Xətai rayonu Ukrayna dairəsində yerləşən Heydər Əliyev parkında Mənzil-Kommunal Təsərrüfatı Birliyi işçilərinin tamet (döşəmə daş) daşıdığını əks etdirən görüntülər yayılıb.
Bu barədə ictimai fəal Rəbiyyə Məmmədova sosial şəbəkə hesabında paylaşım edib.
“Xətai Rayon İcra Hakimiyyəti süpürgəçi qadınlara Ukrayna dairəsi Heydər Əliyev parkında “zibil yığırlar” adı altında kubik daşıtdırır”, - paylaşımda bildirlib.
Qeyd edək ki, bu görüntülər sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Həmin kadrları təqdim edirik:
AMİA.AZ