Bu yaxın günlərdə rüşvətə, korrupsiyaya, dövlət çevrilişinə və daha nələrə bulaşmış bu 3 qardaş – Təhməzovlar “Troyka”sı – Azərbaycana qənim kəsilməsi demək olar ki, ölkə mediasının manşetlərinə daşınaraq gündəmi zəbt etmişdir.
Qida və tikinti sektorunda xərəçənk vəzi kimi kök salmış Təhməzovlar “Troyka”sı vətəndaşların eləcədə sahibkarların hüquqlarının pozulmasında ittiham edilir.
Bu haqda “Mavi İşıq” KM-nin icraçı direktoru Cəfərov Vəkil Məcid oğlu tərəfindən Prezident İlham Əliyevə, Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya , Baş Prokuror Kamran Əliyevə ,Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Əli Nağıyevə və Ali Məhkəmənin sədri Ramiz Rzayevə şikayət məktubu ünvanlayıb. Şikayətçi məktbunun bir surətini də DünyanınSəsi.az Xəbər Portalına göndərib.
Həmin məktubundan bəzi məqamlarını olduğu kimi təqdim edirik:
Möhtərəm cənab Prezident!
Hörmətli Mehriban xanım!
Hörmətli Baş prokuror !
Hörmətli Ramiz Rzayev!
Hörmətli Əli Nağıyev!
Yazıb sizə məlum edirəm ki,Gəncə Yeni Dəmir Yol Deposunun tikintisi üçün rəhbərlik etdiyim “Mavi İşıq” KM ilə “6-cı mərtəbə” MŞ-ti arasında müqavilə bağlamışıq.Sözügedən deponun tikinti işlərinin 60%-dan artığını bizim şirkət görmüşdür.
2022-ci ilin Yanvar ayınnın 30-da Gəncədə “Azərbaycan Dəmir Yolları” QSC-nin lokomotiv deposu istismara verilib.
Məlumat üçün qeyd edirik ki,“Azərbaycan Dəmir Yolları” QSC-nin Gəncə lokomotiv deposu istismara veriləndə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları da həmin tədbirdə iştirak edib.
Buna baxmayaraq “6-cı mərtəbə” MŞ-nin rəhbərliyi “Mavi İşıq” KM-in icra etdiyi işlərin bir hissəsinin pulunu ödəsə də yerdə qalan 4696511.42 manatını isə bəzi vəzifəli dövlət məmurlarının adından istifadə edərək ödəməkdən boyun qaçırır.
Bizim müəisssənin “6-cı mərtəbə” MŞ-nin müqaviləsi əsasında Yeni Dəmir Yol deposunun tikintisində gördüyü işləri tikintiyə nəzarət edən “Sistra” şirkətinin nümayəndəsi Əlvüqar müəllim də akt yazaraq təsdiq etmişdir.
Məlumat üçün onuda qeyd edirəm ki, Yeni Dəmir Yol Deposunun tikintisində şirkət olaraq dəmir-beton,qazma, kipləşmə, dolğu materiallarının verilməsi eləcə də dəmir yolu relslərinin alt qatının hazırlanması kimi və.sair işləri görməklə 8 mln manat vəsait xərcləmişik.
Belə olan halda sual olunur ki, görəsən bizim gördüyümüz işlərin ödənilməyən dəyəri hansı oliqarx məmurun cibinə gedibdir?
Tikinti sahəsində yuxarıda sadladığımız işləri bizim şirkətdən başqa heç bir şirkət icra etməmişdir.
Hamı bilir ki, Yeni Dəmir Yolu Deposuna dövlət kredit olaraq 60.000000 manat kredit götürüb.Onda “6-cı mərtəbə” MŞ-nin rəhbərliyi hesabat versin ki, bizə ödənilməyən yerdə qalan 56000000 mln manat vəsaiti hara xərcləyib?
Biz bir şirkət olaraq bu gün Təməzovlar “Troyka”sı eləcə də “6-cı Mərtəbə” MŞ-nin sahibi Ataş Təhməz özbaşınalığı ücbatından müflis olmağa məhkumuq.
Hazırda bizim şirkətin Ataş Təhməzovla aramızda olan mübahisə Ali Məhkəməsinin. Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının icraatındadır.
Çox hörmətli preizdent, Sizdən bir sahibkar kimi mətbuat vasitəsi ilə xahiş edirəm ki, də “6-cı Mərtəbə” MŞ-nin sahibi Ataş Təhməzovun bizim müəsissəyə olan borcunun geri qaytarılmasına göstəriş verəsiniz.
Dünyanınsəsi.Az