nəzarətə götürülüb. Araşdırmalar zamanı şikayətə zəmin yaradan obyektin icarədarı barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunaraq, obyektin fəaliyyəti dayandırılıb. Hazırda faktla bağlı araşdırmalar davam etdirilir”.
Redaksiya olaraq məsələyə dərhal reaksiya verildiyinə görə həm DİN rəhbərliyinə həm də Gəncə şəhər Baş Polis İdarəsinin rəhbərliyinə saytımız adından təşəkkür edirik.
Dunyaninsesi.Az