Mərdan Camalovun qanunsuzluqları barədə kifayət qədər material dərc etmişdik. Görünən odur ki, yazdıqlarımız və reallıqlar Camalovun çestinə dəyib və mediaya qarşı sensuza olaraq başqa yollara əl atıb. Bunlara bir deyən yoxdur ki, Camalov özünü yığışdır. Qanunsuzluq edə-edə neçə illərdir başçısan. Harada başçı olmusansa camaatın canını boğazına yığmısan. Səndən olan şikayətlər tonlarladır, qalaq-qalaqdır.
Şəhid valideynlərin incitməmisənsə bəs bu insanlar niyə hər yerə şikayət edirlər ?
Camalov, əvvəl Şirvan əhalisi,indi də Zərdab camaatı sənin əlindən bezib, dad diləyirlər.
Ətrafına 3-4 nəfəri yığıb bəy tərifi yazdırmaqla məsələ həll olunmur. Ya özünü düzəltməlisən, ya da istefanı verib getməlisən. Özünü düzəltməsən Cənab Prezident sənə lazım olan cəzanı verəcək. Qazilərin canını boğazına yığırsan. Deyirsən öləydin neyniyim qazisən. Sənə bu sözü yedizdirərlər yoldaş Camalov.
Qazilər hər gün saytlara səndən şikayət edirlər. Qazilər Cənab Prezidentə müraciət edirlər. Qazilərin yerini oğurlatdırıb, imkanlı iş adamlarına satmaq istəyirsən. Bunu biz demirik, video mürəciətlə Prezidentə müraciət edən Qarabağ qazisi deyir.
Şəhid Sərdar Əhədovun atasının torpağının əlindən alınması və ona edilən mənəvi işgəncələri şəhid atasının verdiyi şikayətlərdən yazırıq. Durub açıqlama verirsən ki, doğru deyil. Şəhid atası durub yalan danışacaq ?
Görün siz nə gündəsiniz ki, etdiyinizi danırsınız.
Villalarının, mülklərinin gündəlik sərf etdiyi elektrik enerjisi qədər Zərdab rayonunun camaatı enerji işlətmir. Camaatın yolunun işığını niyə söndürürsən. İnsanları niyə zülmətə qərq edirsən. Dədənin pulunu vermirsənki işıq pulu üçün ?
Şirvan şəhər kommunal təsərrüffatı birliyinin rəisi Aqil Vəliyevin torbasını tikib tutdurdun. Aqil Vəliyev mənimsənilən pulların başçı ilə bölməsi faktını təsdiq etdi. Həmin vaxt sən də həbs edilməliydin.
***
Amma Mərdan Camalova xatırlatmaq istəyirik ki, sənin nəslinə, kökünə əvvəllər dayın Pirverdiyə, Şıxverdiyə, Balamirzəyə görə, sonralar qardaşın Yavər Camalova görə hörmət qoyulub. Biləsən ki, sənə görə heç kim o nəsilə hörmətlə yanaşmır. Bacın oğlu Azəri polis zabiti ola-ola şərlətdirib içəri saldırmısan. Əlihüseyinin həyat yoldaşı sənə görə hansı iztirabları çəkməyib, deyirsən ki nə vaxt olsa gədəbəylilərdən şoferin qisasını alacağıq. Bu mövzuda növbəti sayımızda...
Amma biləsən ki, sənin tayfanın adına "Ərəb Şahverdilər" deyirdilər. Siz əvvəllər Şamaxıya gəlmisiniz. Sonra gəlmisiniz Sabirabadın Çölbeştəli kəndinə, oradan da köçmüsünüz Sabirabadın Ağahəsənli kəndinə. İndi yaşayırsan Nərimanov rayonunda milyonerlər məhəlləsi kimi tanınan, 1 sot torpağın qiyməti 500 000 manat olan Çəmənzəminli küçəsi, ev 39-da, ümumi sahəsi bir neçə hektar olan, dəyəri 200 milyondan artıq olan evin sahibi Mərdan Camalov. Mərdan Camalov dişi bitəndən indiyə qədər ulu babalarının yediyindən də yemiş olsa 1000 manatlıq məvaciblə bu varidata sahib ola bilməzdi. Baxın, 1000 manat məvacib alan icra başçısı milyonerlər məhəlləsində 200 milyonluq villaya, Patamdartda cərgə ilə evlərə, Şirvan şəhərinin 30 faizinə, Primorskidə villaya, Zərdabda çoxlu torpaq sahələrinə və Azərbaycanın bir çox yerlərində mülklərə necə sahib ola bilər? Biz əminik ki, bir neçə gündən sonra Mərdan Camalovun mülklərinin bütünlüklə video reportajını hazırladıqdan sonra Mərdan Camalov həbs olunacaq. Biz kiminsə həbsinə heç vaxt sevinmərik, amma bunu sən özün istədin Mərdan Camalov. Biz şəhid ailəsini müdafiə etdik, sən isə bizi nə iləsə ələ almaq istədin. Razılaşmadıq, dedin ki, sizə verdiyimizi məhkəməyə verərik. Lazım olsa sizi həbs etdirərik. Amma biləsən, biz haqq yoldayıq, sənin kimi savadsız deyilik. Biz cənab Prezidentimizə arxalanırıq, müdafiə etdiyimiz şəhid ruhlarına arxalanırıq və Müqəddəs olan ALLAHIMIZA arxalanırıq.
67 yaşlı qoca Mərdanın qanunsuz əməlləri bitib-tükənmək bilmir. Yaş dedik yadımıza təqaüd vaxtı çatmış vəzifəli şəxslərin vəzifələri ilə vidalaşması düşdü. Bir neçə gün öncə Mərdan Camalovun tədbirlərin birində ayağa durarkən oturduğu yerin yaş olduğunu görən işçilərdən biri nədənsə stulu tez ortalıqdan aparıb. Biz belə məsələlərə heç vaxt sevinmirik, ancaq yaxınlarının dediyinə görə böyrək çatışmazlığından əziyyət çəkən Mərdan müəllim də belə hallar tez-tez olur. Amma yaş öz sözünü deyir. //gundelik-baku.com//