Axtarış...

Ağciyər Xəstəlikləri İnstitutunun yeni direktoru həkimi bloklayıb - FOTO

Ağciyər Xəstəlikləri İnstitutunun yeni direktoru həkimi bloklayıb - FOTO


Bir müddət əvvəl Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutundakı işindən kənarlaşdırılan həkim Füzuli Əliyev xəstəxanaya təyin olunan yeni direktorla bağlı maraqlı açıqlama verib.

Millitv.az cebhe.info-ya istinadla xəbər verir ki, o, yeni direktorun onu naməlum səbəbdən telefonda bloka atdığını deyib:

“Hələ işə bərpa olunmamışam. Yeni təyin olunan direktor İradə Axundovaya təbrik yazmışdım, bu zaman o, məni telefonda bloka atdı”.

F. Əliyev işinə bərpa olumağı ilə bağlı məhkəməyə hələ müraciət etmədiyini deyib:

“Bu gün işimə bərpa olunmağımla bağlı müraciətimi İradə Axundovaya göndərəcəyəm. Əminəm ki, imtina edəcək. Mənim işdən çıxarılmamla bağlı 27 həkimə qarşı məhkəmə iddiası ilə muraciət edəcəyəm. Bu iş uzun çəkəcək. Problemlər yerində qalacaq. Çünki problemləri kökündən həll etmək üçün TƏBİB heç bir səy göstərməyib. Sanki bələdiyyədir, torpaq bölüşdürməklə məşğuldurlar”.
Ağciyər Xəstəlikləri İnstitutunun yeni direktoru həkimi bloklayıb - FOTO

Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz