"Mərdan Camalov Zərdaba başçı göndəriləndən günümüz göy əskiyə bürünüb. 3 ildir ki, Zərdabda əməlli-başlı MƏRDANOVŞİNA REJİMİ hökm sürür..." DİA.AZ bildirir ki, bu sözlər bir qrup Zərdab sakini adından edilən müraciətdə yer alıb.
Narazı vətəndaşlar daha sonra yazır: "Pandemiyanı bəhanə edib 2 ildən artıq müddətə şikayətçiləri yaxın buraxmayan Mərdan Camalov indi də vətəndaşlardan qaçaq düşüb.
Saytlardan oxuduq ki, Prezident icra başçılarına tapşırıq verib ki, vətəndaşları qəbul etsinlər. Onlayn qəbul yığışdırılsın. Amma Zərdabda belə deyil.
Prezidentin tapşırıqları Zərdaba hələ gəlib çatmayıb.
Belə davam edərsə... Yox, belə davam edə bilməz. Ona görə, biz elə ölkə rəhbərliyindən soruşuruq: Zərdabın başçısı nə zaman dəyişir?"
İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...