Məlum olduğu kimi, 10 noyabr 2020-ci ildə Azərbaycan, Rusiya və Ermənistan arasında Qarabağa dair razılaşma əldə olunub. Həmin razılaşmalardan biri də Laçın şəhərinin mərkəzinin Azərbaycana təhvil verilməsi ilə bağlıdır.
Millitv.az JAMAZ.İNFO-ya istinadla xəbər verir ki, həmin razılaşmada qeyd olunur ki, Azərbaycan Ermənistandan Xankəndinə çəkiləcək yeni avtomobil yolunu inşa etdikdən sonra (bunun üçün 3 il müddət nəzərdə tutulub) Laçın şəhəri Azərbaycan Ordusunun nəzarətinə keçəcək.
Bildirək ki, Bakı prosesi tezləşdirmək üçün artıq lazım olan addımları atmağa başlayıb. Belə ki, Ermənistandan Xankəndi şəhərinə alternative yolun çəkilməsi ilə bağlı işlərə başlayıb. Yolun dövlət sərhəddimizdən şəhərə qədər olan ümumi uzunluğu 30 km-ə yaxın olacaq. Bununla bağlı, tikiti işlərinə də start verilib.
Gələn xəbərlərdən belə məlum olur ki, yeni yol köhnə “dəhliz”dən fərqli olaraq, həm geniş, həm də heç bir yaşayış məntəqələrinən keçmədən çəkilir. Bundan başqa, dağlıq ərazilərdən çəkilən yol boyu körpülərin və keçidlərin inşası da reallaşdırılır.
Bəs, Laçın şəhəri nə zaman Azərbaycanın nəzarətinə keçəcək? Əldə etdiyimiz məlumata görə, Bakı hökumətinin tapşırığı əsasında alternative yolun tikintisi prosesi sürətləndirilib. Hətta bu günlərdə daha bir şirkət də yol tikintisi prosesinə cəlb edilib. Yay ayları boyunca işlərin yekunlaşdırılması, sentyabrın souna qədər isə asphalt örtüyünün vurulması qərarlaşıdırlıb.
Həmin məlumatlarda deyilir ki, Azərbaycan tərəfi ən geci bu ilin oktyabr-noyabr ayına kimi, alternative yolu inşa edib, təhvil vermək fikirindədir. Dekabr ayında isə Laşın şəhərində Azərbaycan Bayrağının dalğalandırılması mərasimi təşkil ediləcək.