Axtarış...

Bakı İstintaq Təcridxanası rəisi və muavini iş adamına işgəncə verib - Baş Prokuror Kamran Əliyevə müraciət

Bakı İstintaq Təcridxanası rəisi və muavini iş adamına işgəncə verib - Baş Prokuror Kamran Əliyevə müraciət
"Azərbaycan Reallığı" xəbər verir ki, “İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi” Bakı İstintaq Təcridxanasında işgəncəyə məruz qalmış iş adamı Tapdıq Namazovla bağlı Baş Prokuror Kamran Əliyevə müraciət edib. Sözü gedən muraciətdə bildirilir.
Bakı İstintaq Təcridxanası rəisi və muavini iş adamına işgəncə verib - Baş Prokuror Kamran Əliyevə müraciət

Ürək xəstəsi, infarkt keçirtmiş iş adamı Namazov Tapdıq Bəhmən oğluna saxlanıldığı Bakı İstintaq Təcridxanasında rəis Elnur İsmayılov müavini Ceyhun Hacıyev tərəfindən ağır işgəncə verilib.
Tapdıq Namazovun bacısı Alidə Hüseynova İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzinə müraciət edərək, qardaşına ağır işgəncələr vermiş rəis Elnur İsmayılov və müavini Ceyhun Hacıyevin qanuna uyğun olaraq cəzalandırılmasını tələb edir.
Bakı İstintaq Təcridxanası rəisi və muavini iş adamına işgəncə verib - Baş Prokuror Kamran Əliyevə müraciət
Elnur İsmayılov
Aidə Hüseynova qardaşı Tapdıq Namazova verilmiş işgəncə və xəsarətlərlə bağlı neçə gündür ki, həkim müayinəsindən keçirdə bilmir, ağır işgəncəyə məruz qalmış qardaşının vəziyyəti getdikcə ağırlaşır.
Bakı İstintaq Təcridxanası rəisi və muavini iş adamına işgəncə verib - Baş Prokuror Kamran Əliyevə müraciət
Tapdıq Namazov
"İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi" olaraq Azərbaycan Respublikasının Baş Prokuroru cənab Kamran Əliyevdən Taqdıq Namazova qarşı baş vermiş işgəncə cinayətini şəxsi nəzarətinə götürməyi, vəzifə səlahiyyətini aşmış şəxslərin hərəkətlərinə hüquqi qiymət verilməsini xahiş edirik.

Millitv.az
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz